168
burada daxili intizam möhkəm olmalıdır, lakin uşağı mənəvi cəhətdən sıxmamalıdır.
Əqli
inkişaf üçün o, uşaq evlərində oxu, yazı və sayı əsas götürürdü. Onun fikrincə
uşağa oxumağı və yazmağı öyrətməzdən əvvəl ətraf mühiti müşahidə etməyə
öyrətmək lazımdır.
Kerqomar uşaqların əxlaq tərbiyəsinə kiçik yaşdan başlamağı məsləhət
görürdü. O, əxlaq tərbiyəsində uşaqlara sərbəstlik verilməsini tələb edirdi. Əxlaq
tərbiyəsində nüfuzun böyük əhəmiyyəti vardır. Lakin nüfuzun quruluq,
təkəbbürlülük, uşaq həyatından uzaq olmaq kimi başa düşmək olmaz.
Tərbiyəçi hələ
çox şeyi başa düşməyən uşağın üstünə qışqıraraq “olmaz” deməməlidir. Tərbiyəçi
mülayimliklə “belə etmək yaxşı deyil, belə etmək lazımdır” - deməlidir. Kerqomar
deyirdi ki, uşaqların əxlaq tərbiyəsində inam, yoldaşa mehriban, qayğıkeş olmaq əsas
şərtdir. Əgər bir uşaq öz pirojnasını yoldaşına
bütöv verirsə, bu eqoizmin inkişafı
deməkdir. Əgər onu tən yarısını yoldaşına verirsə, bu mehribanlıq, cəmiyyət
əlamətidir. Başqalarına qayğı göstərmək gözəl keyfiyyətdir. Bu məqsədlə Kerqomar
mənalı bir misalı təhlil edir. Ata uşaqlarını sirkə aparmağı söz verir. Onlar hazırlaşıb
evdən çıxanda qonşu deyir ki, o biri qonşuda böyük bədbəxtlik üz verib. Bu xəbər
onlara pis təsir edir və sirkə getməyi təxirə salırlar. Ertəsi gün ata uşaqları ilə balıq
tutmağa gedir. Onlar bir neçə balıq tutub evə gətirirlər. Ana uşaqlara deyir: “Gəlin
balıqları bişirməyək, onları satıb pulunu həmin ailəyə verək”.
Uşaqlar heç bir söz
demirlər. Valideynlərin hərəkətindən sevinirlər. Axı elə onlar da bunu istəyirdilər.
Onun fikrincə uşaqların ləyaqətli bir vətəndaş kimi tərbiyə olunmasında əməyin
böyük rolu vardır. Uşaqlara kiçik yaşdan əməyə məhəbbət tərbiyə etmək lazımdır.
Əməyə məhəbbət tərbiyəsinə ehtiyac həyatın tələbidir. Əmək ilk növbədə uşağın
hərəkətində özünü göstərir. Uşağın fiziki inkişafında, sağlamlığının təmin
edilməsində oyun mühüm əhəmiyyət kəsb edir. Oyun uşaqları kollektivdə birləşdirir.
Oyun zamanı uşaqda təşəbbüskarlıq, çeviklik, diqqətli olmaq tələb olunur. Oyunda
hər bir tərbiyəçi uşaqların əqli, mənəvi tərbiyəsinə kömək eədn ünsürləri tapa bilər.
Ailədə və “Ana qucağı məktəbi”ndə ən zəruri dərs əşya dərsləridir. Uşaqlar
hələ beşikdə ikən əşya dərsləri keçirlər. Məhz bunun nəticəsində uşaq
bu və ya digər
əşyaya toxunmağa, baxmağa, iyləməyə cəhd edir.
Kerqomara görə uşaqlara həqiqi məhəbbət sözün tam mənasında yalnız “hiss”
169
olmayıb, elmdir. Uşağı “sevmək” üçün onu sevməyi “bacarmaq” lazımdır. Uşağa
məhəbbət tələblərini, ehtiyaclarını, qabiliyyətlərini inkişaf etdirə bilən şərait
yaratmağı tələb edir. Uşağı sevmək –
onu qorumaq, ona hörmət etmək deməkdir.
Çünki o, zəifdir, günahsızdır. Uşağı sevmək, xeyirxah olmaq, ona layiq olmaq
deməkdir.
Dostları ilə paylaş: