3. Iohan Henrix Pestalotsinin (1746-1847) əsərlərində, xüsusilə “Herbartın
doqquz sualına cavab”, “Oğlunun tərbiyəsi haqqında Pestalotsinin gündəliyi”,
“Analar üçün kitab”, “Qu quşunun nəğməsi” əsərində ailədə tərbiyə məsələlərinə
geniş yer vermişdir. Ailədə uşaqların ilk tərbiyəçisi anadır. Ana əvvəlcə uşaqların
hisslərinə təsir etməli, sonra isə hisslərin bu cür tamamlanmış tərbiyəsində ağıla təsir
etmək üçün bazis axtarmalı, uşağın rahatlığını təmin edən vasitələrdən istifadə etməyi
bacarmalıdır. Məktəb yaşına çatmamış uşaqlar üçün Pestalotsi ailəni ilk tərbiyə
məktəbi hesab edərək orada uşaqların hisslərinin, nitq və təfəkkür qabiliyyətlərinin
inkişaf etdirilməsini, sağlamlıqlarının qorunmasını zəruri sayırdı. Pestalotsi deyirdi
ki, ana kimi sevirsə uşaq da onu sevir. Ana kimə etibar edirsə, uşaq da ona etibar edir.
Ana kimə inanırsa, uşaq da ona inanır.
Uşaq hiss orqanlarından istifadə etməyə başlayan andan ana onun hiss
üzvlərinə təsir edərək əşyaları göstərməklə uşağın təsəvvürünü, görüş dairəsini
genişləndirə bilər. Uşaq dil açarkən ana onu bədən üzvləri ilə tanış edir. Uşaq başı, iki
gözü, iki qulağı, iki əli, iki ayağı olduğunu öyrənir. Bundan sonra uşaq əyninə
geyindiyi paltarları, onu əhatə edən əşyaları adları ilə deyə bilir. Uşağın üç yaşı
tamam olmamış ana ona ilkin hesab ünsürləri öyrədə bilər. Uşaq rəqəmləri tanıyır,
şəkillərdə onları göstərə bilir. Uşaq 4 yaşa keçid dövründə düz xətt, üfüqi xətt, qapalı
xətt çəkə bilir. Ana uşağa əşyaları yerdən yığışdırmağı, bir yerə toplamağı, aparıb
yerinə qoymağı öyrətməlidir. Bu işləri yerinə yetirən uşaq bundan sevinc hissi keçirir.
Oğlunun tərbiyəsi haqqında “Pestalotsinin gündəliyi”ndə uşaqları erkən
yaşdan ətrafda baş verən hadisələri müşahidə etməyi öyrətməyi zəruri sayırdı. O,
qeyd edirdi ki, ən böyük sevinc yavaş, uzun axtarışlardan doğur. Uşağa başladığı işi
sona çatdırmağa kömək etmək, şərait yaratmaq lazımdır. Tərbiyə işində heç vaxt
tələsmək olmaz. Təbiət uşaq üçün ən yaxşı müəllim olur. Təbiətin azad
auditoriyasında uşaq özünü daha sərbəst, azad hiss edir.
Uşağı bacara bildiyi işi görməsinə imkan verilməlidir. Uşaqları erkən
yaşlarından işə, zəhmətə alışdırmadan ondan dəyərli insan tərbiyə etmək qeyri-
mümkündür. Uşaq sevincli əməyə doğru getməlidir. Bağda, həyətdə işləmək, bitkilər
152
toplamaq və s. ictimai həyata hazırlıqdır. Unutmaq olmaz ki, günahsızı cəzalandıran
hər bir kəs məhəbbəti itirir.
Ana dilinin öyrədilməsindən danışarkən Pestalotsi deyir ki, Ana dilinin və hər
hansı bir dilin təbiətə müvafiq öyrənilməsi hissi qavrayış vasitəsilə əldə edilən
biliklərlə əlaqədardır.
Nitq orqanları inkişaf etməyincə uşaq danışa bilmir. Təbiət körpəni
danışmağa öyrədə biləcək ayrı bir yol tanımır. Uşağa danışmağı öyrətmək üçün ana
təbiət özünə icazə verməlidir ki, uşağın eşitməsi, görməsi, duyması və s. üçün malik
olduğu bütün gözəl imkanlarla ona təsir etsin. Uşaq özünün gördüyünü, eşitdiyini,
duyduğunu, iy və dad bildiyini dərk etdikcə onda həmin təəssüratı ifadə edə bilən
sözlərə bələd olmağa və öz fikrini həmin sözlər vasitəsilə ifadə etməyə başlayacaq.
Pestalotsi oğlu haqqında yazdığı gündəlikdə məktəbəqədər yaşlı uşaqlarla
aparılan təlim məşğələlərinə xüsusi əhəmiyyət verir. O, tərbiyəçilərə məsləhət
görürdü ki, uşaqlar başladığı işi sona çatdırmayınca irəli getməyə tələsmə, sən
bununla boşboğazlığın və fikri azdırmağa səbəb olan huşsuzluğun qarşısını ala
bilərsən. Təlimdə yersiz tələskənlik ziyan gətirər. Irəli getməli, daim işləməlisən.
Lakin həmişə arxaya da, keçdiyin yola da nəzər salmalısan. Şöhrətpərəstliyə uymaq
lazım deyil, yalnız həqiqəti axtarmaq lazımdır.
Pestalotsi nəsihətçilikdən uzaq olmağı məsləhət görür. Nəsihət uşağı bezdirir,
həmin sözlər hər gün təkrar olunduqca onlar hiddətlənir. Azadlığa üstünlük verir.
Azadlığın boğulması uşağın qəlbində müqavimət doğurur. Azadlıq uşağın qəlbini
sakitliklə, təmkinliklə doldurur. Lakin bu uşağı özbaşınalığa gətirib çıxarmamalıdır.
Pestalotsi yazır, “vətəndaşı erkən yaşlarından işə alışdırmadan ondan dəyərli
insan tərbiyə etmək olmaz”. Lakin əmək cəlbedici, sevinc gətirən olmalıdır.
Kiçik uşaqların təlimində və tərbiyəsində nümunə xüsusi əhəmiyyət kəsb edir.
Uşaqlar hələ saymaq vərdişinə yiyələnmədən say haqqında sözləri öyrənirlər - bir, üç,
beş, on və s. Burada uşaq heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri
eşitdiyi kimi yadında saxlayır. Biz ikini bilməyən uşağa üçü öyrətsək, nə qədər səfeh
iş olardı. Qoy uşaq əvvəlcə ikini yaxşı öyrənsin, sonra üçü öyrət. O zaman uşaq
saymağı nə qədər təbii öyrənir.
Bədən tərbiyəsindən danışarkən tələb edir ki, bu oyun və məşğələ açıq havada
153
keçirilməlidir. Çünki uşaq üçün bədənin möhkəmlətməyin böyük əhəmiyyəti var.
Eyni zamanda, tərbiyəçinin özü də bədəncə sağlam olmalıdır.
Dostları ilə paylaş: |