Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaqların dövlət idarəedilməsi aktı



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə130/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   205
torpaq hüququ

Torpaqların dövlət idarəedilməsi aktı – torpağa dövlət mülkiyyəti hüququ və  ərazi hakimliyinə 
əsaslanmış torpaq münasibətlərinin təşkili üzrə aktdır. Torpaqların dövlət idarəedilməsi torpağa dövlət 
mülkiyyəti hüququnu həyata keçirən forma və vasitə kimi araşdırılmışdır. Torpaq fondunun dövlət 
idarəedilməsinin  əsası kimi torpağa müstəsna dövlət mülkiyyəti hüququnun əhəmiyyəti digər elmi 
araşdırmalarda da qeyd olunmuşdur. Belə ki, «Sovet  torpaq hüququnun ümumi nəzəriyyəsi» kitabında deyilir 
ki, torpaq fondunun idarə edilməsinin özünəməxsusluğu həmçinin, torpağa dövlət mülkiyyəti hüququ kimi 
əsaslara malik olmasıdır. Habelə bu hüquq torpaq fondunun idarə edilməsinin düzgün anlaşılması  və  tədqiqi 
üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, məhz o, torpaq fondunun idarə edilməsini dövlət mülkiyyəti 
hüququnun həyata keçirilmədiyi digər sahələrdən fərqləndirir. 
Müasir şəraitdə, məlum olduğu kimi, torpağa dövlət mülkiyyəti inhisarı ləğv edilmişdir. İndi əgər torpaq 
fondunun dövlət idarə edilməsinin hüquqi əsası kimi torpağa dövlət mülkiyyəti hüququnun üstünlüyü haqqında 
irəlidə söylədiyimiz mövqedə dayansaq, belə bir sual ortaya çıxır: bütün cəmiyyətin həyat və fəaliyyətinin əsası 
kimi torpağın səmərəli istifadəsnin və mühafizəsinin təmin olunmasında dövlətin bu fəaliyyəti öz əhəmiyyətini 
və rolunu itirməmişdirmi? 
Bizim fikrimizcə bu suala «yox» cavabı vermək lazımdır. Belə ki, dövlətin hər hansı idarəetmə fəaliyyəti 
siyasi suveren kimi, o cümlədən, torpağa müstəsna dövlət mülkiyyəti zamanı ilk növbədə onun hakmiyyət 
səlahiyyətlərinə  əsaslanır. Dünya təcrübəsinin göstərdiyi kimi torpağa xüsusi mülkiyyət zamanı torpağın 


101 
 
səmərəli istifadəsinin və mühafizəsinin təmin olunmasına, həmçinin torpaq mülkiyyətçilərinin hüquqlarının 
müdafiəsinə yönəlmiş dövlətin funksiyaları müstəsna dövlət mülkiyyəti hüququna əsaslanmış sosialist dövlətinə 
nisbətən daha səmərəli idi. Belə ki, xarici ölkələrdə torpağın istifadəsinin ərazi planlaşdırılması daha səmərəli 
tətbiq olunurdu və indi də olunur, torpağa hüquqların qeydiyyatı  və torpağın dövlət uçotunun çox səmərəli 
sistemi yaradılmışdır və s. 
Odur ki, «torpaq fondunun dövlət idarəedilməsi» anlayışının hazırda islahatlara qədərki torpaq-hüquq 
ədəbiyyatında qeyd olunmuş əlamətlərinin istifadəsi ilə müəyyən düzəlişlərə ehtiyacı vardır. 
Torpaq fondunun dövlət idarəedilməsinin mahiyyətini başa düşməyə öz baxışlarımızı  təklif etməzdən 
əvvəl, islahatlardan sonrakı ədəbiyyatda həmin anlayış haqqında mövcud olan fikirlər üzərində dayanaq.  
«Torpaq və hüquq» kitabında torpaqdan istifadə sahəsində idarəetmə - torpaqların səmərəli istifadəsi və 
mühafizəsinin təşkili üzrə dövlət orqanlarının və  təsərrüfatdaxili orqanların idarə edilməsinin bölüşdürücü 
fəaliyyəti kimi başa düşülür. Dövlət öz səlahiyyətli orqanlarının simasında torpaqların səmərəli istifadəsi və 
mühafizəsi sahəsində dövlət idarəetməsi funksiyasını  həyata keçirərək, ölkənin və onun ayrı-ayrı hissələrinin 
(torpaqların kateqoriyaları, torpaqdan istifadənin növləri, müxtəlif torpaqdan istifadəçilər, mülkiyyətçilər, 
icarəçilər) bütün torpaq ehtiyatlarının istifadəsinin təşkilinə aid olan müəyyən qaydaları və normaları təyin edir. 
Bu zaman torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsinə konkret əlamətlər xasdır. O, iki 
prinsipial müxtəlif keyfiyyətdə ifadə oluna bilər: 
 1) daşınmaz əmlak kimi torpaq dövlət – mülkiyyətçinin idarəetməsində (təsərrüfat idarəetməsi);  
2) mülkiyyət formasından asılı olmayaraq torpağa münasibətdə  ərazi hakimliyinə malik olan dövlət – 
hakimiyyət orqanı, yəni suveren idarəetməsində. 
Birinci halda torpaq, idarəetmə obyekti olaraq, dövlət orqanları üçün onların təsərrüfat fəaliyyəti 
obyektidir, ikinci halda – ərazi, yəni dövlət hakimiyyətinin məkan sərhəddidir. 
Bu zaman dövlət idarəetməsinin təyinatında aşağıdakı ziddiyyət və qeyri-dəqiqlik nəzərə çarpır: 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin