Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə183/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   205
torpaq hüququ

sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»da təyin edilmişdir. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 Saylı Qərarı ilə təsdiq edilmiş 
«Sənaye, nəqliyyat, rabitə  və digər təyinatlı torpaqların istifadəsi Qaydaları»na görə  sənaye, nəqliyyat, 
rabitə və digər təyinatlı torpaqların fiziki və hüquqi şəxslərin (sifarişçinin) istifadəsinə və icarəsinə verilməsini 
öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər. 
Sənaye obyektləri yerləşdirildikdə torpaqdan daha səmərəli istifadə olunmalı, onların arasındakı  tələb 
olunan sanitar və yanğından mühafizə  məqsədi ilə verilən məsafələr normadan artıq olmamalı  və 
kommunikasiya xətləri maksimum qısa olmalıdır. 
Sənaye, nəqliyyat, rabitə  və digər təyinatlı obyektlərin yerləşdirilməsi üçün torpaq sahəsinin sərhədləri 
müvafiq xidmətlər tərəfindən (memarlıq-tikinti, yerquruluşu) naturada (yerdə) müəyyən edilərək torpaqdan 
istifadə hüququnun daşınmaz  əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması  məqsədilə 
qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və tikinti aparmaq üçün zəruri şərtlərlə birlikdə sifarişçiyə 
təhvil verilir. 
Özünə  mənsub olan torpaq sahəsində sifarişçi yeni təyinatlı obyekt tikintisi aparmaq üçün Qaydalara 
uyğun yenidən razılaşdırmalar aparmalıdır. Torpaq sahəsinin ayrılması  və mövcud istifadədən çıxarılması ilə 
əlaqədar torpağın qiymətinin, dəyəcək ziyanın və  əldən çıxacaq gəlirin sifarişçi tərəfindən torpaq sahibinə 
ödənilməsi qaydası hazırda qüvvədə olan normativ hüquqi aktlarla tənzimlənir. 
Torpaqların vəziyyətinə  zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər 
yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq 
edilərkən torpaqların mühafizəsi sahəsində müvafiq tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir. 
Yolların kənarında yerləşən zolaqların yaxınlığındakı torpaq sahələrinin mülkiyyətçiləri, sahibləri, 
istifadəçiləri və icarəçiləri müvafiq icra hakimiyyəti orqanı  tərəfindən həmin torpaqların istifadəsinin xüsusi 


139 
 
rejimi haqqında xəbərdar olunmalıdırlar. Əlavə edək ki, bu torpaqlar onların mülkiyyətçilərindən, sahiblərindən, 
istifadəçilərindən və icarəçilərindən geri alınmır. 
Yol kənarı zolağın yaxınlığında yerləşən torpaq sahələrinə hüququ olan subyektlər müəyyən olunmuş 
məhdudiyyətləri nəzərə almaqla onlardan istifadə etmək və avtomobil yollarında təmir və ya bərpa işlərinin 
aparılması haqqında informasiya almaq hüququna malikdir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin