Sağlamlaşdırma təyinatlı torpaqlara - xəstəliklərin profilaktikası və müalicə işinin təşkili üçün istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri, müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aid olub, təbii müalicə amillərinin mühafizəsi məqsədilə bütün kurortların ərazilərində
müalicə-sağlamlaşdırma yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Onların hüdudları daxilində
fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya
sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və ya icarəsinə bu torpaq sahələrinin verilməsi
qadağandır.
Sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən,
istifadəçilərindən və icarəçilərindən geri alınmır. Yalnız, müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar olan
torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna olunur.
Əhalinin istirahətini, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və