Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


§ 22. Meşə fondu torpaqları və meşələrin hüquqi rejiminin əsasları



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə191/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   205
torpaq hüququ

§ 22. Meşə fondu torpaqları və meşələrin hüquqi rejiminin əsasları 
 
Hüquqi rejimi həm torpaq, həm də meşə qanunvericiliyi ilə müəyyən olunan meşə fondunun torpaqları 
ölkəmizin vahid torpaq fondunun xüsusi kateqoriyasını təşkil edir. 
Hazırda qüvvədə olan Torpaq Məcəlləsinə görə,  meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə 
örtülü olmayan, lakin meşə  təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulumuş meşə  və qeyri-meşə 
torpaqları meşə fondunun torpaqları hesab olunur. 
Azərbaycan Respublikası  ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə 
fondunun torpaqları (meşə  və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. 
Onun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların 
meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə və torpaq qanunvericiliyi 
ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin 
bərpası üçün nəzərdə tutulmuş (meşələşməmiş  qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş 
ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. 
Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı 
torpaqları, meşə  mərzləri, yollar altında qalan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri 
daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa 
torpaq sahələri) aid edilir. 
Meşə fondu sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq 
sahələri aid olub, onun sərhədləri meşə  təsərrüfatı  işarələri ilə naturada nişanlanmalı  və plan-xəritə 
materiallarında (meşə xəritələrində) göstərilməlidir. 
Qanunvericiliklə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə  və qeyri-meşə 
torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsi ilə müəyyən 
edilmiş  şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə  əsasında icarəyə verilə bilər. Həmin Məcəllədə  nəzərdə 
tutulmamış hallarda isə meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin 
normaları tətbiq edilir. 
Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin
meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. 
Meşə fondu torpaqlarının meşə fondunun tərkibinə daxil edilməsi torpaqların və meşələrin hüquqi 
rejiminin bir sıra elementlərinin eyniliyini əvvəlcədən müəyyən edir. İlk növbədə bu həmin obyektlərə 
mülkiyyət hüququna aiddir. 
Qanunvericiliyə görə,  meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun 
torpaqları özəlləşdirilmir. Lakin, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində 
yerləşən ağac-kol bitkiləri, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onların xüsusi mülkiyyətinə aid 
edilir. Həmin ağac-kol bitkiləri üzərində sahiblik, istifadə  və  sərəncam hüquqları da mülkiyyətçi tərəfindən 
həyata keçirilir. 
Meşə qanunvericiliyinə görə, meşə fondu sahələrinə aşağıdakı hüquq növləri müəyyən edilmişdir:  


144 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin