Təbiəti mühafizə təyinatlı torpaqlara: yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının; kürü tökülməsi üçün mühafizə zolaqlarının; qoruyucu vəzifələri yerinə yetirən meşələrin; otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu və eroziyaya qarşı meşə əkmələrinin; təbiəti mühafizə vəzifələrini yerinə yetirən digər torpaq sahələri aiddir. Bu torpaqlarda qanunvericilik qaydasında onlar üçün müəyyən olunmuş
hüquqi rejimə əməl etməklə məhdud təsərrüfat fəaliyyətinə icazə verilir.
Su təsərrüfatı obyektlərinin (çayların, göllərin, su anbarlarının və s.) sərhədlərində, habelə təbiəti mühafizə
təyinatlı digər torpaqların hüdudlarında xüsusi hüquqi rejimli mühafizə zonaları müəyyən edilir. Torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin təbiəti mühafizə təyinatlı torpaqların hüdudlarında yerləşən
torpaq sahələri geri alınmır. Bu sahələrdən qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimə riayət etməklə
istifadə olunur. Belə torpaqları olan müəssisələr, idarələr və təşkilatlar həmin torpaq sahələrinin sərhədlərində
xüsusi xəbərdarlıq nişanları basdırırlar.