Ali məktəblər uzrə hazırlanan dərslik və tədris vəsaitləri coğrafiyanın daha geniş istiqamətlərini əhatə edir.
Bunlar aşağıdakılardır:
- fiziki coğrafiya uzrə – Q.K.Gulun redaktorluğu ilə «Azərbaycan SSR-nin fiziki coğrafiyası» (1959),
- V.Kalesnik «Umumi yerşunaslıq» (Ş.B.Kərimovun tərcuməsi, 1968),
- M.A.Museyibov, B.A.Budaqov, N.Ş.Şirinov «Umumi Geomorfologiya» (1967, 1986),
- M.A.Museyibov «Azərbaycan SSR-nin landşaftı» (rus dilində, 1981),
- M.A.Museyibov, M.S.Cobanzadə, F.Ə.Əhmədov «Qitələrin fiziki coğrafiyası», I və II hissələr, 1974, 1976),
- M.S.Cobanzadə «Umumi yerşunaslığın əsasları» (1988), F.Milkov, N.Qvozdetski «SSRİ-nin fiziki
coğrafiyası» (R.H.Muğalovun tərcuməsi, 1990),
- M.A.Museyibov «Azərbaycanın fiziki coğrafiyası» (1998);
- Hidrometrologiya uzrə – N.A.Vəliyev, M.Ə.Məmmədov «Hidrologiya» (1982,1984),
- M.Ə.Məmmədov, N.Fətullayev «Təsərrufat fəaliyyətinin cayların rejiminə təsiri» (1992),
- İqtisadi və sosial coğrafiya uzrə – Ə.M.Hacızadə «SSRİ-nin iqtisadi coğrafiyası» (1963),
- Ş.Y.Goycayski «Əhali coğrafiyası» (1979), Y.Q.Sauşkin «İqtisadi coğrafiyaya giriş» (Ə.M.Hacızadənin
tərcuməsi ilə, 1981),
- R.H.Məmmədov və O.S.Osmanov «SSRİ-nin iqtisadi coğrafiyası. Rayonlar hissəsi» (1984, 1989),
- T.G.Həsənov «Coğrafiyanın tədqiqat metodları. İqtisadi coğrafiya hissəsi» (1990),
- N.N.Allahverdiyev «Azərbaycan SSR-nin iqtisadi və sosial coğrafiyası» (1991),
- Xarici olkələrin iqtisadi və siyasi coğrafiyası uzrə – C.A.Məmmədov, H.B.Soltanova «İranın və Əfqanıstanın
coğrafiyası» (1989) və «Ərəb olkələrinin coğrafiyası» (1992).
- Ətraf muhiti muhafizə və təbii ehtiyatlardan səmərəli istifadə uzrə – R.B.Abdullayev «Azərbaycanın su
hovzələrinin muhafizəsi» (1987),
- Ş.Y.Goycaylı, N.K.Mikayılov, R.B.Abdullayev və b. «Ətraf muhiti muhafizə və təbii ehtiyatlardan səmərəli
istifadə» (1996).
- Geodeziya və kartoqrafiya uzrə – M.H.Əliyev «Geodeziya və topoqrafik rəsmxətt» (1961),
- R.X.Piriyev «Kartoqrafiya» (1975, 1964), Geodeziyanın əsasları və topoqrafiya (1994),
- M.H.Qocamanov, Z.A. Bağmanov «Geodeziya olculərinin riyazi hesablanması» (2000) və s.
Azərbaycanda ali təhsilli coğrafiyacı kadr hazırlığının həm ixtisas tərkibi və həm də coğrafiyası xeyli
genişləndirilmişdir. Əvvəllər təkcə Bakının ali məktəblərində coğrafiya ixtisasları uzrə kadr hazırlanırdısa, 80-ci
illərdən Naxcıvan, Lənkəran, Gəncə şəhərlərində də belə ixtisaslar yaradılmışdır.
1975-1980-ci illərdən etibarən muxtəlif təşkilatların yuksək ixtisaslı kadrlara olan tələbatının artması ilə bağlı olaraq
BDU-nun coğrafiya fakultəsində movcud coğrafiya ixtisasları ilə yanaşı hidrometeorologiya, okeanologiya, kartoqrafiya,
ətraf muhitin muhafizəsi (bu ixtisas hazırda respublikanın digər ali məktəblərində də yaradılıb) və 2000-2001-ci tədris
ilindən beynəlxalq turizm və sosial-xidmət təsərrufatı istiqamətində kadr hazırlanır. 1992-ci ildən respublikanın coğrafiya
tədrisində iki pilləli-bakalavr və magistr təhsil sisteminə kecilmişdir.
Azərbaycan Respublikası mustəqillik əldə etdikdən sonra qısa vaxt ərzində orta məktəblərdə coğrafiya tədrisi
sahəsində koklu dəyişikliklər aparıldı. Bu dəyişikliklər birinci novbədə olkəmizin mustəqilliyini coğrafiya təhsilində əks
etdirən yeni tədris proqram və dərsliklərin hazırlanmasın olmuşdur. Yeni tipli proqram və dərsliklərin tez muddətə
hazırlanması və nəşrinin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və onun nəzdində prof. M.A.Museyibovun
sədrliyi ilə fəaliyyət gostərən coğrafiya uzrə Metodiki Şura cox boyuk işlər gormuşdur.
Bu dovrun uğurlu işlərindən biri də orta məktəblərdə «Turk dunyası coğrafiyası» (XI sinif) kursunun tədrisinin təşkili
oldu. Qısa muddətdə prof. M.A.Museyibov, dos. V.Ə.Əfəndiyev və metodist muəllim N.Seyfullayevanın muəllifliyi ilə
«Turk dunyasının coğrafiyası» dərsliyi yazıldı. Orta məktəbin digər dərsliklərinin yazılmasında akad. B.Ə.Budaqov, prof.
Ə.C.Əyyubov, Ş.Y.Goycaylı, N.N.Allahverdiyev, dos. T.Gərayzadə, T.G.Həsənov, B.Paşayev, D.Ələsgərov, Y.Qəribov,
Ş.Pənahov, E.Əlizadə, M.Mirzoyev, N.Əyyubov və b. fəal iştirak etmişlər.
Məktəb coğrafiyası sahəsində qısa muddətdə gorulmuş bu boyuk quruculuq işləri fasiləsiz olaraq indi də davam
etdirilir. Proqramlar yeniləşdirilir, kohnə dərsliklər təkmilləşdirilir, azərbaycan və rus dillərində təkrar nəşri həyata
kecirilir. Yeni nəşrində başlıca diqqət əvvəlki dərsliklərin əksəriyyətində yol verilmiş noqsanlar, cox sozculuyun,
murəkkəb cumlə və fikirlərin, rəqəm aludəciliyinin və s. aradan qaldırılmasına yonəldilməlidir. Orta və xususilə ali
məktəblərdə coğrafiyanın tədrisinin yaxşılaşdırılması sahəsində də əsaslı işlər gorulməlidir. Bir cox hallarda, elə indinin
ozundə də ali məktəb tələbələri auditoriyalarda oxunan muhazirələrin passiv (statik) dinləyicilərinə cevrilirlər. Ona gorə
ali məktəblərin yeni metodikaya boyuk ehtiyacı vardır.
Məktəb coğrafiyasının inkişafında muhum əhəmiyyəti olan coğrafi atlas və xəritələrin latın əlifbası ilə azərbaycan
dilində capa hazırlanması sahəsində də fəal işlər aparılır. Artıq «Yarımkurələrin fiziki xəritəsi», «Dunyanın siyasi
xəritəsi, «Dunyanın iqlim xəritəsi», «Azərbaycan Respublikasının inzibati-ərazi bolgusu xəritəsi», «Yer qabığının
quruluşu», «Azərbaycan Respublikasının fiziki, oroqrafiya, geomorfologiya, torpaq xəritələri», «Azərbaycan
Respublikasının iqtisadi, sənaye, kənd təsərrufatı, nəqliyyat xəritələri» və b. cap olunmuş və bu iş indi də davam
etdirilir. Bu xəritələrin hazırlanmasında akad. B.Ə.Budaqovun rəhbərlik etdiyi Azərbaycan EA Coğrafiya İnstitutu
və onun əməkdaşlarından İ.E.Mərdanovun, prof. Ə.C.Əyyubovun, B.T.Nəzirovanın və BDU-nun fiziki coğrafiya
kafedrasının mudiri prof. M.A.Museyibovun muəllifliyi və boyuk əməyi olmuşdur. Artıq daha iri həcmli atlas və
kontur xəritələr hazırlanması mərhələsinə kecilibdir və onların coxu capa təqdim edilibdir.
Kartoqrafiyanın bu zəngin məhsullarının keyfiyyətli cap edilib Azərbaycanın butun şəhər və kənd məktəblərinə
catdırılması gunun vacib məsələlərindən biridir.
Beləliklə, məktəb coğrafiyasının iki muhum istiqamətində: a) yeni proqram və dərsliklərin yaradılması; b)
məktəb xəritələrinin hazırlanması həyata kecirilməkdədir.
Bu muhum tədris sahəsində gələcəkdə başlıca məqsəd:
1) Orta və ali məktəb proqram və dərsliklərinin elmi-metodiki prinsiplərinin işlənməsi;
2) hər iki tədris mərhələsinin yeni metodikasının və tədris vəsaitlərinin hazırlanması;
3) coğrafiya təhsil sisteminin Avropa standartlarına uyğun təşkil edilməsidir.
Butun bu irimiqyaslı vəzifələrin həyata kecirilməsində respublika coğrafları, coğrafiya cəmiyyəti yaxından
iştirak etməlidir. Tədris metodikası ilə bağlı olan məsələlərin həllində isə Azərbaycan Dovlət Elmi-Tədqiqat
Pedaqogika, Azərbaycan Muəllimləri (kecmiş muəllim kadrlarının təkmilləşdirmə institutu) və Bakı Muəllimləri
Təkmilləşdirmə İnstitutlarının uzərinə muhum vəzifələr duşur.
Məktəb coğrafiyasının inkişafında yeni istiqamətlərdən biri də ali məktəblərə qəbul imtahanlarının test usulu ilə
aparılması və bu sistemdə coğrafiyaya geniş yer verilməsidir.
Hər il humanitar və iqtisadi, son illər isə bir cox ixtisasları uzrə qəbul imtahanlarında coğrafiyadan 30 suala
cavab vermək tələb olunur. Bu isə məktəb coğrafiyasının butun kurslarının dərindən oyrənilməsini tələb edir və
butovlukdə onun səviyyəsinə musbət təsir gostərir.
Test sual və proqramlarının, yeni tovsiyələrinin hazırlanmasında Tələbə Qəbulu uzrə Dovlət Komissiyası
yanında fəaliyyət gostərən ekspertlər qrupu və daimi seminar əhəmiyyətli işlər gorurlər.
Beləliklə, Azərbaycan Respublikasının ali və orta məktəblərində coğrafiyanın tədrisinin yaxşılaşdırılması ucun
əlverişli şərait yaradılmışdır. Bu şəraitdən bacarıqla istifadə edərək onun tədrisini daimi təkmilləşdirmək və
dərinləşdirmək tələb olunur.
Xulasə əvəzi
Azərbaycan Respublikası coğrafiyasının tarixinə dair aparılan umumi tədqiqatları aşağıdakı kimi
yekunlaşdırmaq olar.
- Azərbaycan coğrafiya elminin tarixi uzrə axtarışlar davam etdirilməlidir.
- Coğrafiya elminin qarşısında, xalq təsərrufatının ərazi təşkili, təbii ehtiyatlarla təmin olunması, əhalinin
məşğulluğu, sağlamlığı, təhlukəsizliyi, onun təchizatı və istirahətinin daha səmərəli qurulması problemləri uzrə
elmi-tədqiqat işlərinin aparılması, vəzifəsi durur.
- Olkə təsərrufatının muasir tələblərini odəmək məqsədi ilə respublikanın təbii və antropogen landşaftlarının
daha dərindən oyrənilməsini davam etdirmək lazımdır.
- Coğrafiyanın butun sahələrində aerokosmik materiallardan və metodlardan geniş istifadə olunmalıdır.
- Landşaftın dinamikası, geokimyası, inkişaf proqnozları, onların qruplaşması və s. ən yeni metodlara tədqiq
edilməlidir.
- Gələcəkdə də Azərbaycanın və onun qonşu rayonlarının paleocoğrafi inkişafı tarixini oyrənmək zəruridir.
Faydalı qazıntıların axtarılmasında paleocoğrafi tədqiqatları daha da dərinləşdirmək, muasir tektonik hərəkətləri
yeni geofiziki və riyazi metodlarla oyrənmək lazımdır.
- Olkə təsərrufatının muxtəlif sahələrində iqlim potensialından səmərəli istifadə etmək ucun respublika iqlimini
oyrənmək tələb olunur. İqlim ehtiyatlarının, bioiqlim potensiallarının geniş miqyaslı tədqiqi və təcrubi cəhətdən
qiymətləndirilməsi kənd təsərrufatının gələcək inkişafı ucun boyuk əhəmiyyət kəsb edir.
- Aqroiqlim ehtiyatlarının aşkara cıxarılması və bazar iqtisadiyyatı şəraitində onlardan səmərəli istifadənin
təşkili fasiləsiz şəkildə oyrənilməlidir. İqlim dəyişmələrinin proqnozları hazırlanmalı, təhlukəli atmosfer
hadisələrinin muxtəlif muddətli proqnozlarının dəqiq metodikası işlənməlidir.
- Hidroloji hadisə və proseslərin təhlilində aerokosmik metodların tətbiqi genişləndirilməlidir.
- Respublika su ehtiyatlarından daha da səmərəli istifadə etmək ucun su hovzələrinin qorunmasına dair, su
daşqınları və sellərlə mubarizə, ekstremal halların qarşısını almaq, su anbarlarının muhafizəsi və qorunması,
suvarma şəbəkələrinin daha səmərəli təşkili kimi hidroloji tədqiqatları davam etdirmək lazımdır. Cay hovzələrinin,
xususən tranzit cayların ekosistemini qoruyub saxlamaq məqsədilə cayların ekoloji axımı uzrə tədqiqatlar
aparılmalıdır. Məcra prosesləri və sel-daşqın hadisələrinin oyrənilməsi əsaslı surətdə genişləndirilməlidir.
- Respublikanın təbii şəraitini və onun təbii ehtiyatlarını əks etdirən umumi respublika və ayrı-ayrı regionların
fiziki-coğrafiyası yeni mərhələdə daha onəmli yer tutmalıdır.
- İqtisadi və sosial coğrafiya elminin vəzifəsi başlıca diqqəti olkə təsərrufatının intensiv inkişafına komək edən
geniş tədqiqat işlərinin aparılmasına yonəltməkdir. Yerli ehtiyatları aşkara cıxarmaq, onları olkə təsərrufatının
istifadəsinə vermək sahəsindəki işləri davam etdirməlidir.
- Olkədə məhsuldar quvvələrin tarazlı (kompleksli) inkişafını, muxtəlif miqyaslı sahə və ərazi sistemlərinin
məqsədəuyğun təşkilini təmin edən tədqiqatlar lazımdır.
- Əhalinin və əmək ehtiyatlarının coğrafi cəhətdən oyrənilməsini davam etdirmək lazımdır. Kənd və şəhər
məskunlaşmasını yaxşılaşdırmaq, ətraf muhitin istehsala və insanların həyatına, fəaliyyətinə təsirini daha dəqiq
oyrənmək tələb olunur.
- İnsan ilə təbiət arasında munasibətlərin xarakterini oyrənmək və bu munasibətlərdən insanların xeyrinə
istifadə etmək istiqamətində aparılması lazım gəlir.
- İqtisadi əlaqələrin yaxşılaşdırılmasına, respublikanın xarici və regional iqtisadi əlaqələrinin
səmərəliləşdirilməsinə, ərazi əmək bolgusunun duzgun təşkilinə daha cox fikir verilməlidir.
- Uzun muddət yaddan cıxmış sosial coğrafi tədqiqatları indi davam etdirmək zəruridir. İnsanların muxtəlif
təbii-coğrafi şəraitdə həyat tərzini, sağlamlığını, istirahətini və s. yaxşılaşdırmaq ucun ərazinin təbii-iqtisadi
imkanlarını aşkar etmək və onlardan istifadə yollarını oyrənmək.
- Bizə qonşu və yaxın olan xarici olkələri coğrafi cəhətdən oyrənmək, qonşuluq imkanlarından istifadə etməklə
bu olkələrlə iqtisadi və mədəni əlaqələrin yaranması imkanlarını muəyyənləşdirmək, regional və qlobal iqtisadi
inteqrasiyanın inkişafında coğrafiyanın potensialından intensiv istifadə etmək.
- Əhəmiyyəti nəzərə alınmaqla Xəzərin kompleks tədqiqini genişləndirmək.
- Respublikanın və onun ayrı-ayrı rayonlarının kompleksli coğrafi xususiyyətlərini əks etdirən əsərlərinin sayını
artırmaq.
- Bu tədqiqatları aparmaq ucun yeni, ən qabaqcıl metodlardan, coğrafi tədqiqatlarda komplekslilikdən, sistem
metodundan, ən yeni və ətraflı məlumat verən kosmik tədqiqatlardan geniş istifadə etməliyik. Komputerlər sistemi
və elektron hesablama maşınlarından istifadə edərək informasiya yığmaq və daha dəqiq tədqiqatlar aparmaq tələb
olunur.
- Təsərrufatın, ekoloji muhitin butovlukdə cəmiyyətin oyrənilməsində coğrafiya elmlərinin inteqrasiyasını
genişləndirmək.
Ədəbiyyat
1.
Античная география. Под. ред. Боднарского- М. 1953
2.
Анучин Д.Н. Географические работы – М.1954.
3.
Баранский Н.Н. Становление Советской Экономической географии. Из-во. «Мысль», М.1980.
4.
Берг Л.С. Очерки по истории русских географических открытии. М.-Л. 1949.
5.
Витвер И.А. Историко-географическое введение в экономическую географию зарубежнего мира – М,
1963.
6.
Геттнер А. География, ее история, сушность и методы – М, 1930.
7.
К.Грегори. География и географы. М. 1988.
8.
Гумболдт А. Картины природы – М, 1959.
9.
Qumilyov L.N. Qədim Turklər, Bakı, 1993.
10.
Дитмар А.Б. От Птоломейа до Колумба. М. «Мысль», 1989.
11.
Джонстон Р.Дж. География и географы. М. 1987.
12.
Дробижев В.З., Ковальченко И.Д., Муравьев А.В. Историческая география СССР. М. 1973.
13.
Исаченко А.Г. Развитие географических идеи – М.1971.
14.
Максаковский В.П. Историческая география. М. 1997.
1.
Максаковский В.П. Географическая культура. Учебн.,М. 1998.
2.
Магидович И.П., Магидович В.И. «Очерки по истории географических открытии». В пяти томах. М.
1982-1983.
3.
Мир географии – М. 1984.
4.
Отечественные физико-географы и путешественники – М. 1959.
5.
Саушкин Ю.Г. История и методология географической науки. Курс лекции – М. 1976.
6.
Фрадкин Н.Г. Географические открытия и научное познание Земли. – М. 1972.
7.
Экономическая география в СССР. История и современное развитие – М. 1987.
8.
Энциклопедия. География М. «Аванта», 1997.
9.
Ятунский В.К. Историческая география М. 1955.
Azərbaycan mənbələri
1.
Azərbaycan Coğrafiya Cəmiyyəti 60 ildə: uğurlar, nailiyyətlər və perspektivlər. B. 1999.
2.
Azərbaycan tarixi uzrə qaynaqlar. B. BDU-nun nəşriyyatı. 1989.
3.
Budaqov B.Ə. Turk uluslarının yer adları – B. 1994.
4.
Vəlixanlı N.M. IX-XII əsrlərdə ərəb coğrafiyaşunasları və səyyahları Azərbaycan haqqında. B. 1974.
5.
Гейбуллайев Г.А. Топонимика Азербайджана – Б.1986.
6.
Yaqub Mahmudov. Səyyahlar Azərbaycana gəlir. B. 1986.
7.
Nurəddin Kərimov. Qırx il səyahətdə. B. 1977.
8.
Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. B. 1993.
9.
Coğrafiya elmi 50 ildə. Akad. B.Ə.Budaqovun red. ilə – B. 1996.
* * *
Dostları ilə paylaş: |