- icarə; - əvəzsiz istifadə; - qısamüddətli istifadə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 Saylı Qərarı ilə təsdiq
edilmiş «Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası»nda meşə fondu torpaqlarının icarəyə
verilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin
mənafeyini nəzərə almaqla həyata keçirdiyi göstərilmişdir.
Qaydaya görə meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərhədləri (məhsul)
icarəçinin mülkiyyətidir. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası
məqsədi ilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən on ilədək müddətə verilə bilər. Bu torpaqlar
icarəyə verilərkən imtiyazlı şəxslərə üstünlük verilir. Onların subicarəyə verilməsi qadağandır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 noyabr 1999-cu il tarixli 174 Saylı Qərarı ilə təsdiq
edilmiş «Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın