ödənilməsi Qaydası»na görə meşə təsərrüfatının idarə edilməsi (meşə habelə meşə ilə örtülü olmayan meşə
fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası), meşə fondundan istifadə ilə əlaqədar
olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və meşə fondu
torpaqlarının dövlət ehtiyacları ilə əlaqədar meşə istifadəçilərinə müqavilə, meşəqırma bileti, order və ya meşə
bileti əsasında verilən meşə fondu torpaqları geri alına bilər.
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın
müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında 10 gün müddətində aşağıdakı tərkibdə komissiya
yaradır:
– yerli meşə təsərrüfat müəssisəsinin rəhbəri;
– Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;
– Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli orqanının nümayəndəsi;
– Yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
Qaydaya görə meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə (su qovşaqlarının, boru
kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək fiziki və hüquqi
şəxslərin nümayəndəsi komissiyanın tərkibinə daxil edilir.
Komissiya müvafiq meşə istifadəçilərinin iştirakı ilə və onun təqdim etdiyi sənədlər əsasında (müqavilə,
meşəqırma bileti, order, meşə bileti, meşə əkinlərinə, plantasiyalaratingliklərə, meyvə bağlarına və
yeniyetmələrin yerləşdirilməsinə sərf olunan xərclər barədə sənədlər, geri alınan meşə fondu torpaqlarında meşə
istifadəsi ilə bağlı tikilən müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin qurulması barədə məlumatlar
və s.) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən meşə istifadəçisinə dəyən ziyan müəyyənləşdirir
və bu barədə üç nüsxədən ibarət akt tərtib edir. Bu sənəd imzalanan zaman yerli icra hakimiyyətinin möhürü ilə
təsdiq olunur.
Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, bir nüsxəsi müvafiq meşə
istifadəçisinə, bir nüsxəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
145
Azərbaycan Respublikasının Meşə Məcəlləsinə görə (30 dekabr 1998-ci il), meşə fondundan istifadənin
aşağıdakı növləri vardır: oduncaq tədarükü; ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və
başqaları); meşədən əlavə istifadə (ot çalımı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk,
giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi,
tökülmüş yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə); elmi-tədqiqat məqsədləri üçün;
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün; ovçuluq təsərrüfatı.
Meşə fondu torpaqlarının meşədən istifadə növlərinin sadalanan hallarında istifadənin xarakteri müxtəlif
ola bilər. Belə ki, oduncaq tədarükü zamanı torpaq texniki vasitələrin yerləşdirilməsi üçün, ot biçini zamanı
biçin alətlərinin yerləşdirilməsi, heyvanların otarılması zamanı isə örüş yeri kimi meşə fondunun torpaqlarından
istifadə oluna bilər. Meşə fondunun digər məqsədlər üçün istifadəsi zamanı isə torpaq, müvafiq meşədən istifadə
növünün əsas məqsədləri ilə əlaqədar olan lazımi obyektlərin yerləşdirilməsi yeri kimi istifadə oluna bilər.
Qanunvericilikdə meşələrin bərpası və meşəsalma kimi meşə fondu torpaqlarından istifadə növü birbaşa
göstərilməsə də, Azərbaycan Respublikasının Meşə Məcəlləsinin VI fəsli məhz bu prosesə həsr olunmuşdur.
Qeyd olunmuşdur ki, meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında
bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığın artırılmasından, meşə fondu
torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Meşəsalmanın məqsədi isə qeyri-meşə torpaqlarında
meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə
fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir.
|