Rabitə, radioverici, televiziya, informatika torpaqlarına - rabitə, radioverici, televiziya və informatika obyektlərinə xidmət üzrə xüsusi əhəmiyyətə malik olan, radiorele stansiyaları, retranslyasiya qüllələri və digər qurğularla və mühəndis kommunikasiyalarının istehsal və inzibati binalarının və tikililərinin altında qalan torpaq sahələri aiddir. Müdafiə, təhlükəsizlik və kosmik təyinat torpaqlarına - müdafiə, təhlükəsizlik, kosmik təminat üzrə tapşırıqları yerinə yetirən hərbi hissələrin, hərbi peşə bilikləri proqramını realizə edən təhsil müəssisələrinin, idarələrinin və təşkilatların yerləşdirilməsi və daimi fəaliyyəti üçün verilmiş torpaqlar aiddir. Əhalinin təhlükəsizliyinin təmin olunması tələbləri sahəsində belə torpaqların istifadə rejimi müvafiq icra
hakimiyyəti orqanları ilə yerli özünü idarə etmə orqanlarının razılığı üzrə müəyyən olunur.
Vətəndaşların və hüquqi şəxslərin torpaqlarının müdafiə, təhlükəsizlik və kosmik təminat ehtiyacları ilə
əlaqədar olan təlimlərin və digər tədbirlərin keçirilməsi üçün müvəqqəti istifadəsi zərurəti zamanı, icra
hakimiyyəti orqanlarının qərarı əsasında müvafiq idarə, təşkilat və müəssisələr tərəfindən istifadə olunur. Bu
zaman torpaq sahələri vətəndaşlardan və hüquqi şəxlərdən geri alınmır.
Sərhədyanı ərazilərdəki torpaq sahələrinin təsərrüfat, sənaye və digər fəaliyyətlə əlaqədar istifadəsi
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Bu torpaq sahələrindən istifadə
qaydaları «Dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
məhdudiyyətlər nəzərə alınmaqla və Dövlət Sərhəd Xidməti ilə razılaşdırılmaqla müəyyənləşdirilir.