Bələdiyyələrin ehtiyat fondu torpaqları aşağıdakılardır:
- yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; - hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; - ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Qanunvericiliyə görə ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya
keçirilməsindən sonra yol verilir. Bu torpaqların istifadəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən
edilir.
11 dekabr 1998-ci ildə qəbul edilmiş «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununa
görə (maddə 6) bələdiyyə mülkiyyətində olan və icarəyə verilə bilən torpaqların siyahısında bələdiyyələrin
ehtiyat fondu torpaqları da vardır.
«Torpaq bazarı haqqında» Azərbaycan Respublikası Qanununa görə (7 may 1999-cu il) torpaq bazarının
tənzimlənməsi zamanı bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yer quruluşu, yaşayış
məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən olunmuş
qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.
Bələdiyyənin ehtiyat fondunun torpaqlarının bazar obyektinə aid olan hissəsi barədə alqı-satqı əqdləri
yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1996-cı il tarixli 144 Saylı Qərarı ilə təsdiq
edilmiş «Kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan kənd təsərrüfatı məqsədləri üçün