Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə


mənzərəsini;  2.  Coğrafi  təfəkkuru;  3.  Coğrafi  metodları;  4.  Coğrafi  dili



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

mənzərəsini;  2.  Coğrafi  təfəkkuru;  3.  Coğrafi  metodları;  4.  Coğrafi  dili.  Gostərilən  unsurlərin  kitabda  geniş 

təhlili verilmişdir.  

90-cı  illərdə  fiziki  coğrafiya  elminin  inkişafı  və  tədrisi  sahəsində  xeyli  irəliləyişə  nail  olunmuşdur.  A.A.Qriqoryev, 

S.K.Kolesnik,  F.N.Milkov  və  b.  coğrafi  təbəqənin  formalaşması,  onun  strukturu,  dinamikası  və  s.  haqqında  fundamental 

tədqiqatlar aparmışlar, dərsliklər nəşr etdirmişlər. Belə maraqlı dərsliklərdən biri də F.N.Milkovun «Umumi yerşunaslıq» (1990) 

kitabıdır. Universitet tələbələri ucun nəzərdə tutulan bu dərsliyin ilk uc fəsli yerşunaslığın ənənəvi obyekti olan coğrafi təbəqəyə, 

ona  gostərilən  planetar  və  kosmik  təsirə,  strukturuna  həsr  olunub.  Landşaftın  dinamikası,  maddələr  və  enerji  mubadiləsi  kimi 

məsələlərinin  təhlilinə  dərslikdə  xeyli  yer  ayrılmışdır.  F.N.Milkov  həmcinin  yerin  landşaft  sferasına  və  onun  əsas  novlərinə  – 

yerustu,  buzlaq,  quru,  su,  dib  və  s.  təhlilinə  aid  ozunun  əsaslı  tohfəsini  vermişdir.  Təbii  zonalıq,  onun  haqqındakı  muasir 

təsəvvurlər, enlik, hidrotermik, orogen, şaquli landşaft zonalığı mufəssəl şəkildə işıqlandırılır.  

E.P.Romanovanın  rus  dilində  capdan  cıxan  (Sovremennıye  landşaftı  Evropı  (M.1997))  dərs  vəsaitində 

Avropanın  təbii  landşaftlarının  yaranması  amilləri  və  yerləşmə  qanunauyğunluqları,  təsərrufatda  onların 

mənimsənilməsi tarixi, antropogen təsirin altında transformasiyası və s. tədqiq olunur. Avropanın iri regionlarındakı 

landşaftların yaranması və muasir xususiyyətləri şərh olunur. Hidrologiyaya aid nəşr olunan ədəbiyyatlar sırasında 

R.S.Calovun cayların məcrasının tədqiqinə həsr olunmuş dərs vəsaiti xususilə fərqlənir (Russlovoe issledovanie, M, 

1995).  Məcranın  coxsahəli  tədqiqatlarının  uc  əsas  istiqamətləri:  hidroloji,  geoloji,  və  coğrafi,  qarşılıqlı  əlaqə 

şəklində  verilmişdir.  Dərs  vəsaitində  məcranın  tədqiqatlarının  butun  mərhələləri  –  coldə  faktiki  materialların 

toplanması  və  əlavə  sahmanlanmasından  başlayaraq,  kameral  təhlili  və  stasionar  oyrənilməsinə  qədər,  əhatə 

olunmuşdur.  

70-ci  illərdən  sonra  ətraf  muhitin  cirklənməsi  dunyanın  qlobal problemlərinə  cevrilir.  Təbii  sistemlərə  edilən  antropogen 



təzyiqlərin artması insan ucun təhlukə torədən ekoloji cirklənmənin daha geniş sahələrdə yayılmasına səbəb olur. Ona gorə də 

bəşəriyyətin həyatı ucun aktual olan bu problemlərə aid daha cox ədəbiyyat cap olunmağa başlayır. Fundemental xarakterli belə 

əsərlərdən biri də N.F.Reymersin «Təbiətdən istifadə» luğət – məlumat (M.1990, rus dilində) kitabıdır. Problem məsələləri əhatə 

edən bu sozluk – məlumat kitabı dunya təcrubəsində ilk dəfə yaradılmışdır. Burada təbiətdən istifadənin ekoloji, sosial və iqtisadi 

məsələlərinə  həsr  olunan  5000-dən  cox  ən  muhum  termin  və  anlayışların  izahı  verilmişdir.  Elmin  inkişafının  hazırki  mərhələsi 

ucun əhəmiyyətli olan bir sıra  yeni terminlər təklif olunur və onların izahı verilir. Muəllif coğrafi  ekologiya  kimi  yeni anlayışı 

belə  izah  edir:  «coğrafi  ekologiya  (geoekologiya),  biosfer  də  daxil  edilməklə  ekosistemin  yuksək  iyerarxiya  səviyyəsini 

oyrənən»  ekologiyanın  (coğrafiyanın)  bir  bolməsidir.  Bu  terminin  sinonimləri  (əvəzi)  –  landşaft  ekologiyası, 

biogeosenologiyadır»

1

.  



Q.N.Qolubevin «Geoekologiya» (M.,1999, rus dilində) dərsliyi coğrafi ekologiyanın geniş məsələlərini əks etdirir. 

Onun  dərsliyində  gostərilir  ki,  coğrafi  ekologiya  geosfera  ilə  cəmiyyətin  qarşılıqlı  inteqrasiyasına  əsaslanan  ekosistemi 

oyrənən  fənnlərarası  elmi  istiqamətdir.  Kitabda  ekosferın  təbii  və  sosial-iqtisadi  amilləri,  qlobal  miqyasda  dəyişməsi 

problemləri,  hidrosfer,  litosfer,  biosfer  ətraflı  tədqiq  olunur.  Təbii-texniki  sistemlərin  coğrafi  ekoloji  baxımdan  təhlili 

verilir.  Bəşəriyyətin  salamat  yaşaması  baxımından  bohran  xarakterli  qlobal  problemlər  (coğrafi-ekoloji,  demoqrafik,  su, 

enerji, ərzaq, mineral xammal) tədqiq edilir.  

Son illər tədris, siyasi və elmi-tədqiqat ehtiyacları ilə bağlı olaraq kartoqrafik məhsullarına tələbat xeyli artmışdır. 

Yeni  tematik  və  regional  xəritələr  duzəldilir,  geoinformatika  texnologiyası  tətbiq  olunur.  Bir  sozlə,  xəritələr  daha 

məzmunlu olub və tətbiq sahələrinə gorə kutləvi xarakter alır. Dinamik coğrafi təsvirlərin, komputerlərin, slayd-filmlərin, 

tədris coğrafi filmlərin və s. geniş istifadəsinə əsaslanan yeni video-kartoqrafiya bolməsi yaradılır.  

Bununla  belə,  qeyd  etmək  lazımdır  ki,  kartoqrafiyanın  coğrafi  əsasdan  ayrılaraq  geoinformatika  təsiri  altına 

duşmə  qorxusu  vardır.  Bu  da  onun  geoinformatika  tərkibində  əriməsi  təhlukəsini  yarada  bilər.  Ona  gorə  də 

coğrafiya, başlıca diqqət informasiya və avtomatlaşdırma vasitələrindən kartoqrafiyada bir metod kimi geniş istifadə 

edilməsinə yonəldilməlidir.  



Ekoloji xəritələşdirmədə daha cox yeniliklər və irəliləyişlər baş verir. Muxtəlif yuksəkliklərdə və muddətlərdə 

Yerin və onun iri regionlarının kosmosdan cəkilmiş şəkilləri ekoloji şərait haqqında dolğun məlumatlar verir.  

Olkələr  və  onların  regionları  haqqında  coğrafi  informasiya  sistemi  (CİS)  əsasında  ekoloji  xəritələrin  tərtibi 

genişlənir. Ərazilərin inkişafının təhlilinə  və  vəziyyətinin qiymətləndirilməsinə  həsr olunmuş elektron  xəritələr və 

atlaslar  tərtib  olunur.  Belə  xəritələr  həm  də  təbii  ehtiyatların  istifadəsini,  əhalinin  dinamikasını,  regionların  tarazlı 

(dayanıqlı) inkişafı problemlərini və s. əhatə edir.  

Amerika coğrafiyası uzrə mutəxəssis V.M.Qoxman, Mərkəzi Amerika uzrə tədqiqatcı Y.Q.Maşşbis, Hindistan 

tədqiqatcısı Q.V.Sdasyuk, Mərkəzi Avropa və Almaniya coğrafiyaları uzrə tədqiqatcı S.B.Lavrov, Cənubi Amerika 

uzrə  tədqiqatcı  V.V.Volski,  Şərqi  Avropa  olkələrinin  coğrafiya  uzrə  ixtisaslaşan  İ.M.Mayerqoyz  və  b.  dunya 

coğrafiyasının muhum problemlərinə aid qiymətli əsərlər yazmışlar.  

Yerin coğrafi oyrənilməsinə ara verilmir. Yeni torpaqlar kəşf olunmasa da, Dunya okeanının sirləri acılır: onun 

suyunun  fiziki  və  kimyəvi  tərkibi,  axınları,  bəşəriyyətin  qidalanmasında  muhum  ərzaq  mənbəyi  rolunu  oynayan 

balıq və digər heyvan novlərinin coxalması, davranışı, qorunması, okeanın qlobal ekoloji şəraiti və  s. oyrənilməsi 

davam etdirilir.  

Coğrafiyacı  alimlər  tərəfindən  təbiət  və  cəmiyyətin  muxtəlif  xarakterli  qarşılıqlı  əlaqələri  dərk  olunur  və 

oyrənilir. Yerin kosmosdan oyrənilməsi işləri geniş vusət alır.  



Kosmik  coğrafiya  elmi  yaranmaq  uzrədir.  Bu  elmin  mutərəqqi  və  daha  dəqiq  usullarından  istifadə  edərək 

Yerdə  baş  verən  qasırğa  və  meteoroloji  hadisələri  qabaqcadan  xəbər  vermək,  məskunlaşma  və  sənaye  ocaqları 

areallarının, kənd təsərrufatı bitkiləri və nəqliyyat xəttlərinin və s. yerləşməsini oyrənməyə başlanıbdır. Gostərilən 

məsələlər aşağıda adları cəkilən: «Coğrafi tədqiqatlarda aerokosmik metodlar» (1982), «Sosial-iqtisadi coğrafiyada 

aerokosmik metodlar» (1983) və digər tədris kitablarında ozunun geniş izahatını tapmışdır.  

Н.Ф.Раймерс. Природопользование. Словарь. М. 1990, с.95  



 Kohnə usullarla – nə xəritə və nə də qlobus vasitəsilə kosmik coğrafiyanın verdiyi qədər geniş informasiyanı biliklər 

almaq  olmaz.  Bunun  ucun  artıq  on  illərdən  bəri  muxtəlif  hundurluklərdə  və  işıqlandırma  şəraitində  cəkilmiş  boyuk 

həcmdə kosmik şəkillər və materiallar daha faydalıdır. Bu materiallar real «qlobusun» mənzərəsindən fırlanan canlı Yerin 

muasir coğrafiyasını qurmaq ucun tam yetərlidir. Kosmik «qlobus»da yerdəki boğazlar, okeanlar, dənizlər, adalar, dağlar 

və səhralar tamamilə başqa gorunuşə malikdirlər.  

Bu  şəkillər  boyuk  bir  kino  lenti  kimi  Yerin  rəngli  mozaikasını  real  olaraq  goz  onundə  canlandırır.  Kosmosdan 

baxdıqda təbiətdə hec nəyin təsadufi olmadığını və oz qanunu ilə yaşadığını aydın gorursən. Kosmik gəmidən bitkilərin 

rənginin  dəyişməsi  ilə  Yerin  şimal  və  cənub  yarımkurələrində  fəsillərin  eyni  vaxtda  gedişini  gorə  bilərsən.  Səthə  yaxın 

olan  geoloji  formasiya  ilə  onun  uzərində  əmələ  gəlmiş  landşaftın  umumi  mənzərəsi  arasındakı  əlaqələri  aydın  gormək 

olur.  Ərazinin  tektonik  strukturunu  kosmosdan  oyrənməklə  faydalı  qazıntıların  duzgun  axtarışı  istiqamətlərini  muəyyən 

etmək olar.  

Kosmosdan alınan şəkillər və informasiyanın koməyi ilə Yerin butovlukdə və ayrı-ayrı regionları uzrə ekoloji 

şəraitinin oyrənilməsi mustəsna əhəmiyyət kəsb edir.  

Son nailiyyət kimi kosmik materiallar əsasında Coğrafiya İnformasiya Sistemlərinin yaradılmasını (CİS-lər) 

gostərmək olar. Bu sistemlə hazırlanan rəqəmli xəritələrdə: ərazinin topoqrafiyası, yağıntıların miqdarı, 

temperaturun gedişi, əhalinin sıxlığı, flora və faunanın tərkibi və s. haqqında geniş həcmli coğrafi informasiya 

verilir.  

* * *  


Coğrafiya tarixi, 

 

Tapdıq Həsənov,  



Əbdurrəhim Hacızadə  

VI fəsil  



AZƏRBAYCAN COĞRAFİYASININ İNKİŞAF TARİXİ  

6.1 Azərbaycan coğrafiya tarixinin umumi icmalı  

Azərbaycan  haqqında  ilk  yazılı  coğrafi  məlumatlara  qədim  yunan  və  Roma  səyyahları  və  alimlərinin 

əsərlərində  rast  gəlirik.  Yunan  filosofu  Herodot  Xəzər  sahilini  təsvir  etmiş,  Roma  alimi,  milliyyətcə  yunan  olan 

Strabonun  coğrafiya  kitablarında  isə  Albaniya,  Xəzər  dənizinin  sahilləri  və  onun  ozu  haqqında  cox  maraqlı 

məlumatlar  yazılmışdır.  Klavdiy  Ptolemey,  Dədə  Qorqud  dastanı  və  həmcinin  yerli  alban  alimlərindən  Moisey 

Kalankatlı (VII-VIII) olkəmiz haqqında xeyli bilgilər vermişlər.  



Moisey  Kalankatlınun  «Albanların  tarixi»  əsərində  gostərilir  ki,  I-VII  əsrlərdə  Albaniyanın  ərazisi  şimalda 

Baş  Qafqaz  dağlarından  başlayaraq  cənubda  Araz  cayınadək,  qərbdə  İberiyadan  şərqdə  Xəzər  dənizinə  qədər 

uzanırdı. İnzibatı bolgu baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bolunmuşdur. Kurun 

sol  sahilində  Qəbələ,  Şəki,  Kambisiena  (Mingəcevir  rayonunda),  sağ  sahilində  Arsax,  Uti,  Qardman,  Sakasena, 

Paytakaran, Syunik və b. əyalətlər (nahanqlar) yerləşirdi. Xəzər sahili boyu Dərbənddən Beşbarmaq dağınadək olan 

əraziləri Cola, ondan qərbə  Lpinə, Həcəri və  b.  əyalətlər tuturdu. (Şəkil 14). İri Alban  yepiskoplarının  mərkəzləri 

olan Qəbələ, Şəki, Partav (Bərdə), Paytakaran (Beyləqan) haqqında ətraflı məlumatlar verilirdi. Muəllif Albaniyanın 

əlverişli  təbii  şəraiti,  kənd  təsərrufatının  əsas  sahələri,  sənətkarlığı,  ticarət  yolları,  qonşu  xalqları  və  s.  haqqında 

dəyərli tarixi-coğrafi məlumatlar vermişdir.  

«Dədə  Qorqud»  kitabı  Azərbaycan  xalqının  tarixinin  işıqlı  bir  dovrunu  VI-VII  əsrləri  əhatə  edir.  Bu  dastan  təkcə 

tarixi  əsər  olmaqdan  ziyadə,  həm  də  tarixi-coğrafi-etnoqrafik  anlayış  və  hadisələri,  coxlu  yer  adlarını  əhatə  edən  geniş 

məzmunlu  bir  əsərdir.  Turklərin  yayıldığı  əraziləri,  qonşuları,  əhalinin  muxtəlif  mərasimləri,  məşğuliyyət  sahələri, 

şəhərləri, yolları və s. haqqında dastanda dolğun məlumatlar verilir. Ozu də kitabda coğrafi hadisələri əhatə edən ayrıca 

tarixi-coğrafi bolmə vardır.  

«Dədə Qorqud» on Asiyada, Qafqazda, xususilə Azərbaycanda yaşayan oğuz turklərinin tarixini bədii dildə qələmə 

alan bir dastandır. Burada təsvir olunan hadisələr Boyuk turk ellərinin (L.Qumilyova gorə «Turkyurd») və onların 

yenilməz  sərkərdələrinin  gostərdikləri  mərdlik  və  qəhrəmanlıqları  ilə  bağlıdır.  Bu  gun  həmin  dastan  butun  turk 

olkələrinin tarixi-coğrafi və mədəni birliklərinin inkişaf etdirilməsində boyuk rol oynayır. 

Sonralar  Azərbaycan,  onun  səfəvilər  və  Ağqoyunlu  dovlətləri  haqqında  yenə  də  Venesiya  tacirlərindən 

Katerino  Zeno,  Ambrocco  Kontari  və  ingilis  səyyahı  Antonio  Cenkinson  ətraflı  məlumatlar  veriblər.  Dunyanın 

muxtəlif  olkələrindən  Azərbaycana  gələn  səyyahlar  haqqında  prof.  Yaqub  Mahmudov  ozunun  «Səyyahlar 

Azərbaycana gəlir» (Bakı, 1977) adlı dəyərli kitabında geniş məlumat vermişdir.  

XVIII  əsrin  birinci  yarısından  başlayaraq  bir  sıra  Şərq  olkələrinə  səyahət  etmiş,  onlar  haqqında  cox  qiymətli 

kitablar  yazmış,  Azərbaycan  coğrafiya  alimi  və  səyyahı  Hacı  Zeynalabidin  Şirvani  (1780-1837)  coğrafiya 

tarixində xususi yer tutur (Şəkil 15).  

O, XVIII əsrin ikinci yarısından başlayaraq 40 il səyahət etmiş, Azərbaycanın muxtəlif yerlərində, o cumlədən 

Bakıda,  digər  yerlərdə  Şimali  Afrika  və  Cənubi  Avropa  olkələrində  olmuşdur.  Fars  dilində  iki  hissədən  ibarət 

«Riyazus-səyahə»  («Cənnət  bağı  səyahətləri»)  və  digər  iri  həcmli  coğrafi  və  fəlsəfi  məzmunlu  ensiklopedik 

xarakterli  əsərlərin  muəllifidir.  Əsərlərində  Yaxın  və  Orta  Şərq  olkələri,  Hindistan,  Efiopiya,  Orta  Asiya  və 

Azərbaycanın  coğrafiyası,  tarixi,  etnoqrafiyası,  incəsənəti,  mədəniyyəti,  abidələri,  ədəbiyyatı  və  bəzi  gorkəmli 

şəxsiyyətləri  haqqında  qiymətli  məlumatlar  vermişdir.  Yer  kurəsinin  iqlim  qurşaqları  və  iqlim  tipləri,  onların 



təsərrufata,  insanların  həyatına,  davranış  və  məişətinə  gostərdiyi  təsirdən  oz  dovrunə  gorə  yuksək  elmi  fikirlər 

soyləmişdir.  



Azərbaycan haqqında Rusiya tədqiqatcıları və səyyahlarının da bir sıra qiymətli məlumatları vardır.  

Tver taciri A.Nikitin Cənubi Qafqazdan kecib Hindistana gedərkən Azərbaycanda olmuş, Dərbənd, Şamaxı və Xəzər 

dənizi  haqqında  zəngin  məlumatlar  toplamışdır.  Bunun  nəticəsində  XVI  əsrdə  Rusiya  Şirvana  diplomatik  numayəndələr 

gondərmişdir.  Afanasi  Nikitin  Azərbaycanla  bağlı  verdiyi  məlumatlardan  aydın  gorunurdu  ki,  XV-XVI  əsrlərdə 

Azərbaycan  Hindistanı  və  Yaxın  Şərqi  Rusiya  ilə  birləşdirən  Volqa-Xəzər  su  yolundan  ticarət  məqsədilə  geniş  istifadə 

edən olkə olmuşdur. Şamaxı tacirləri bir tərəfdən Rusiya, o biri tərəfdən Hindistan, Yaxın Şərq daxil olmaqla boyuk bir 

ərazidə ticarətlə məşğul olurdular.  

Rusiya imperatoru I Pyotr qonşu dovlətlərlə, xususilə Şərq olkələri ilə daha cox maraqlanmışdır. Onun tapşırığı 

ilə  Rusiya  elmlər  Akademiyası  Yaxın  Şərq  olkələrini,  İran  və  Turkiyəni  oyrənməyə  başlamış,  Xəzərsahili 

torpaqların tədqiqi sahəsində ilk addımlar artmışdır.  

Rus  səyyahı  və tədqiqatcısı  İ.Q.Gerberq  1928-ci ildə Xəzər sahilindən başlayaraq Şərqi  Azərbaycanı, Kurun 

mənsəbini, Dərbənd ətrafını coğrafi baxımdan tədqiq etmişdir. Xususi proqramla aparılan tədqiqatlarda bu yerlərin 

inzibati-idarə munasibətləri və təsərrufat həyatı oyrənilmişdir.  

Rusiya  coğrafiyacısı  F.İ.Saymanov  1723-35-ci  illərdə  Xəzər  sahillərinə  elmi  ekspedisiya  təşkil  etmişdir. 

Ekspedisiya iştirakcıları bir necə dəfə Azərbaycan sahillərinə cıxmış, buranın təbiətini və sərvətlərini əsaslı şəkildə 

oyrənməyə  başlamışlar.  Onlar  Azərbaycanın  zəngin  təbii  sərvətləri,  o  cumlədən  neft  yataqları  olması  haqqındakı 

məlumatları Rusiya EA-na gondərmişlər.  

Bu  dovrdə  yaşayan  gorkəmli  coğrafiyacı  Vaxuşti  Baqratiyoni  Gurcustan  coğrafiyasına  həsr  etdiyi  əsərdə 

qonşu dovlətlər, o cumlədən Azərbaycan haqqında da sohbət acmışdır.  

XVIII  əsrin  axırlarında  Rusiya  EA-nın  Qafqaz  ekspedisiyası  Xəzər  sahillərini  tədqiq  etməklə  Azərbaycan 

haqqında yeni məlumatlar toplamağa başlamışdır. 1770-ci illərdə P.Y.Lerexin ekspedisiyasına dair Rusiya EA-nın 

nəşr etdirdiyi yazılarda Azərbaycan haqqında muxtəsər məlumatlara rast gəlinir.  

Rusiya  EA-nın  həqiqi  uzvu  S.Q.Qmelin  (1745-1774)  Xəzər  sahillərinin  təbii  xususiyyətlərini,  fauna  və 

florasını  oyrənmişdir.  Onun  Rusiyada  EA-sı  tərəfindən  nəşr  edilən  «Təbiətin  hokmunun  tədqiqatı  ucun  Rusiyaya 

səyahət» əsəri Azərbaycan təbiətinə həsr olunmuşdur.  

Azərbaycanın  neft  sərvətləri  haqqında  ilk  məlumatlara  1739-cu  ildə  nəşr  edilən  «Vedomosti»  Jurnalında  rast 

gəlinir.  

XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiyaya ilhaq edilməsi ilə əlaqədar olaraq onun təbii ehtiyatları 

iqtisadiyyatı və tarixi daha intensiv və məqsədyonlu şəkildə oyrənilməyə başlanmışdır. Şimali Azərbaycanın Rusiya 

bazarına daxil olması bu işi daha da surətləndirmiş Azərbaycanın tədqiqi işinə bir cox tanınmış mutəxəssislər cəlb 

olunmuşdur.  

1836-cı ildə Sankt-Peterburqda Cənubi Qafqazın statistikasına, etnoqrafiyasına və maliyyəsinə aid toplular nəşr 

edilmişdir.  Bu  topluların  III  cildi  Şirvan,  Talış,  Qarabağ,  Şəki,  IV  cildi  Bakı,  Quba,  Dərbənd  əyalətlərinə  həsr 

edilmişdir. Əyalətlərin təsviri xususi proqrama muvafiq olaraq ardıcıl və aydın verilmişdir.  

Artıq  XIX  əsrin  ortalarında  Azərbaycanın,  eləcə  də  butun  Qafqazın  oyrənilməsi  sahəsində  aparılan  işlər  Tiflisdə 

mərkəzləşdirilmişdi.  1851-ci  ildə  burada  yaradılmış  Rusiya  Coğrafiya  Cəmiyyəti  Qafqazın,  o  cumlədən 

Azərbaycanın  oyrənilməsində  də  cox  boyuk  nailiyyətlər  əldə  etmişdir.  Cəmiyyətin  rəhbərliyi  ilə  aparılan 

tədqiqatların nəticələri «Qafqaz haqqında xəbərlər», «Rusiyada coğrafiya cəmiyyətinin Qafqaz şobəsinin xəbərləri», 

«Qafqaz  təqvimi»  və  s.  toplularda  nəşr  edilmişdir.  Toplularda  Azərbaycanın  təbiətinə,  əhalisinə,  təsərrufatına, 

etnoqrafiyasına  və  mədəniyyətinə  həsr  edilmiş  xeyli  məqalə  var.  Cəmiyyətin  Qafqaz  şobəsində  rus  alimləri 

N.V.Xanıkov, Ş.İ.Xorzikov, Q.A.Abix, V.V.Dokucayev, K.A.Satumvin, İ.V.Mayevski və b. fəaliyyət gostərmişlər. 

Cəmiyyətdə calışan Azərbaycan ziyalıları yerli təbiətin, etnoqrafiyanın, əhalinin və şəhərlərin ilk tədqiqatcıları 

olmuş  və  məqalələrini  həmin  cəmiyyətin  mətbuat  orqanlarında  nəşr  etdirməklə,  Azərbaycan  coğrafiyasını 

zənginləşdirmişlər.  

Məşhur  Azərbaycan  filosofu  və  dramaturqu  M.F.Axundov  bu  cəmiyyətin  fəal  uzvu  idi.  Azərbaycanın  ilk 

coğrafi toponimikası onun adı ilə bağlıdır.  



M.S.Şahtaxtlı  (1846-1881),  Ə.İ.Şahtaxtinski  (1853-1913),  İ.N.Qutqaşınlı  (1806-1869)  və  b.  Azərbaycan 

ziyalıları coğrafiya cəmiyyətinə yaxından komək etmişlər.  



Məmmədağa  Şahtaxtinski  1900-cu  ildən  Rusiya  Coğrafiya  Cəmiyyətinin  Qafqaz  şobəsinin  həqiqi  uzvu 

olmuşdur. O, Parisdə, İstanbulda, Leypsiqdə, Avropanın və Rusiyanın başqa şəhərlərində Azərbaycanı təbliğ etmiş, 

«Moskovski  vedomosti»,  «Kaspi»,  «Tiflis»  qəzetlərində,  coğrafiya  cəmiyyətinin  məcmuələrində  Azərbaycan 

haqqında məqalələr dərc etdirmişdir.  



İsa  Şahtaxtinski  Peterburq  Əkincilik  İnstitutunu  bitirmiş,  Paris  və  Londonda  siyasi  iqtisad  kursları  kecmiş, 

Surix  Politexnik  İnstitutunda  bir  sıra  gorkəmli  muhazirəciləri  dinləmişdir.  Hələ  tələbə  ikən  iqtisadiyyat,  təbiət  və 

cəmiyyət məsələlərinə aid əsər yazmış, meşənin əhəmiyyəti movzusunda dissertasiya mudafiə etmişdir. Sonralar o, 

Qafqazın və Azərbaycanın coğrafiyası, əhalisi, inzibati bolgusu və dovlət idarələri movzusunda da əsərlər yazmışdır.  



İsmayıl bəy  Qutqaşınlı  bir  sıra  əsərlərində  xalqımızın adət və  ənənələrini,  doğma  vətəninin təbii  gozəlliyini 

real təsvir etmişdir. Onun 1851-ci ildə qələmə aldığı  «Səfərnamə» əsərində  xeyli qiymətli coğrafi  məlumatlar var. 



Bu  əsərdə  azərbaycanlılar  yaşayan  mahallar,  şəhər  və  kəndlərin  təbiəti,  əhalinin  təsərrufat  vərdişləri  coğrafi 

cəhətdən təsvir edilmişdir. Əsərin məzmunundan bilinir ki, muəllif geniş coğrafi dunyagoruşunə malik olmuşdur.  



XIX əsr milli yazıcılarımızın əsərlərində də Azərbaycan coğrafiyasına aid bir sıra qiymətli məlumatlara rast 

gəlinir. Onların bəziləri coğrafi əsərlər də yazmışlar.  

XIX  əsrdə  yazıb  yaratmış  Abbasqulu  ağa  Bakıxanov  (1793-1847)  Azərbaycan  ictimai  fikir  tarixində  xususi  movqeyə 

malik şair, alim və dovlət xadimi olmaqla yanaşı, Azərbaycan tarixi və coğrafiyasının ən mukəmməl tədqiqatcılarından idi. O, 

Azərbaycanı  oba-oba,  el-el  gəzmiş  və  Rusiyanın  bəzi  rayonlarına  (Don  sahillərinə,  Ukrayna,  Polşa  və  Baltikyanı  olkələrə) 

səyahət  etmiş,  bir  sıra  əsərlər  yazmışdır.  Bunların  icərisində  boyuk  coğrafi  əhəmiyyətə  malik  «Kəşvul-Qəraib»  («Qəraib 

dənizinin kəşfi) və b. Azərbaycanda yazılan ilk umumi coğrafiya  əsəri idi. O, «Gulustani-İrəm» əsərində olduğu kimi «Kəşvul-

Qəraib»də  də  ayrı-ayrı  olkələrin  (burada  Amerikanın  kəşfinə  daha  cox  yer  verilmişdir)  təbii  şəraitindən,  əhalisindən, təsərrufat 

həyatından  sohbət  acmışdır.  A.Bakıxanovun  kosmologiyaya  aid  əsərində  umumi  coğrafi  məsələlər,  Yer  kurəsi  və  onun 

xususiyyətləri şərh edilmişdir. Onun «Gulustani İrəm» əsərində Azərbaycan coğrafiyasına aid bir sıra elmi cəhətdən əhəmiyyətli 

fikirlər, muşahidələr toplanmışdır. Kitab Azərbaycan tarixinə aid olsa da, orada Azərbaycan və Dağıstanın qısa coğrafi təsvirinə 

də muəyyən yer verilmişdir.  

XIX  əsrin  II  yarısında  Rusiyada  kapitalizmin  surətli  inkişafı  ilə  əlaqədar  olaraq  ictimai  ərazi-əmək  bolgusu 

guclənmişdir. Olkənin bir sıra rayonlarında, xususilə Rusiyanın cənubunda, Cənubi Qafqazda və Uralda iri miqyaslı təbii 

ehtiyatlar  mənimsənilməyə  başlanmışdır.  Volqaboyu  və  Şimali  Qafqazda  kənd  təsərrufatı  ucun  yararlı,  geniş  torpaqlar 

istifadəyə  verilir,  olkənin  mərkəzində,  şimali-qərbində,  Donbasda,  Dneprboyunda  və  Bakıda  iri  sənaye  mərkəzləri 

yaranırdı. Azərbaycan tədriclə Rusiyanın muhum sənaye rayonlarından birinə cevrilirdi.  

Azərbaycanın  movcud  potensial  imkanlarından  daha  artıq  istifadə  etmək  ucun  onun  təbii  və  iqtisadi 

xususiyyətlərini  dərindən  oyrənmək  tələb  olunurdu.  Buna  gorə  də  Azərbaycanı  oyrənmək  işinə  Rusiyanın 

K.İ.Arsenyev,  N.Kulikov,  P.P.Semyonov-Tyan-Şanski,  D.İ.Mendeleyev,  V.V.  Dokucayev  və  bu  kimi  gorkəmli 

alimləri cəlb olunur, muxtəlif coğrafi tədqiqatlar aparılırdı.  

Bu  dovrdə  Azərbaycan  təbiətinə  aid  D.Alişanın,  Q.Rodenin,  S.Semyonovun,  A.Petuxovun,  İ.Muşketovun, 

A.Krasnovun,  V.Dokucayevin,  N.F.Fiqurovskinin  və  b.  əsərləri  nəşr  edilmişdir.  L.Pisaryev,  N.İ.Şavrov,  P.Petrovic, 

M.N.Avdeyev,  U.L.Seqal  və  b.  isə  Azərbaycanın  iqtisadiyyatına  aid  qiymətli  tədqiqatlar  aparmışlar.  Onların  bəziləri 

Azərbaycan  kənd  təsərrufatının  coğrafi  problemlərini,  xususilə  Kur-Araz  ovalığı  və  Abşeron  yarımadasında  kənd 

təsərrufatının  inkişaf  problemlərini  oyrənmişlər.  Bu  tədqiqatların  nəticəsində  Zaqafqaziyanın  (Cənubi  Qafqazın) 

iqtisadiyyatına  aid  yeddi  cildlik  kulliyyat  nəşr  edilmişdir.  İ.L.Seqal  tərəfindən  «Qafqaz  xəbərləri»  toplusunda 

Azərbaycanda pambıqcılığın və ipəkciliyin inkişafına dair məqalələr nəşr edilmişdir.  

XIX  əsrin  axırlarında  Azərbaycanın  ərazisinin  oyrənilməsi  işində  Qori  seminariyasının  muəllimləri  və 

mudavimlərinin  də  xidmətləri  əvəzsizdir.  Qori  seminariyasını  qurtarıb  Azərbaycan  qəzalarında  calışan  muəllimlər 

Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şobəsinin fəal Uzvləri idi. Onlar P.S.Semyonov-Tyan-Şanskinin redaktorluğu 

ilə  hazırlanmış  vahid  proqram  əsasında  calışdıqları  qəzanı  və  qonşu  rayonları  tədqiq  etməyə  başlamışdılar.  Bu 

tədqiqatların  nəticələri  Qafqaz  maarif  dairəsinin  nəşr  etdirdiyi  «Qafqazın  yerləri  və  tayfalarının  təsvirinə  aid 

materiallar» toplusunda cap edilmişdir. 

Bu məqalələrdə qəzaların, yaxud dairələrin umumi iqtisadi, təbii şəraiti və sərvətləri, əhalisi, onun təsərrufat həyatı, 

məşğuliyyəti  və  s.  oz  əksini  tapmışdır.  Həmin  toplunun  27-ci  cildində  M.Q.Əfəndiyev  Goycay  qəzasının  Lahıc  nahiyəsi 

haqqında  məlumat  vermişdir.  Nahiyə  cox  dəqiq  oyrənilmiş,  ən  xırda  məsələlər  belə  nəzərdən  qacmamışdır.  Bu  məqalə 

Lahıc haqqında tarixi-coğrafi məlumatlar verilmiş, onun fiziki-coğrafi şəraiti, əhalisinin məşğuliyyəti, təsərrufat həyatı, su 

təchizatı,  əkincilik  və  heyvandarlığın  vəziyyəti  işıqlandırılmışdır.  Bu  məlumatların  əksəriyyəti  o dovrun  ən  yeni  statistik 

gostəricilərinə əsaslanmışdır.  

1880-1902-ci  illərdə  bu  topluda  Ağdamın,  Qarabağın  coğrafiyasına  aid  B.İ.İbrahimbəylinin,  Yelizavetpol 

quberniyası  barədə  Y.M.Şahnəzərovun,  Naxcıvan  qəzasının  Nehrəm  nahiyəsi  haqqında  K.İsmayılovun,  Şəki 

qəzasının Qəbələ nahiyəsinə dair R.Əfəndiyevin məqalələri cap edilmişdir. Bu məqalələrin hamısı elmi ardıcıllığa, 

bəzən isə dərin təhlilə əsaslanırdı.  

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Azərbaycanda  coğrafi  fikirlərin  yayılmasında  Peterburq  Universitetinin 

yetirməsi,  mutəfəkkir,  təbiətşunas  və  jurnalist  H.B.Zərdabinin  xususi  rolu  olmuşdur.  H.B.Zərdabinin  yerli  «Kaspi», 

«Bakinskiye  izvestiya»  qəzetlərində  tez-tez  Azərbaycanın  təsərrufatına,  onun  iqtisadiyyatına  aid  maraqlı  məqalələr  dərc 

olunurdu.  Bu  məqalələrin  bəzilərində  Azərbaycanda  sənaye  və  kənd  təsərrufatı  sahələrinin,  o  cumlədən  ipəkciliyin, 

balıqcılığın inkişafına onların duzgun yerləşdirilməsinə dair bir sıra ağıllı məsləhət və təkliflər irəli surulmuşdur.  

1875-ci ildə H.B.Zərdabinin azərbaycan dilində nəşr etdirdiyi «Əkinci» qəzetinin səhifələrində kənd təsərrufatı 

sahələrinin yerləşdirilməsi və inkişafı problemlərinə daha geniş yer verilirdi.  

Onun  1912-ci  ildə  Azərbaycan  dilində  yazdığı  «Torpaq,  su  və  hava»  adlı  əsərində  torpaqların  şoranlığına  və 

munbitliyinə  gorə  muəyyənləşdirilməsi,  onlardan  səmərəli  istifadə,  kənd  təsərrufatında  su  və  iqlim  ehtiyatlarından 

duzgun  istifadə  qaydaları  haqqında  dəyərli  məsləhətlər  verilmişdir.  Muəllif  butovlukdə  təbiətşunaslıq  və 

coğrafiyanın əhəmiyyətindən yazmış, bu elmlərin nailiyyətlərindən istifadə yollarını da gostərmişdir.  

1898-ci  ildə  «Novoe  obozrenie»  məcmuəsində  İ.Əlibəyovun  Cənubi  Qafqazda,  xususilə  Azərbaycanda 

nəqliyyatın  və  iqtisadi  əlaqələrin  muasir  vəziyyəti,  onların  yaxşılaşdırılmasına  dair  bir  sıra  məqalələri  dərc 

olunmuşdur. Həmin məcmuədə R.İsmayılov və İ.Əlibəyov Azərbaycan sənayesinin o zamanki vəziyyətinə aid cox 

qiymətli fikirlər soyləmişlər.  


Əsrin  əvvəllərində  V.Dokucayevin  Azərbaycanda  apardığı  ekspedisiyanın  elmi  cəhətdən  boyuk  əhəmiyyəti 

olmuşdur. Bu ekspedisiyanın iştirakcıları rus alimləri N.Androsov, F.Levinson-Lesinq, S.Zaxarov və b. Azərbaycan 

təbiətinin muxtəlif cəhətlərini tədqiq etməyə başlamışdılar.  

D.İ.Mendeleyev uc dəfə Bakıya gəlmiş, Azərbaycan neft sənayesinin yerləşdirilməsi və inkişaf perspektivlərilə 

məşğul olmuşdur. 1886-cı ildə «Neftyanoye delo» məcmuəsində onun Azərbaycan haqqında bir sıra məqalələri nəşr 

edilmişdir.  

Rus  geoloqu  N.İ.Qubkin  hələ  gənc  yaşlarında  Azərbaycan  neft  təsərrufatının  inkişafına  komək  edən  geniş 

geoloji tədqiqatları ilə yanaşı, bir sıra Əhəmiyyətli coğrafi ideyalar da irəli surmuşdur.  

Butun  bunlarla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  1917-ci  ilin  axırlarınadək  elmi  axtarışlar  epizodik  xarakter 

daşıyır, cox zaman təsadufi hal alırdı. Coğrafiya mutəxəssisləri olmadığından coğrafi tədqiqatların əksəriyyəti başqa 

elm xadimləri tərəfindən aparılırdı.  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin