Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə193/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   205
torpaq hüququ

ödənilməsi Qaydası»na görə meşə  təsərrüfatının idarə edilməsi (meşə habelə meşə ilə örtülü olmayan meşə 
fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası), meşə fondundan istifadə ilə əlaqədar 
olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və meşə fondu 
torpaqlarının dövlət ehtiyacları ilə əlaqədar meşə istifadəçilərinə müqavilə, meşəqırma bileti, order və ya meşə 
bileti əsasında verilən meşə fondu torpaqları geri alına bilər. 
Meşə fondu torpaqlarının geri alınması ilə  əlaqədar meşə istifadəçilərinə  dəyən ziyanın 
müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və  Təbii Sərvətlər Nazirliyi Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı  əsasında 10 gün müddətində  aşağıdakı  tərkibdə komissiya 
yaradır: 
–  yerli meşə təsərrüfat müəssisəsinin rəhbəri; 
–  Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi; 
–  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli orqanının nümayəndəsi; 
–  Yerli icra hakimiyyəti orqanının nümayəndəsi. 
Qaydaya görə meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə (su qovşaqlarının, boru 
kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi zamanı  və s.) bu torpaqları istifadə edəcək fiziki və hüquqi 
şəxslərin nümayəndəsi komissiyanın tərkibinə daxil edilir. 
Komissiya müvafiq meşə istifadəçilərinin iştirakı ilə və onun təqdim etdiyi sənədlər əsasında (müqavilə, 
meşəqırma bileti, order, meşə bileti, meşə  əkinlərinə, plantasiyalaratingliklərə, meyvə bağlarına və 
yeniyetmələrin yerləşdirilməsinə sərf olunan xərclər barədə sənədlər, geri alınan meşə fondu torpaqlarında meşə 
istifadəsi ilə bağlı tikilən müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin qurulması barədə məlumatlar 
və s.) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən meşə istifadəçisinə dəyən ziyan müəyyənləşdirir 
və bu barədə üç nüsxədən ibarət akt tərtib edir. Bu sənəd imzalanan zaman yerli icra hakimiyyətinin möhürü ilə 
təsdiq olunur. 
Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, bir nüsxəsi müvafiq meşə 
istifadəçisinə, bir nüsxəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. 


145 
 
Azərbaycan Respublikasının Meşə Məcəlləsinə görə (30 dekabr 1998-ci il), meşə fondundan istifadənin 
aşağıdakı növləri vardır: oduncaq tədarükü; ikinci dərəcəli meşə ehtiyatları  tədarükü (kötük, lif, qabıq və 
başqaları); meşədən əlavə istifadə (ot çalımı, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, 
giləmeyvə, qərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, 
tökülmüş yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və  yığılması, müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa  əlavə istifadə); elmi-tədqiqat məqsədləri üçün; 
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün; ovçuluq təsərrüfatı. 
Meşə fondu torpaqlarının meşədən istifadə növlərinin sadalanan hallarında istifadənin xarakteri müxtəlif 
ola bilər. Belə ki, oduncaq tədarükü zamanı torpaq texniki vasitələrin yerləşdirilməsi üçün, ot biçini zamanı 
biçin alətlərinin yerləşdirilməsi, heyvanların otarılması zamanı isə örüş yeri kimi meşə fondunun torpaqlarından 
istifadə oluna bilər. Meşə fondunun digər məqsədlər üçün istifadəsi zamanı isə torpaq, müvafiq meşədən istifadə 
növünün əsas məqsədləri ilə əlaqədar olan lazımi obyektlərin yerləşdirilməsi yeri kimi istifadə oluna bilər. 
Qanunvericilikdə meşələrin bərpası və meşəsalma kimi meşə fondu torpaqlarından istifadə növü birbaşa 
göstərilməsə  də, Azərbaycan Respublikasının Meşə  Məcəlləsinin VI fəsli məhz bu prosesə  həsr olunmuşdur. 
Qeyd olunmuşdur ki, meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında 
bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığın artırılmasından, meşə fondu 
torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Meşəsalmanın məqsədi isə qeyri-meşə torpaqlarında 
meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə 
fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir. 
 
 


146 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin