Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


§ 23. Su fondu torpaqları və suların hüquqi rejiminin əsasları



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə194/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   205
torpaq hüququ

§ 23. Su fondu torpaqları və suların hüquqi rejiminin əsasları 
 
Qanunvericiliyə görə,  su fondu torpaqlarına,  Azərbaycan Respublikasının daxili sularının və  Xəzər 
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar; su 
mühafizəsi zonalarının və saihlboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki 
qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar aiddir
Əhalinin içməli suya olan tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların 
tikintisi və istismarı üçün, eləcə  də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, sənaye, enegetika, 
nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün su fondu torpaqlarından istifadə edilir. 
Su fondu torpaqları Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Su Məcəlləsi və digər qanunvericiliyi 
ilə  nəzərdə tutulmuş qaydada dövlət mülkiyyətindən bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin 
istifadəsinə və icarəsinə verilə bilər. 
Bu torpaqların verilməsi, geri alınması və istifadə qaydaları da Azərbaycan Respublikasının torpaq və su 
qanunvericiliyi ilə müəyyən edilir.  
Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, 
zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı 
mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.  
Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi 
və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş  ərazidir. Bu zonaların 
hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir ki, orada torpaqların  şumlanması,  əkilməsi, meşələrin 
qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, 
zibilxananın yerləşdirilməsi və s. fəaliyyət növləri qadağandır. Xüsusi razılıq  əsasında həmin zolaqlarda su 
təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki 
qurğuların yerləşdirilməsinə icazə verilir. 
Qeyd etmək lazımdır ki, içməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su 
mühafizə zonaları qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.  
Su mühafihə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə torpaq və su 
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada mvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə 
bilər. Bu zonalarda təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi 
şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti 
orqanları tərəfindən həyata keçirilir.  
Su fondunun torpaqlarının iki hissədən ibarət olmasına baxmayaraq, onların hüquqi rejimi müəyyən 
dərəcədə vahiddir. Belə ki, onun əsas təyinatı – təbii ehtiyatlardan biri kimi suyun səmərəli istifadəsini və 
mühafizəsini təmin etmək və  həm də torpaq kimi müvafiq ərazidə yaşayan  insanların həyat və  fəaliyyətinin 
əsası olaraq istifadə  və mühafizə olunur. Buradan da su fondu torpaqları üçün müəyyən olunmuş  və suların 
hüquqi rejimindən birbaşa asılılıqda olan, həmin torpaqların hüquqi rejiminin özünəməxsusluğu ortaya çıxır. 
Sudan istifadə və su fondu torpaqlarından istifadə arasında olan qırılmaz əlaqə, hər şeydən əvvəl torpaq və 
suyun təbii üzvü bağlılığı ilə təyin olunur. Belə ki, su obyektləri (yeraltı sulardan başqa) müəyyən torpaq sahəsi 


147 
 
tutur. Su obyektlərinin vəziyyətinə  nəinki su ilə örtülü torpaqlarda, həm də su fondu torpaqlarında, həmçinin 
onların hüdudlarından kənarda həyata keçirilən fəaliyyət də  təsir göstərə bilər. Su fondu torpaqlarının su 
altındakı hissəsinə, həmçinin bütün su obyektinə hüquqdan asılı olan, müvafiq əraziyə mülkiyyət və digər 
hüquqlara onlar arasındakı qırılmaz təbii və hüquqi əlaqə təsir edir.  
Su Məcəlləsi su obyektlərinə dövlət, bələdiyyə və xüsusi mülkiyyət hüququnu müəyyən edir. Azərbaycan 
Respublikasının mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır:  
1) 
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;  
2) 
sərhəd su obyektləri;  
3) 
dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri;  
4) 
xüsusi qorunan su obyektləri.  
Bu su obyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə, icarəyə  və  bələdiyyə 
mülkiyyətinə verilə bilər.  
Qanunvericiliyə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su 
obyektləri bələdiyyə mülkiyyətinə verilir. Onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, 
fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası  vətəndaşlarının və hüquqi 
şəxslərinin mülkiyyətinə verilə bilər. 
Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini 
müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan su obyektlərininkini isə onlara verilmiş 
səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər. 
Xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən, başqa su obyektləri ilə hidravlik əlaqəsi və axarı 
olmayan kiçik sututarlar qanunvericiliyə görə xüsusi mülkiyyətə verilə bilər. Lakin, Azərbaycan 
Respublikasının vətəndaşı olmayan şəxslərə  və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi 
mülkiyyətə verilə bilməz. 
Su obyektlərinin mülkiyyətçisi olmayan şəxslər, həmin obyektlərə aşağıdakı hüquqlara malik ola bilərlər:  
- su obyektlərindən uzunmüddətli istifadə;  
- qısamüddətli istifadə;  
- məhdud istifadə (su servitutları). 
Su obyektlərindən istifadə hüququ qanunvericilikdə  nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su 
obyektlərindən istifadənin xüsusi razılıq tələb edən növləri müvafiq icra hakimiyyəti orqanları  tərəfindən 
müəyyən edilir. Su obyektləri istifadəçisi – fiziki şəxs öldükdə  və ya su obyektləri istifadəçisi – hüquqi şəxs 
yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir. 
Dövlət mülkiyyətində olan su obyektləri onların istifadə  məqsədində, ehtiyat potensialından və ekoloji 
vəziyyətindən asılı olaraq qanunvericilik qaydasında fiziki və hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli 
istifadəsinə verilə bilər. Bu zaman qısamüddətli istifadə 3 ilə qədər, uzunmüddətli istifadə hüququ 25 ilə qədər 
müəyyən edilir.  
Su obyektləri üzərində istifadə və mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi 
və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər. 


148 
 
Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, 
yeraltı qurğuların tikintisi «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və Su Məcəlləsinə 
uyğun olaraq həyata keçirilir. Həmin Qanuna görə - içməli, yaxud sənayenin su təchizatı üçün istifadə edilən 
sututarlarda və yeraltı sular yayılan yerlərdə  sənaye və  məişət tullantılarının yığılmasının qarşısının alınması, 
habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan 
sahələrdə yeraltı içməli suların rejiminə nəzarət edilməsi yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid 
əsas tələblərdəndir (maddə 21). 
Suların vəziyyətinə  təsir edən yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər 
yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən, bərpa edilərkən və istismara verilərkən, habelə yeni texnoloji 
proseslər tətbiq olunarkən ictimai rəy nəzərə alınmaqla əhalinin içməli su və məişət ehtiyacını ödəmək şərti ilə 
sulardan səmərəli istifadə olunması  təmin olunmalıdır. Eyni zamanda su obyektlərindən götürülən və onlara 
qaytarılan suyun uçota alınmasını, suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasını, suların 
zərərli təsirinin qarşısının alınmasını, torpaqların su altında qalmasının minimum zəruri həddə  qədər 
məhdudlaşdırılmasını, torpaqların  şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə olunmasını, habelə 
əlverişli təbii şəraitin və landşaftların qorunub saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. 
Balıqçılıq  əhəmiyyətli sututarlarda yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər 
yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və işə salınarkən yuxarıda göstərilən tədbirlərlə yanaşı balıqların, 
digər su heyvanları və bitkilərinin qorunması və artırılması üçün şərait yaradılmasını təmin edən tədbirlər həyata 
keçirilməlidir.  
Suların vəziyyətinə  təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihəsi su 
obyektlərindən istirahət və idman üçün istifadə edilmə imkanı nəzərə alınmaqla tərtib edilməlidir.  
Suların vəziyyətinə  təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin 
müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, dövlət ekspertizası  və istismara verilmə 
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Qanunvericiliyə görə, suların vəziyyətinə  təsir edən yeni tikilmiş  və yenidən qurulan müəssisələrin, 
qurğuların və digər obyektlərin istismara verilməsi aşağıdakı hallarda qadağan edilir:  
1) 
suların çirklənməsinin və zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla 
təmin olunmadıqda;  
2) 
torpaqların subasmasının, bataqlaşmasının,  şoranlaşmasının və erozisiyasının qarşısını almaq 
məqsədi ilə layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə;  
3) 
layihələrdə nəzərdə tutulmuş suqəbuledicilər və başqa qurğular hazır olmadıqda;  
4) 
layihələrdə nəzərdə tutulmuş balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə;  
5) 
ehtiyatların təsdiq edilməmiş yeraltı suları  çıxarmaq üçün nəzərdə tutulan sugötürücü, 
sutənzimedici qurğularla təchiz edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları 
müəyyən edilməyən su quyuları;  
6) 
  layihələrdə  nəzərdə tutulmuş yataq hazırlama tədbirləri görülənədək dəryaçaların su ilə 
doldurulması və suların vəziyyətinə təsir edən digər hallarda. 


149 
 
Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan 
suların mühafizə edilməsi məqsədi ilə qanunvericiliyə müvafiq olaraq sanitariya mühafizə zonaları müəyyən 
olunur.  
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanı ilə  təsdiq edilmiş  «Yerin 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin