Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Təbii qoruq təyinatlı torpaqlara



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə187/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   205
torpaq hüququ

Təbii qoruq təyinatlı torpaqlara - qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə), təbiət 
abidələrinin, təbii (milli) dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqları aiddir. Bu 
torpaqlara hüdudlarında elmi və  mədəni dəyərə malik olan təbiət obyektləri (tipik və nadir landşaftlar, nadir 
geoloji törəmələr, bitki və heyvan növləri, canlı orqanizm qrupları  və s.) olan və qanunvericilikdə müəyyən 
edilmiş qaydada qoruq təşkilatlarına təhkim edilmiş torpaq sahələri aiddir. Qoruq torpaqları bu landşaft zonası 
üçün tipik və nadir olan təbii komplekslərin bütün kompinentləri ilə birlikdə onların təbii vəziyyətinin qorunub 
saxlanması, orada baş verən proseslərin və təzahürlərin təbii axarının və təbiətin mühafizəsinin elmi əsaslarının 
öyrənilməsi üçün istifadəyə verilir. 
Qoruqların ərazisində, eləcə də onların ətrafında yerləşən xüsusi müəyyən edilmiş mühafizə zonalarında 
qoruqların təbii komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni dəyərli təbii obyektlərin mühafizəsi 
üçün təhlükə törədən hər hansı fəaliyyət növü qadağandır. 
Yasaqlıqların torpaqlarına təbii ehtiyatların qorunub saxlanılması, bərpası, artırılması, eləcə  də 
landşaftların və kompleks bioloji, paleontoloji, hidroloji və geoloji obyektlərin ümumi ekoloji tarazlığının 
qorunub saxlanması üçün nəzərdə tutulan torpaqlar aid edilir. 


141 
 
Təbiət abidələrinin torpaqları nadir və ya tipik, eləcə  də elmi, mədəni və sağlamlaşdırma cəhətdən 
qiymətli abidələrin (tarix-mədəniyyət abidələrindən başqa) torpaq sahələridir. 
Milli parkların torpaqları, təbii və  mədəni landşaftları xüsusi ekoloji tarixi və estetik dəyərə malik olan 
torpaq sahələri hesab edilir. Dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqlarına süni şəraitdə 
müxtəlif flora və fauna ehtiyatlarının saxlanılması, öyrənilməsi və artırılması, eləcə də onlardan səmərəli elmi-
mədəni və təsərrüfat fəaliyyəti üçün istifadəyə verilən torpaq sahələridir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin