§ 23. Su fondu torpaqları və suların hüquqi rejiminin əsasları
Qanunvericiliyə görə, su fondu torpaqlarına, Azərbaycan Respublikasının daxili sularının və Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar; su
mühafizəsi zonalarının və saihlboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki
qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar aiddir.
Əhalinin içməli suya olan tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların
tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, sənaye, enegetika,
nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün su fondu torpaqlarından istifadə edilir.
Su fondu torpaqları Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Su Məcəlləsi və digər qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada dövlət mülkiyyətindən bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin
istifadəsinə və icarəsinə verilə bilər.
Bu torpaqların verilməsi, geri alınması və istifadə qaydaları da Azərbaycan Respublikasının torpaq və su
qanunvericiliyi ilə müəyyən edilir.
Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin,
zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı
mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.
Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi
və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Bu zonaların
hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir ki, orada torpaqların şumlanması, əkilməsi, meşələrin
qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın,
zibilxananın yerləşdirilməsi və s. fəaliyyət növləri qadağandır. Xüsusi razılıq əsasında həmin zolaqlarda su
təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki
qurğuların yerləşdirilməsinə icazə verilir.
Qeyd etmək lazımdır ki, içməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su
mühafizə zonaları qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.
Su mühafihə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə torpaq və su
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada mvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə
bilər. Bu zonalarda təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi
şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
Su fondunun torpaqlarının iki hissədən ibarət olmasına baxmayaraq, onların hüquqi rejimi müəyyən
dərəcədə vahiddir. Belə ki, onun əsas təyinatı – təbii ehtiyatlardan biri kimi suyun səmərəli istifadəsini və
mühafizəsini təmin etmək və həm də torpaq kimi müvafiq ərazidə yaşayan insanların həyat və fəaliyyətinin
əsası olaraq istifadə və mühafizə olunur. Buradan da su fondu torpaqları üçün müəyyən olunmuş və suların
hüquqi rejimindən birbaşa asılılıqda olan, həmin torpaqların hüquqi rejiminin özünəməxsusluğu ortaya çıxır.
Sudan istifadə və su fondu torpaqlarından istifadə arasında olan qırılmaz əlaqə, hər şeydən əvvəl torpaq və
suyun təbii üzvü bağlılığı ilə təyin olunur. Belə ki, su obyektləri (yeraltı sulardan başqa) müəyyən torpaq sahəsi
147
tutur. Su obyektlərinin vəziyyətinə nəinki su ilə örtülü torpaqlarda, həm də su fondu torpaqlarında, həmçinin
onların hüdudlarından kənarda həyata keçirilən fəaliyyət də təsir göstərə bilər. Su fondu torpaqlarının su
altındakı hissəsinə, həmçinin bütün su obyektinə hüquqdan asılı olan, müvafiq əraziyə mülkiyyət və digər
hüquqlara onlar arasındakı qırılmaz təbii və hüquqi əlaqə təsir edir.
Su Məcəlləsi su obyektlərinə dövlət, bələdiyyə və xüsusi mülkiyyət hüququnu müəyyən edir. Azərbaycan
Respublikasının mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır:
1)
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
2)
sərhəd su obyektləri;
3)
dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri;
4)
xüsusi qorunan su obyektləri.
Bu su obyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə, icarəyə və bələdiyyə
mülkiyyətinə verilə bilər.
Qanunvericiliyə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su
obyektləri bələdiyyə mülkiyyətinə verilir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ümumi istifadəyə,
fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şəxslərinin mülkiyyətinə verilə bilər.
Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini
müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan su obyektlərininkini isə onlara verilmiş
səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər.
Xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən, başqa su obyektləri ilə hidravlik əlaqəsi və axarı
olmayan kiçik sututarlar qanunvericiliyə görə xüsusi mülkiyyətə verilə bilər. Lakin, Azərbaycan
Respublikasının vətəndaşı olmayan şəxslərə və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi
mülkiyyətə verilə bilməz.
Su obyektlərinin mülkiyyətçisi olmayan şəxslər, həmin obyektlərə aşağıdakı hüquqlara malik ola bilərlər:
- su obyektlərindən uzunmüddətli istifadə;
- qısamüddətli istifadə;
- məhdud istifadə (su servitutları).
Su obyektlərindən istifadə hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su
obyektlərindən istifadənin xüsusi razılıq tələb edən növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən
müəyyən edilir. Su obyektləri istifadəçisi – fiziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi – hüquqi şəxs
yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir.
Dövlət mülkiyyətində olan su obyektləri onların istifadə məqsədində, ehtiyat potensialından və ekoloji
vəziyyətindən asılı olaraq qanunvericilik qaydasında fiziki və hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli
istifadəsinə verilə bilər. Bu zaman qısamüddətli istifadə 3 ilə qədər, uzunmüddətli istifadə hüququ 25 ilə qədər
müəyyən edilir.
Su obyektləri üzərində istifadə və mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi
və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər.
148
Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması,
yeraltı qurğuların tikintisi «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və Su Məcəlləsinə
uyğun olaraq həyata keçirilir. Həmin Qanuna görə - içməli, yaxud sənayenin su təchizatı üçün istifadə edilən
sututarlarda və yeraltı sular yayılan yerlərdə sənaye və məişət tullantılarının yığılmasının qarşısının alınması,
habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan
sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməsi yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid
əsas tələblərdəndir (maddə 21).
Suların vəziyyətinə təsir edən yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər
yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən, bərpa edilərkən və istismara verilərkən, habelə yeni texnoloji
proseslər tətbiq olunarkən ictimai rəy nəzərə alınmaqla əhalinin içməli su və məişət ehtiyacını ödəmək şərti ilə
sulardan səmərəli istifadə olunması təmin olunmalıdır. Eyni zamanda su obyektlərindən götürülən və onlara
qaytarılan suyun uçota alınmasını, suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasını, suların
zərərli təsirinin qarşısının alınmasını, torpaqların su altında qalmasının minimum zəruri həddə qədər
məhdudlaşdırılmasını, torpaqların şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə olunmasını, habelə
əlverişli təbii şəraitin və landşaftların qorunub saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.
Balıqçılıq əhəmiyyətli sututarlarda yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər
yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və işə salınarkən yuxarıda göstərilən tədbirlərlə yanaşı balıqların,
digər su heyvanları və bitkilərinin qorunması və artırılması üçün şərait yaradılmasını təmin edən tədbirlər həyata
keçirilməlidir.
Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihəsi su
obyektlərindən istirahət və idman üçün istifadə edilmə imkanı nəzərə alınmaqla tərtib edilməlidir.
Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin
müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, dövlət ekspertizası və istismara verilmə
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanunvericiliyə görə, suların vəziyyətinə təsir edən yeni tikilmiş və yenidən qurulan müəssisələrin,
qurğuların və digər obyektlərin istismara verilməsi aşağıdakı hallarda qadağan edilir:
1)
suların çirklənməsinin və zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla
təmin olunmadıqda;
2)
torpaqların subasmasının, bataqlaşmasının, şoranlaşmasının və erozisiyasının qarşısını almaq
məqsədi ilə layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə;
3)
layihələrdə nəzərdə tutulmuş suqəbuledicilər və başqa qurğular hazır olmadıqda;
4)
layihələrdə nəzərdə tutulmuş balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə;
5)
ehtiyatların təsdiq edilməmiş yeraltı suları çıxarmaq üçün nəzərdə tutulan sugötürücü,
sutənzimedici qurğularla təchiz edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları
müəyyən edilməyən su quyuları;
6)
layihələrdə nəzərdə tutulmuş yataq hazırlama tədbirləri görülənədək dəryaçaların su ilə
doldurulması və suların vəziyyətinə təsir edən digər hallarda.
149
Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan
suların mühafizə edilməsi məqsədi ilə qanunvericiliyə müvafiq olaraq sanitariya mühafizə zonaları müəyyən
olunur.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerin
Dostları ilə paylaş: |