torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu olub, torpağa mülkiyyət hüququ və digər hüquqların müdafiəsi üçün, torpaq dövriyyəsinin (xüsusən də, torpaq bazarının) inkişafı və təminatı üçün, həmçinin, onun «sosial funksiyasının» realizə olunmasını təmin etmək məqsədi ilə torpaq mülkiyyətinə münasibətdə dövlətin «müdaxiləsi» üçün lazım olan qanuna əsaslanmış və hüquqi cəhətdən dəqiq məlumatlar üçün vacib olan hüquqi əhəmiyyətli informasiya əsasını yaradır. Bundan başqa, həmin informasiya bazası bütün cəmiyyətin mənafeyi üçün onun təlabatına uyğun olaraq
torpaq ehtiyatlarının istifadəsinin, dövlət planlaşdırılması və onların səmərəli istifadəsinin təminatına görə
nəzarətin ilkin şərtidir.
Qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları,
növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların keyfiyyət
xarakteristikası, habelə torpaqların bonitrovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və
sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı aparılır.
Dövlət torpaq kadastrı respublikamızda vahid sistem üzrə aparılır və geodeziya, topoqrafiya və
kartoqrafiya məlumatlarının dövlət kadastrı əsasında torpaq, geobotanika və digər axtarış-tədqiqatların
aparılması, torpaq istifadəçiliyinin qeydiyyatı, torpaqların uçotu və qiymətləndirilməsi, bataqlıqlaşması,
təhlükəli maddələrlə çirklənməsi, habelə torpaqların münbitliyini səciyyələndirən göstəricilər kompleksi üzrə
kənd təsərrüfatında istifadə edilən torpaqların mədəniləşdirilməsi dərəcəsinin dinamikası üzərində yerüstü
səyyar, stasionar və kənardan idarə (aerokosmik) metodları komplekslərindən istifadə ilə təmin olunur.
Hazırda dövlət torpaq kadastrı ölkəmizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1999-cu
il tarixli 94 Saylı Qərarı ilə təsdiq edilmiş «Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə» üzrə aparılır.
106
Dövlət torpaq kadastrının aparılması vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoyulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1999-cu il tarixli 94 Saylı Qərarı ilə təsdiq edilmiş