istifadə edilən torpaqlar istirahət (rekreasiya) təyinatlı torpaqlar olub, onlara ərazisində istirahət evlərinin,
pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq
zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgəqələrinin və digər
obyektlərin yerləşdiyi torpaq sahələri aiddir.
Torpaq sahələri üzərindən tədris-məşq və turist cığırları, nişanlanmış yollar keçdiyi hallarda, bu sahələrin
mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən həmin torpaqlar geri alınmır. Belə torpaqlar onların
razılığı ilə servitut hüququ əsasında istifadə olunur. Yəni, özgə torpaq sahəsindən məhdud istifadə hüququ tətbiq
olunur.
Qeyd etmək lazımdır ki, belə təyinatlı torpaqların təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər
hansı fəaliyyət növü qadağandır.
Tarix-mədəniyyət təyinatlı torpaqlar ərazisində tarixi və mədəni abidələr, diqqətəlayiq yerlər, o cümlədən qoruq, mülli park, tarixi-mədəni qoruq (muzey-qoruq), həmçinin xalq bədii sənəti, əl işləri və digər tətbiqi incəsənətin mövcudluğu ilə əlaqədar olan mədəniyyət müəssisələrinin altında qalan torpaqlar sayılır.