166
zaman uşağın fiziki və əxlaqi qüvvələri təravətli surətdə çiçəklənir, o, elə bir hissdir
ki, qüvvəni, ruhən gümrahlığı, müvəffəqiyyətə can atmağı birə on artırır, məhəbbət
və iltifata təhrik edir”. Oyunlar eyni zamanda ruhi və mənəvi qüvvələrin inkişaf
etdirilməsi vasitəsidir.
Uşaqlar təbii olaraq hərəkətlidir, fəaldır, onlar maraqları ilə qırılmaz
surətdə
bağlı olan cürbəcür fəaliyyətdə, işlərdə özlərini göstərməyi sevirlər. Işlərin və
məşğələlərin keçirilməsi zamanı uşaqlar qiymətli adət və vərdişlər qazanır, əldə
etdikləri biliklər onların praktik həyatı ilə bağlanır.
“Azad tərbiyə nəzəriyyəsi” tərəfdarlarının əksinə olaraq Tixeyeva
məktəbəqədər yaşlı uşaqların inkişafında aparıcı rolu mütəşəkkil məşğələlərə
verməklə uşaq bağçasında məşğələlərin proqram və planlarının yaradılması zərurəti
və imkanı haqqındakı məsələləri müsbət cəhətdən həll etmişdir.
Tixeyeva məktəbəqədər yaşlı uşaqlarda nitq və təfəkkürün düzgün inkişaf
etdirilməsi üçün təlimin rolunun xüsusilə yüksək qiymətləndirirdi. Tixeyeva
məktəbəqədər yaşlı uşaqların tərbiyə işində təbiətin
mühüm əhəmiyyətə malik
olduğunu qeyd edirdi: “Uşaqları təbiətin qoynunda və təbiət vasitəsilə tərbiyə etmək,
öyrətmək, böyütmək lazımdır”.
Y.İ.Tixeyeva uşaq bağçalarında yaxşı intizamın həyata keçirilməsini necə
təşkil etmək haqqında qiymətli göstərişlər vermişdir. Uşaq bağçada kollektivin bir
üzvüdür və o, kollektivin mənafeyinə və iradəsinə hörmət etməyi bilməli, öz
impulslarını və arzularını boğmağı bacarmalıdır. Uşaqlarla bu istiqamətdə gərgin,
uzunmüddətli və sistematik tərbiyə işləri aparılmalıdır. Uşaqların
intizam
tərbiyəsində əsas vasitələrindən biri gücləri çatan əməkdir. Məcburi məşğələlər üzrə
işlərin müddəti uşağın yaşından asılı olaraq 5 dəqiqədən 20 dəqiqəyə qədər ola bilər.
Uşaqlar uşaq bağçasında rəsm, aplikasiya (yapma) işləri görməli, nəğmə oxumalı,
musiqini və uşaq bədii kitabçalarının qiraətini dinləməlidirlər və s. Hər şeydə
qaydanı, təmizliyi gözləmək, uşaqları həmin qaydalara əməl etməyə alışdırmaq elə
priyomlar sırasına daxildir ki, bunlarsız uşaqların sistematik
tərbiyəsini düşünmək
olmaz.
Y.İ.Tixeyevanın ən böyük xidməti ondan ibarətdir ki, o, məktəbəqədər
tərbiyənin didaktik əsaslarını, uşaq bağçası ilə məktəbin tərbiyə işlərinin əlaqəliliyi
167
məsələlərini elmi cəhətdən işləyərək davam etdirmişdir.
Dostları ilə paylaş: