Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə131/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   205
torpaq hüququ

Birinci. Bölüşdürücü fəaliyyətin torpaqdan istifadə sahəsində idarə edilməsini etiraf edərək (özü-
özlüyündə bu terminin qeyri-müəyyənliyi etiraz doğurur), göstərilən təyinat «bölüşdürücü fəaliyyət» anlayışına 
uyğun gəlməyən, torpaq hüququ subyektlərinin bütün torpaqların istifadəsinin təşkilinə aid olan qaydaların və 
normaların müəyyən olunmasını eyni zamanda ona daxil edir. 
İkinci. Dövlət mülkiyyətinin idarə edilməsi üzrə dövlətin funksiyası və siyasi suveren kimi dövlətin ərazi 
hakimliyinə əsaslanmış dövlət idarəetmə funksiyasının daha dəqiq ayrılmasına ehtiyac duyulur.  
Üçüncü. Torpaq ehtiyatları müvafiq dövlət orqanlarının idarəetmə obyekti olaraq bu halda heç də həmin 
orqanların təsərrüfat fəaliyyətinin obyekti deyil, belə ki, bu keyfiyyətdə onlar qanunda göstərilmiş hüquqlarla 
vətəndaşlara və hüquqi şəxslərə məxsusdur.  
Dördüncü. Bütün torpaqlara münasibətdə ərazi hakimliyi hüququna malik olan suveren dövlət tərəfindən 
torpaqdan istifadənin idarəetmə obyekti heç də  ərazi, yəni dövlət hakimiyyətinin məkan sərhədləri yox, 
Azərbaycan Respublikası  ərazisi hüdudlarında olan bütün torpaq ehtiyatlarıdır. Torpaq ehtiyatları Azərbaycan 
Respublikası ərazisinin sərhədləri daxilində olan torpaqlardır. 
Bəzi  ədəbiyyatda, bizim fikrimizcə «torpaq fondunun dövlət idarəedilməsi» anlayışının «torpaq 
münasibətlərinin dövlət tənzimlənməsi» anlayışı ilə  əvəz edilməsi də düzgün deyildir (Bax: Erofeev B.V. 


102 
 
Zemelnoe pravo: uçebnik. M., 1998. str. 254). Belə ki, torpaq münasibətlərinin dövlət tənzimlənməsi dedikdə 
iqtisadi-hüquqi tədbirlərin qəbul olunması yolu ilə torpaqların səmərəli istifadəsi və onların mühafizəsinin 
təşkili üzrə dövlət orqanlarının məqsədyönlü fəaliyyəti başa düşülür. Torpaqların səmərəli istifadəsi və onların 
mühafizəsinin təşkili üzrə dövlət orqanlarının fəaliyyətini bütün torpaq münasibətlərinin dövlət tənzimlənməsi 
kimi başa düşmək doğru deyildir. Bizim fikrimizcə, dövlət tənzimlənməsi daha geniş anlayışdır. Sözün geniş 
mənasında o, dövlət tənzimlənməsinin bir hissəsi ola bilər. Onu torpaq münasibətlərinin bütün subyektlərinin 
(vətəndaşlar, hüquqi şəxslər, dövlət və qurumları, dövlət və  bələdiyyə orqanları da daxil olmaqla) hüquqi 
normalarda müvafiq davranışların müəyyən olunması kimi, yəni, norma yaradıcılığı kimi araşdırmaq olar. Biz, 
torpaqların səmərəli istifadəsinin və mühafizəsinin təmin olunmasına yönəlmiş dövlət orqanlarının icraedici və 
sərəncamverici funksiyalarının həyata keçirilməsi kimi torpaq ehtiyatlarının dövlət idarəedilməsini araşdırmağın 
daha düzgün olduğunu hesab edirik. 
Torpaqların idarə edilməsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası 
Qanununda (29 iyun 2001-ci  il) özünə daha geniş yer almışdır. Bu zaman torpaqların idarə edilməsinin hansı 
prinsiplərə əsaslandığı da Qanunda təsbit olunmuşdur: 
– torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən  əsassız çıxarılmasına yol 
verilməməsi; 
– torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; 
– torpaqların xüsusi mülkiyyətə, istifadəyə  və icarəyə verilməsində qanunvericiliyə  və sosial ədalət 
prinsiplərinə əməl edilməsi; 
– torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; 
– 
müxtəlif məqsədlər üçün mülki dövriyyəyə  cəlb edilən torpaqlar barədə  əhalinin 
məlumatlandırılması (maddə 3). 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin IX fəslinin  «Torpaq fondunun istifadəsi və 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin