Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


«Torpaqların texniki uçotunun aparılması Qaydaları»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə136/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   205
torpaq hüququ

«Torpaqların texniki uçotunun aparılması Qaydaları» ölkəmizin hər bir inzibati ərazi vahidi üzrə məqsədli 
təyinatından və hüquqi rejimindən asılı olmayaraq, mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin istifadə 
etdikləri torpaqların texniki uçotunun aparılması qaydalarını müəyyən edir. 
Qaydalara görə, torpaqların texniki uçotunun aparılmasında məqsəd - bütün torpaq mülkiyyətçilərinin, 
istifadəçilərinin və icarəçilərinin istifadəsində olan torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, 
konfiqurasiyasını (suvarılan və  dəmyə sahələr ayrılmaqla) və baş vermiş  dəyişiklikləri düzgün 
müəyyənləşdirərək, torpaqlardan tam və  səmərəli istifadə edilməsi üçün zəmin yaratmaq, torpaqların 
münbitliyinin artırılması  tədbirlərini tövsiyə etmək, habelə torpaq ehtiyatlarının mülkiyyət formaları üzrə 
hesabatını dəqiqləşdirmək, yekun torpaq balansı tərtib etmək, torpaq istifadəçiliyində ciddi qayda yaratmaq və 
torpaq uçotunun nəticələrini xəritələşdirməkdən ibarətdir. 
Torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara 
çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması  və onların təsiri nəticələrinin aradan 
qaldırılması üçün torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə – nəzarət sistemindən ibarət olan 
torpaqların monitorinqi aparılır. Bu iş ölkənin inzibati ərazi vahidləri üzrə vahid metodologiya əsasında, 
respublika, regional və yerli proqramlar üzrə mülkiyyət formasından asılı olmayaraq ixtisaslaşdırılmış layihə-
axtarış və elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir. 
Torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi zamanı müəyyən olunmuş qaydada həyata keçirilən 
torpaqların monitorinqi, dövlət torpaq kadastrı, torpaqların vəziyyətinin tədqiqi və müşahidəsi ilə bağlı digər 
məlumatlardan istifadə olunur. 
Torpaq ehtiyatlarının qiymətləndirilməsinin aparılması üçün tərkibinə müvafiq lisenziyası olan müstəqil 
ekspertlərin daxil olduğu, müəyyən olunmuş qaydada yaradılan qiymətləndirmə komissiyası təşkil olunur. 
Təbii resurs kimi torpaqlar torpaq haqqının məbləğini, torpağın dəyərini və rüsumların həcmini müəyyən 
etmək, habelə torpaq dövriyyəsi prosesini tənzimləmək məqsədi ilə qiymətləndirilir. Bu zaman qanunvericiliyə 
görə torpağın normativ qiymətindən (torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər 
göstəricisi) və bazar qiymətindən (torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin 
təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə  tələb və  təklifdən 
asılı olaraq formalaşan) istifadə olunur. 
Torpaq ehtiyatlarının istifadəsinin planlaşdırılmasının tərkib hissəsi torpaqların zonalaşdırılması, yəni 
onların müxtəlif təyinatlı və hüquqi rejimli torpaq sahələrinə bölünməsidir. 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 40-cı maddəsinə uyğun olaraq, torpaqların 
zonalaşdırılması ərazinin inkişaf planına uyğun olaraq həyata keçirilir. Torpaqların zonalaşdırılmasının ümumi 
əsaslarını və prinsiplərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin planlar sonradan bələdiyyələrin 
və müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə təsdiq edilir. 
Şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının zonalaşdırılmasına dair qərarlarda aşağıdakılara 
dair tələblər müəyyən edilir:  


107 
 
1) tikintinin sıxlığına; 
2) mühəndis – nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, sanitariya-qoruyucu 
arakəsmələrin və daşınmaz  əmlakın  şəhərsalmada nəzərə alınan digər struktur elementlərinin  əsas 
parametrlərinə; 
3) əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə; 
4) müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə (fəallığına); 
5) yaşayış məntəqələrində torpaqdan istifadənin başqa sahələrinə. 
Qeyd etmək lazımdır ki, göstərilən tələblərin icrası mülkiyyət formasından və torpaq sahələrinə olan digər 
hüquqlardan asılı olmayaraq məcburidir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2000-ci il tarixli, 79 Saylı Qərarı ilə təsdiq edilmiş 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin