Hazırda qüvvədə olan Torpaq Məcəlləsinə görə - mülkiyyətə, istifadəyə və ya icarəyə verilməmiş bütün torpaqlardan ibarət olan ehtiyat fondu torpaqları torpaqların xüsusi kateqoriyasını təşkil edir. Bu
halda söhbət dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqlar haqqında gedir. Torpaq Məcəlləsinə görə,
dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və
icarəsinə verilməmiş dövlət torpaqları daxildir. Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam
verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri də aid edilir.