Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27


MÖVZU: REZUS (pH) FAKTOR VƏ ONUN TƏYINI



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə40/256
tarix02.01.2022
ölçüsü2 Mb.
#1237
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   256
 
MÖVZU: REZUS (pH) FAKTOR VƏ ONUN TƏYINI 
 
1940-ildə K.Landşteyner və İ.Viner insanlarin eritrositlərində 
daha  bir  aqqlütinogen  müəyyən  etmişlər.  Həmin  aqqlütinogeni 
Rezus-faktor adlandırmışlar. Aqqlütinogenin Rezus-faktor adlan-
masının  səbəbi  onun  birinci  dəfə  əntər  meymunun  (Macacus 
Rhesus) qanında tapılmasıdır. 
Alimlər  meymunun  qanını  dovşana  vurmuşlar  və  plazma  al-
mışlar. Həmin plazmada meymunun aqqlütinogeninə qarşı antinel 
(aqqlütinin)  müəyyən  edilmişdir.  Müəyyən  edilmiş  antitel  müa-
yinə  olunan  bir  çox  insanlarin  eritrositlərinin  aqqlütinasiyasına 
səbəb olmuşdur. 
Müəyyən olunub ki, insanlarin 86%-nin qanında Rezus-faktor 
vardır və həmin insanlar müsbət rezuslu (Rh+), 14%-nin qanında 
isə  rezus-faktor  yoxdur,  həmin  insanlar  isə  mənfi  rezuslu  (RH-) 
hesab olunurlar (şəkil 12). 
Müsbət  rezuslu  insanın  qanını  mənfi  rezuslu  insana  köçür-
dükdə  mənfi  rezuslu  insanda  rezus-antigenə  qarşı  spesifik  antitel 
əmələ  gəlir.  Əmələ  gəlmiş  həmin  antitel  illərlə  orqanizmdə  qala 
bilir.  Ona  görə  də  müsbət  rezuslu  qan  təkrarən  həmin  insana 


47 
(antitel  əmələ  gəlmiş)  vurularsa,  bu  zaman  eritrositlərin  aqqlü-
tinasiyası ola bilir. 
Deməli,  mənfi–rezuslu  insanın  qanina  təkrar,  müsbət  rezuslu 
insanın  qanı  vurulduqda  qan  qruplarinin  uyğun  olmasina  baxma-
yaraq  aqqlütinasiya  əmələ  gəlir.  Aqqlütinasiyanın  əmələ  gəlmə-
sinə  səbəb  mənfi  rezuslu  insanda  xüsusi  anti-rezus  aqqlütinin 
olmasıdır. 
 
Şəkil 12. Rеzus fаktоr 
 
 


48 
Müsbət  rezuslu  dölü  olan,  mənfi  rezuslu  analarada  rezus-
antitelin  əmələ  gəlməsinin  xüsusi  əhəmiyyəti vardır. Dölün  rezus 
–faktoru plasentadan (cift) diffuziya  yolu  ilə ananın  qanınа keçir 
və  xarakterik  antirezus  maddənin  yəni  antitelin  əmələ  gəlməsinə 
səbəb  olur.  Həmin  antirezus  maddə  plasenta  vasitəsi  ilə  dölün 
qanına  keçərək  aqqlütinasiyaya  və  həmçinin  onun  eritrositlərinin 
hemolizinə səbəb olur. Nəticədə uşaqda ağır hemolitik xəstəliklər 
baş verir. Əvvələr uşağın qanını təmiz dəyişdirməklə onu ölümdən 
xilas etmək mümkün olurdu. Hazırda tibb elminin müasir metod-
larlı ilə uşaqları müalİcə etmək asandır. 
Qаndа  rezus-faktoru  təyin  etmək  üçün  Rezus-2  cihazından 
(cihazda  standart  zərdablar  olur)  və  yа  stаndаrt  аntirеzuz  zərdа-
bındаn istifadə edilir.  

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin