torpaqlardan istifadə olunması Qaydaları»na görə dəmir yol qurğularının, bina və tikililərinin və digər
köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa
təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədi ilə xüsusi
mühafizə zonası, təhkim zolağı və sanitariya mühafizə zonası torpaqlarından istifadə rejimi
müəyyənləşdirilmişdir.
Qaydalara görə, şəhərlərdə və qəsəbələrdə dəmir yolunun təhkim zolağı hüdudlarında dəmir yol
nəqliyyatı təyinatlı bina və tikililərin tikintisinə icazə verilir. Habelə, dəmir yolunun sanitariya-mühafizə zonası
ərazisində yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya qanuni istifadəçiləri həmin torpaq sahələrindən
yalnız bostan və tərəvəz becərilməsi, örüş və ot çalını məqsədləri üçün istifadə edə bilərlər.
Dəmir yolları və dalan yolları üçün, Azərbaycan Dövlət Dəmir Yoluna və başqa təşkilat, müəssisə və ya
idarələrə verilən dəmir yol nəqliyyatı təyinatlı torpaq sahələrinin, həmçinin dəmir yolunun sanitariya-mühafizə
zonası üçün ayrılan torpaq sahələrinin ölçülərini müəyyən edən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
23 fevral 2005-ci il tarixli 33 Saylı Qərarı ilə təsdiq edilmiş «Dəmir yolları üçün və dəmir yolunun