117
təmin olunur. Qlikogen qlükozadan ancaq qara ciyərdə yox başqa
orqan və toxumalarda (əzələ) da sintez olunur.
Karbohidratlar bitki mənşəli qida məhsullarında, məsələn,
taxıl
bitkilərinin dənində, kartofda, meyvələrdə çox olur.
Ümumiyyətlə, karbohidratlar bağırsaqlardan qana mannoza,
qlükoza və fruktoza (monosaxaridlər) şəkilində sorulur.
Orqanizmə çoxlu karbohidrat daxil olarsa qara ciyərdə onun
hamısı qlikogenə sintez oluna bilmir. Nəticədə qanda şəkərin
miqdarı normaya nisbətən artır
və buna hiperqlikemiya deyilir.
İnsanların karbohidratlara sutkalıq tələbatı 500 qramdır.
Normadа qanda şəkərin miqdarı isə 80-120 mq%-dir.
Qanda qlükozanın 70%-dən az olması -
hipoqlikemiya, 120
mq%-dən çox olması isə
hiperqlikemiya adlanır. Qanda qlüko-
zanın miqdarının 50-40 mq%-ə qədər azalması zamanı insanda
müvazinət itir, gıc olma baş verir, tər ifrazı çoxalır və ölüm ola
bilir. Müalicə məqsədi ilə qana qlükoza vurulmalı və ya xəstə
şəkər qəbul etməlidir.
Qanda qlükoza 150-180 mq% olduqda sidik ilə xarıc olunur
(qlükozuriya). İnsanlar ücün gündəlik şəkər norması cavanlar
ücün - 50-70 qram, yaşlı insanlar ücün - 30-50 qramdır.
Bir qram karbohidrat oksidləşdikdə 4,1 kkalori enerji verir.
Əgər orqanizmə az karbohidrat daxil olarsa, enerji tələbatı
zülalların və yağların hesabına ödənilir.
Mədəаltı vəzin hormonu insulin qanda olan qlükozanın artıq
hissəsini qlikogenə çevirir və qanda şəkərin miqdarı norma
daxilində sabit saxlanılır. Mədəaltı vəzin funksiyası pozulduqda
az insulin ifraz olunur və nəticədə insanda şəkərli diabet xəstəliyi
əmələ gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata
görə dünyada şəkərli diabet xəstəliyinə tutulmuş insanların sayı
1999-cu ildə - 110 milyon, 2000-ci ildə - 175 milyon, 2007-ci ildə
– 193 milyоn, 2010-cu ildə - 200 milyon, 2011-ci ildə 240 milyоn
olmuşdur.