Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Azərbaycan Respublikasında torpağa görə ödəmələr



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə124/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   205
torpaq hüququ

13. Azərbaycan Respublikasında torpağa görə ödəmələr 
 
İslahatlara qədərki torpaq hüququnun əsas prinsipi torpaqdan istifadənin pulsuz olması prinsipi idi. Bu 
zaman qeyd etmək lazımdır ki, vergilərin hesablanması meyarı kimi şəxsi yardımçı  təsərrüfatların vergisini 
tənzimləyən 50-ci illərin qanunvericiliyi torpaq sahələrinin ölçülərini və keyfiyyətini nəzərdə tuturdu, bununla 
blə vergitutmanın obyekti torpaq sahələri yox, şəxsi yardımçı təsərrüfatın aparılması ilə əlaqədar olan fəaliyyət 
idi. Odur ki, torpaqdan istifadənin pulsuzluğu prinsipi universal əhəmiyyətə malik idi. 70-ci illərdə  mətbuat 
səhifələrində təbiətdən istifadənin ödənişli olması haqqında, o cümlədən torpaqdan istifadənin ödənişli olması 
ilə  əlaqədar iqtisadçıların müzakirələri açılmağa başladı. Ödənişli istifadənin xeyrinə olan əsas arqumentlər 
ondan ibarət idi ki, pulsuz istifadə torpağın qeyri-səmərəli istifadəsinə, təsərrüfat subyektlərinin tabeliyində, çox 
vaxt istifadəsiz qalan, böyük miqdarda, heç nə ilə əsaslandırılmamış torpaq sahələri toplanmasına səbəb olurdu. 
Torpağa görə ödəmələrin qüvvəyə minməsinin məqsədi torpaqların səmərəli istifadəsi, mühafizəsi və 
mənimsənilməsinin stimullaşdırılması, onun münbitliyinin artırılması, müxtəlif keyfiyyətli torpaqlarda 
təsərrüfatçılığın sosial-iqtisadi şəraitinin bərabərləşdirilməsi, yaşayış məntəqələrində infrastrukturun inkişafının 
təmin olunması və həmin tədbirlər üçün xüsusi fondların formalaşdırılmasından ibarətdir. 
Torpağa görə ödəmələrin aşağıdakı formaları var:   

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin