tarix. Gostərilən sahələr uzrə xəritələr seriyası, onların hər birinin yığcam izahatı, statistik cədvəlləri, diaqram
materialları və s. verilmişdir. Butun bunlar atlasın əyaniliyini artırır, oxunması və istifadəsini asanlaşdırır.
1975-ci ildə Almaniyada nəşr olunmuş: «Azərbaycan respublikasının palcıq vulkanları atlası» (Ə.Ə.Əlizadə,
M.M.Zeynalov), palcıq vulkanlarının kompleks tədqiqi uzrə bu məzmunda dunya geologiya ədəbiyyatına daxil edilən ilk
əsərlərdən hesab edilir. Akademik H.Ə.Əliyevin redaktorluğu və boyuk muəllif kollektivin iştirakı ilə 1979-cu ildə
Moskvada «Azərbaycan SSR-nin tədris və diyarşunaslıq atlası» capdan cıxmışdır. Bu atlasın 51 xəritəsində olkəmizin
fiziki, iqtisadi və tarixi coğrafiyası orijinal və əyani şəkildə verilmişdir.
Guclu alim potensialına və elmi tədqiqat bazasına əsaslanan iqlim və aqroiqlim xəritəciliyi Azərbaycanda əsl elmi
mərkəzə cevrilmişdir. Bu mərkəzin bunovrəsini Ə.Ə.Mədətzadə, Ə.M.Şıxlinski, Ə.C.Əyyubov kimi gorkəmli alimlər
qoymuşdur. Ə.M.Şıxlinskinin redaktorluğu ilə hazırlanmış «Azərbaycan SSR-nin istilik balansı atlası» (Bakı, 1978) boyuk
elmi və təsərrufat əhəmiyyətinə malik idi. Atlasda hər biri izahlı mətnlə muşaiyət olunan 51 iqlim xəritəsi izoxətlər ilə
tərtib olunmuşdur.
Azərbaycan Respublikasının mustəqillik əldə etdikdən sonra başlanan yeni dovru (1991-ci ildən sonra) kartoqrafiya
sənayesinin inkişafına, onun məhsullarının ceşidinə tələbatı kəskin surətdə artırdı. Azərbaycan Dovlət Geodeziya və
Kartoqrafiya Komitəsi mustəqil fəaliyyət gostərməyə başladı. Onun nəzdindəki kartoqrafiya fabriki olkənin artan
tələbatını odəmək ucun xəritə məhsulları istehsalını bərpa etdi. Komitə həmcinin 1972-ci ildən BDU-nun coğrafiya
fakultəsində kartoqrafiya ixtisası uzrə kadr hazırlığına diqqəti artırdı.
Kartoqrafiyaya dair tədqiqat işləri davam etdirilmişdir, bir sıra əsərlər yazılmışdır. Xəritələrin tərtibinin elmi-
metodoloji prinsiplərinin hazırlanmasında, morfometrik xəritələrin tərtibində R.X.Piriyevin boyuk xidmətləri olmuşdur.
Onun «Kartoqrafiya» (Bakı, 1964, 1975) dərsliyi, «Relyefin morfometrik təhlili» (Bakı, 1986) monoqrafiyası,
«Geodeziyanın əsasları və topoqrafiya» (Bakı, 1994) tədris kitabı və b. kartoqrafiyanın inkişafına guclu təkan vermişdir.
1990-1993-cu illərdə Azərbaycan Respublikası, Yuxarı Qarabağ və Abşeronun yeniləşdirilmiş umumi coğrafi
xəritələri nəşr olunur. Orta məktəblər ucun Şimali və Cənubi Amerikanın, Afrikanın, Avrasiyanın fiziki və siyasi-
inzibati xəritələri kiril və latın əlifbaları ilə cap edilir.
Sosial-iqtisadi və inzibatı ərazi bolgusu xəritələrinə tələbat artdığından Azərbaycanın orta və kicik miqyaslarda
yeni inzibatı-ərazi bolgusu xəritələri (1993, 1994), statistik məlumatları təzələməklə kənd təsərrufatı, sənaye
(B.T.Nəzirova), əhali (Ş.Q.Dəmirqayayev, E.K.Mirəliyev) xəritələri təkrar nəşr olunur.
M.H.Qocamanov, Z.A.Bağmanovun «Geodeziya olculərinin riyazi hesablanması» (Bakı, 2000), dərs vəsaiti
olcmə işlərinin riyazi əsaslarından bəhs edir. Ən yeni geodeziya, kartoqrafiya və aerokosmik topoqrafiya luğəti
M.H.Qocamanov tərəfindən hazırlanmışdır.
Ə.C.Əyyubovun cox boyuk əməyi nəticəsində 1993-cu ildə 124 coxrəngli xəritələrdən ibarət olan «Azərbaycan
Respublikasının aqroiqlim atlası» azərbaycan və rus dillərində nəşr olunurdu. Ozunun elmi metodiki əhəmiyyətinə,
informasiyasının zənginliyinə, orijinallığına və iri həcminə gorə bu atlas dağlıq olkələrə həsr olunan ilk dəyərli
atlasdır.
Bundan başqa, 1994-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutu, BDU-nun fiziki coğrafiya kafedrasının
əməkdaşları ilə birlikdə «Azərbaycanın oroqrafiya xəritəsi» (B.Ə.Budaqov, İ.E.Mərdanov, R.Y.Quliyev), 1995-ci
ildə isə BDU-nun adıcəkilən kafedrasında «Azərbaycanın geomorfoloji xəritəsi» (M.A.Museyibov, B.Ə.Budaqov,
R.Y.Quliyev, R.Ə.Babayev) nəşr edilmişdir.
Azərbaycan EA Coğrafiya İnstitutunun capa hazırladığı qiymətli və faydalı atlaslardan biri də «Azərbaycan
Respublikasının təbii şəraiti və təbii ehtiyatları atlası»dır. Boyuk muəllif kollektivinin iştirakı və son nailiyyətlər
əsasında tərtib edilən bu atlas olkənin təbii ehtiyat potensialının aşkar edilib qiymətləndirilməsi, coğrafiyasının
muəyyən edilməsində və səmərəli istifadəsində mustəsna əhəmiyyət kəsb edəcəkdir.
Aerokosmik tədqiqatlar. XX əsrdə coğrafiya elmi tarixində baş verən yeniliklərdən biri də kosmosdan yerin
oyrənilməsinə imkan verən aerokosmik metodun yaranması oldu. Bunu bir cox hallarda mustəqil kosmik coğrafiya
elmi kimi də adlandırırlar.
Yer səthinin məsafədən, yəni yerdən kənarda yerləşdirilən təyyarələr, vertolyotlar, suni peyklər, kosmik və s.
vasitələrlə oyrənilməsi kosmik tədqiqatlar metodu adlanır. Geniş geoinformasiya məlumatlarına malik olan bu
metodun bizim elmdə istifadəsi sanki ona yeni həyat verdi, canlandırdı, biliklərin lap dərinliklərinə baş vurmağa
imkan yaratdı.
Azərbaycanda kosmik tədqiqatların materiallarından hələ 70-ci illərdən istifadə olunmağa başlanmışdır.
Moskvadan sonra Bakıda ilk dəfə olaraq 1974-cu ildə akad. T.G.İsmayılovun rəhbərliyi altında Azərbaycan SSR EA
nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradıldı. Bu institut o zamanlar Qafqaz-Xəzər regionunun geoloji
quruluşu və faydalı qazıntılarını, meşə və torpaq ortuyunu, hidrosferin və ətraf muhitin muhafizəsi məsələlərini oyrənirdi.
Həmin təşkilat hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinə (AMAKA) cevrilmiş və bu adla da fəaliyyət gostərir.
Agentlikdə coğrafiyaya aid tədqiqatlar Ekologiya İnstitutu tərəfindən aparılır. Kosmik geoinformasiyadan istifadə yolu ilə
təbii-ərazi komplekslərinin oyrənilməsində və onların proqnozlarının verilməsində bu institut əhəmiyyətli işlər gorur.
Hazırda İnstitutda 6 şobə və 8 laboratoriya fəaliyyət gostərir. Həmin struktur vahidləri atmosferdə, su hovzələrində,
torpaq və bitki ortuyundə gedən istər təbii və istərsə də antropogen mənşəli zərərli proseslərin tədqiqi ilə məşğul olur.
Aparılmış tədqiqatlar nəticəsində sel axınları, suruşmə, ucqun və s. kimi təbii dağıdıcı proseslərin qarşısının alınması kimi
vacib məsələlər oyrənilmiş və muvafiq orqanlara konkret tovsiyələr verilmişdir. Aparılan bu tədqiqatların nəticələri
YUNESKO, «İnterkosmos» və b. təşkilatlar tərəfindən bəyənilmişdir.
Aerokosmik tədqiqatların genişlənməsində 1977-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutu nəzdində
«Aerokosmik metodların coğrafiyaya tətbiqi laboratoriyasının təşkil edilməsi muhum rol oynayır.
Aerokosmik metodlar fiziki coğrafiyanın ən muhum sahələri olan geomorfologiya və landşaftşunaslıqda daha boyuk
əhəmiyyət kəsb edir. Ayrı-ayrı dovrlərdə cəkilmiş kosmik şəkillərin muqayisəsi əsasında Boyuk Qafqazın şərq və Kicik
Qafqazın Azərbaycan hissələrinin tektonik qırılmalarına uyğun gələn və qanunauyğun şəkildə istiqamətlənmiş murəkkəb
şəbəkəsi aşkar edilmişdir. Həmin ərazilərdə aparılan kosmik təhlillər əsasında iri və kicikmiqyaslı morfostruktur xəritələr
tərtib olunmuşdur (B.Ə.Budaqov, E.K.Əlizadə, A.Mikayılov 1984-1998).
Butun bu kosmik tədqiqatlar E.K.Əlizadənin yazdığı «Azərbaycan və ətraf dağlıq ərazilərin morfostruktur
quruluşu» (1998) monoqrafiyasında ətraflı şəkildə təhlil olunmuş və umumiləşdirilmişdir.
Azərbaycanın landşaftlarının kosmik tədqiqat materialları əsasında oyrənilməsi xeyli genişləndirilmişdir. Belə
tədqiqatlar ilk novbədə Boyuk Qafqazın cənub yamacları və Acınohur-Ceyrancol alcaq dağlıq ərazilərini əhatə etmişdir.
(B.A.Seyfullayev, 1980). Bu tədqiqatların nəticəsində antropogen landşaftların ərazidə qarşılıqlı yayılmasının
qanunauyğunluqları, onların struktur xususiyyətləri aşkar edilmişdir. Ağ-qara kosmik şəkillər əsasında landşaft
vahidlərinin (tip-yarım tip nov) və landşaft tiplərinin xəritələri tərtib edilmişdir.
Aerokosmik şəkillərin deşifrələnmə materiallarının tətbiqi əsasında Kicik Qafqazın yeni tektonik hərəkətlərin
və morfostrukturların muasir landşaftların formalaşmasına təsiri aydınlaşdırılmışdır.
Kosmik tədqiqatlardan digər fiziki-coğrafi proseslərin-sel ocaqlarının yaranması (Məmmədquluzadə, 1986),
ekzogen proseslərin inkişaf dinamikası və yayılma coğrafiyası oyrənilib və xəritələşdirilməsi aparılıbdır (Əlizadə,
Tarixzadə 1997, 1998).
Kosmik şəkillərdən istifadə edərək aqroirriqasiya landşaftları vəziyyəti, muasir inkişaf dinamikası oyrənilmiş
və Kur cayının sağ sahili duzənliklərinin aqroirriqasiyası landşaftları xəritəsi tərtib edilmişdir. (Yusifov 1990, 1998).
Bundan başqa, gostərilən materialların koməyi ilə Azərbaycanın palcıq vulkanlarının landşaftları oyrənilmişdir.
(Mikayılov, Zeynalov 1997, 1998).
Aerokosmik metodlar vasitəsi ilə muxtəlif məzmunlu iqtisadi coğrafi tədqiqatlar da aparılmışdır. Lakin
respublikamızda bu istiqamətdə aparılan tədqiqatları qənaətbəxş hesab etmək olmaz.
Hazırda sərhədyanı ərazilərdən və qonşu respublikalardan Azərbaycana daxil olan su ehtiyatlarının tədqiqi sahəsində
geniş işlər aparılır. Muəyyən edilmişdir ki, Ermənistan ərazisindən bizə axan caylar – Araz, Oxcucay, Debet, Ağstafacay,
Tovuzcay və b. həddən artıq cox cirklənirlər. Bəzi maddələrin (Ca, Na, HCO
3
, NH
3
və s.) miqdarı beynəlxalq normalardan
10 dəfələrlə artıqdır. Bundan başqa, Agentliyin nəzdindəki institutlar Abşeron torpaqlarının neft məhsulları ilə
cirklənməsi, şoranlaşması, bataqlıqlaşması və s. kimi ekoloji məsələlərin tədqiqi sahəsində və kartoqrafiya kafedrasında
aerokosmik materiallar əsasında Abşeron yarımadasının ekoloji, topoqrafik xəritələrinin tərtibi və təhlili uzərində elmi-
tədqiqat işləri aparılmağa başlanmışdır. (Ə.T.Talıbov 1999).
Beləliklə, gorunduyu kimi aerokosmik metodlar Azərbaycanın təbii, ekoloji və təsərrufat-ərazi-məskunlaşma-
kommunikasiya sistemlərinin oyrənilməsi istiqamətlərini daha da genişləndirməyə imkan verəcəkdir.
6.6. Ətraf muhitin muhafizəsi
Azərbaycanın coğrafiya tarixində ətraf muhitin muhafizəsi inkişaf etməkdə olan yeni və əhəmiyyətli elm
sahəsidir. Bu sahənin adı hələlik tam sabitləşməyibdir., ona gorə də «Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlarda
istifadə», «Ekoloji coğrafiya» və başqa adlar işlədilir. Muxtəlif adların işlədilməsi bu elmin nisbətən cavan olması,
elmlər arası sintez xarakteri daşıması və s. ilə bağlıdır.
Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə elm sahəsinin mahiyyətini təbiət-insan-təsərrufat
ucluyunun arasındakı qarşılıqlı əlaqələr təşkil edir. Bu əlaqələr Azərbaycan ərazisində elə ahəngdar qurulmalıdır ki,
onun təbiəti və ehtiyatları xalqımızın həm indiki və həm də gələcək nəsillərinin maddi və mənəvi tələbatını tam
odəyə bilsin. Ona gorə də Azərbaycan təbiətinin muhafizəsi, bərpası və səmərəli istifadə olunmasının oyrənilməsi
sahəsində digər elmlərlə yanaşı, coğrafiya elmi də fəal iştirak edir.
Belə ki, gostərilən sahənin coğrafi aspektlərinin ciddi tədqiq olunmasına boyuk ehtiyac duyulur. Bu tələbat ondan
irəli gəlir ki, uzun illərdən bəri respublikamızın yeraltı və yerustu sərvətləri intensiv istismar olunduğu halda, kecmiş
sosialist planlı təsərrufatcılıq şəraitində, onun qorunmasına və geniş bərpasına zəif diqqət yetirilirdi. Bu boşluğun
doldurulmasında, problemin elmi əsaslarla oyrənilməsində 1969-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda,
təbiətimizin qorunmasında boyuk xidmətləri olan akademik H.Ə.Əliyevin təşəbbusu ilə «Təbiəti muhafizə şobəsi»nin
yaradılması muhum rol oynamışdır.
Olkədə ətraf muhitin muhafizəsi ilə bağlı aşağıdakı istiqamətlərdə geniş elmi-tədqiqat işləri aparılmışdır: dağ-mədən
rayonlarında pozulmuş torpaqların rekultivasiyası, qırılan və quruyan meşə sahələrinin bərpası; meşə ziyanvericilərinə
qarşı mubarizə usulları; sənaye, nəqliyyat və kənd təsərrufatı sahələrinin cirkləndirdikləri torpaqların və atmosferin
qorunması; su hovzələri və su anbarlarının muhafizəsi və s.. Aparılan bu tədqiqatlar əsasında 1976-1980-ci illərdə
Azərbaycanın meşə təsərrufatının inkişafının baş sxemi və başqa layihələr hazırlanmışdır.
Meşələrin bərpası işlərində yerli ağac novlərindən geniş istifadə olunmasının ustunlukləri muəyyən edilmişdir. Qarayazıdan
başlamış Xəzər dənizinədək uzanan Kurqırağı tuqay meşələrinin muhafizəsi və bərpasının ətraflı oyrənilməsi (H.Ə.Əliyev,
M.Y.Xəlilov, 1976) həyata kecirilmişdir. Meşəcilik sahəsində əldə olunan elmi tədqiqatların və aparılan təcrubələrin
nəticələrindən Qarayazı, İsmayıllı və Hirkan (Lənkəran) dovlət qoruqlarının bərpası və inkişafında geniş istifadə edilmişdir.
Meşə ortuyunun zərərverici həşəratlardan qorunması uzrə bioloji usullar hazırlanmışdır. (Ə.R.Əliyev, 1968). Azərbaycanın ilk
dəfə olaraq meşə xəritəsi tərtib olunmuşdur (N.Axundov, 1986). H.Ə.Əliyev və M.E.Salayevin rəhbərliyi altında Azərbaycan
torpaqları, xususilə meşə torpaqları, onların muhafizəsi və s. coğrafiyası ətraflı surətdə oyrənilmişdir. H.Ə.Əliyevin «Boyuk
Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları» (1964), «Qəhvəyi meşə torpaqları» (1965), M.E.Salayevin
«Kicik Qafqazın torpaqları» (1966), «Azərbaycan torpaqlarının diaqnostikası və təsnifləşdirilməsi» (1991) monoqrafiyaları və b.
cap edilmişdir.
Azərbaycan torpaqlarında baş verən eroziya prosesləri, xətti eroziya və onları yaradan təbii-antropogen amillər,
mubarizə tədbirləri umumi və regional miqyasda ətraflı tədqiq edilmiş, zəngin elmi ədəbiyyat və xəritələr yaradılmışdır
(K.Ə.Ələkbərov, F.Ə.Hacıyev, Ə.M.Rustəmov və b.). Daşkəsən və Gədəbəy bolgələrində dağ-mədən tullantılarının
aqrokimyəvi xususiyyətləri və mikroelementlərinin mexaniki tərkibi oyrənilmişdir. (K.R.Məmmədov, 1988). Muəyyən
edilmişdir ki, bu rayonlarda torpaqların rekultivasiyasını aparmaqdan qabaq, onları əhənglə qarışdırmaq lazımdır. Yalnız
belə halda rekultivasiya olunmuş torpaqlarda bitki əmələ gəlir.
Mis mədənlərinin bərk tullantılarından və sularından mikrogubrə kimi uzum bağlarında istifadə edilməsi, onun
məhsuldarlığını yuksəldir və yarpaqlarında əmələ gələn gobələk xəstəliklərini tamamilə yox edir.
1972-ci ildən başlayaraq Azərbaycanın 30-dan cox bolgəsində torpaq və şum qatlarında radioaktiv elementlərin
paylanma xəritə sxemi tərtib olunmuşdur ki, bunların da əhalinin sağlamlığının qorunması baxımından boyuk
əhəmiyyəti vardır. (A.H.Niyazov, 1985,1988).
Ermənistan Respublikasının qonşuluğumuzda yerləşən Qafan, Qacaran, Aqarak, Dəstəkert mis-molibden
kombinatlarından Oxcucaya və Araza axıdılan cirkli suları bu regionun ətraf muhitinə və kənd təsərrufatı bitkilərinin
ekologiyasına mənfi təsir gostərir.
Həmin sularla suvarılan torpaqlarda ağır metalların həcmi həddən artıq olmuşdur (İ.Ə.Quliyev, 1990). Xəzər
dənizinin ekoloji şəraitinin gərgin vəziyyəti nəzərə alınaraq, onun oyrənilməsinin və muhafizəsinin təşkili həm
respublikamızın və həm də həmsərhəd olkələrin daim diqqət mərkəzində durmalıdır. Bakı arxipelaqının dibində neft və
digər cirkləndirici maddələrin paylanması təsnifatı verilmişdir (Ə.Q.Gul, 1993), Azərbaycan sahil zonasına axıdılan cirkab
sularının miqdarı və tərkibi oyrənilmişdir (N.M.Ağalarova, 1992).
Alimlərimiz butovlukdə Xəzər akvatoriyasında cirklənmənin tərkibi, Azərbaycan sahillərində isə yayılmasının
kəmiyyət və keyfiyyət tərkibini oyrənmiş və onların ilkin xəritələrini tərtib etmişlər. Xəzər dənizinin ekoloji muhitinin
qorunmasına həsr edilən fundamental əsərlərdən biri də A.Q.Kasumov «Xəzər golunun ekologiyası», (Bakı, 1994, rus
dilində) monoqrafiyasıdır. Burada Xəzərin butovlukdə cirklənməsi, bioloji muhiti və onun qorunması haqqında ətraflı
biliklər verilir. Hazırda Xəzər ucun ən vacib problem onun sektorlara bolunməsini başa catdırmaq, onun muhafizəsini isə
butun sahil olkələrilə birgə həyata kecirməkdir.
Hazırda Xəzərin neft-qaz ehtiyatlarından geniş istifadə edilməsi ilə əlaqədar olaraq, onun muhafizəsinin beynəlxalq
standartlar səviyyəsində təşkil edilməsi bu olkələrin diqqət mərkəzində durmalıdır. Şəhərlərin sənaye muəssisələrinin
muxtəlif tullantılarla atmosferi və ətraf ərazilərin cirkləndirilməsi məsələləri Gəncə şəhəri timsalında ətraflı oyrənilmişdir
(İ.B.Xəlilov, 1991, Ş.İ.Məmmədova, 1996). Bu tədqiqatlar nəticəsində muəyyən edilmişdir ki, Gəncə və onun ətraf
ərazilərini ən cox aluminium zavodunun tullantıları cirkləndirir.
Azərbaycan Respublikasının muxtəlif regionlarında fəaliyyət gostərən istilik-elektrik stansiyalarının ətraf muhitə
təsiri məsələləri də tədqiq edilmişdir və səmərəli təkliflər verilmişdir (A.B.Mirzəyev, 1987).
1
Uynyi .eeeaa «Uyeauai oyaeee», Aaeu, Acy.iyo., 1982, nyu.5
Azərbaycan caylarının istifadəsi və su hovzələrinin qorunması məsələləri (R.B.Abdullayev, F.Y.Fətullayev,
N.Ə.Məmmədov), su anbarlarının ətraf muhitə təsiri (Ş.B.Xəlilov, 1991) Abşeron gollərinin ekoloji vəziyyəti
(A.A.Əliyev, 1991) və s. məsələlərin kompleksli tədqiqi aparılmışdır.
Bakı Dovlət Universitetinin Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının
əməkdaşları Abşeronun neftlə cirklənmiş torpaqlarının bioloji rekultivasiyası (N.K.Mikayılov), Xəzərsahili zonaların
muhafizəsi və ətraf muhitin optimallaşdırılması (Ş.Y.Goycaylı) və s. uzrə geniş elmi-tədqiqat işləri aparmışdır. Kafedranın
təşəbbusu ilə 1990-1997-ci illərdə ekologiya uzrə respublika miqyaslı elmi-metodiki konfranslar kecirilmişdir.
Konfransların materiallarında maraqlı məlumatlar verilmiş və faydalı təkliflər irəli surulmuşdur.
Ətraf muhitin muhafizəsi uzrə iri həcmli təşkilatı-idarəetmə və elmi-layihələşdirmə işləri gorulmuşdur. Azərbaycan
Respublikasının Dovlət Ekologiya Komitəsi, Azərbaycan Milli Aerokosmik Agentliyi və onun nəzdində Ekologiya
İnstitutu yaradılmışdır. Kosmosdan ətraf muhitin muntəzəm oyrənilməsi, muhafizəsi və onda baş verən dəyişiklikləri
izləyən muşahidələrin aparılması və s. istiqamətində iri həcmli tədqiqat işləri həyata kecirilir. Azərbaycan EA Coğrafiya
İnstitutunun muvafiq şobələri və BDU-nun Ətraf muhitin muhafizəsi kafedrasının əməkdaşları «Azərbaycanda təbiətin
muhafizəsinin (1986-2000-ci illər) kompleks sxemi»nin və «Təbii ehtiyatlardan səmərəli istifadə olunmasının kompleks
proqramı»nın və digər cox muhum dovlət layihələrinin hazırlanmasında yaxından iştirak etmişlər.
Bakı Dovlət Universitetinin coğrafiya fakultəsində ətraf muhitin muhafizəsi və təbii ehtiyatlardan səmərəli
istifadə və coğrafi ekologiya ixtisasları uzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci
ildən isə muvafiq kafedra yaradılmışdır.
Azərbaycan təbiətinin oyrənilməsində, təbliğində və ətraf muhitin muhafizəsi sahəsində bir cox alimlərin
danılmaz əməkləri olsa da, akademiklərdən H.Ə.Əliyevin və B.Ə.Budaqovun apardıqları işlər xususi qeyd
olunmalıdır.
Azərbaycanın təbiətinin qorunması haqqında ilk həyəcan təbilini vuran akad. H.Ə.Əliyev olmuşdur. Ozunun
«Həyəcan təbili» (1982) kitabında akademik yazmışdır: «Torpaq dilə gəlib şikayətləndi. Kimdir? Ozunun sud verib,
bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gozlərinə zəhər tozu ufurənlərdən. Mən isə torpağın ovladlarından birisi
kimi haray saldım... dedim ki, qoy səsimi hamı eşitsin. Həyəcan təbili»ni insanların qulağının dibindən asmaq lazımdır»
1
.
Digər muəlliflərlə şərikli yazdığı «Kənd təsərrufatı və təbiətin muhafizəsi» (1980), «Azərbaycanın torpaq fondu və onların
səmərəli istifadəsi və muhafizəsi» (1982) və b. əsərlərində Həsən Əliyev təbiətin ən boyuk keşikcisi olaraq qalmışdır.
B.Ə.Budaqovun bu istiqamətdə apardığı tədqiqatlar onun «Təbiəti qoruyaq» (1977), «Dozumlu və dozumsuz təbiət»
(1990) və b. kitab və məqalələrində oz əksini tapmışdır. Muəllif bizim ədəbiyyatda ilk dəfə olaraq uc aparıcı-təbii, təbii-
antropogen və antropogen amilləri nəzərə alaraq Azərbaycan ərazisini 22 ekoloji-coğrafi rayona ayırmışdır. Hər bir
rayonun ətraf muhitinin gərginlik dərəcəsindən asılı olaraq kompleks tədbirlər hazırlanıb həyata kecirmə haqqında dəyərli
tovsiyyələr verilmişdir.
Azərbaycanın yeni iqtisadi şəraitə kecməsi, onun təbii ehtiyatlardan xususilə, neft – qazdan istifadəyə
beynəlxalq şirkətlərin cəlb edilməsi ətraf muhitin qorunması və bərpasının dunya standartları səviyyəsində
qurulması işləri ciddi dovlət nəzarəti altında saxlanılmalıdır. Beynəlxalq təbiəti muhafizə təşkilatları – BMT ətraf
muhitin muhafizəsi uzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi boyuk fayda verərdi.
6.7. Məktəb coğrafiyası
Xalqın təhsilinin və umumi dunyagoruşunun inkişafında tarix, dilcilik və coğrafiya elmləri mustəsna rol
oynayırlar. Bu uc amil sırasında fəal movqe tutan coğrafiya ali və orta məktəblərdə təhsil alan gənclərin və
butovlukdə xalq kutləsinin maariflənməsində muntəzəm iştirak edir.
O, boyuk bir elm sahəsi kimi dunyanın coğrafi mənzərəsi, iqtisadiyyatı, ekologiyası, kartoqrafiyası və s.
haqqında koklu və əlaqəli biliklər verir. Burada sohbət hər şeydən əvvəl umumbəşəri mədəniyyətinin tərkib hissəsi
olan coğrafi mədəniyyətə olkə əhalisinin və onun hər bir vətəndaşının qovuşmasından, təhsil və tədrisin
əhəmiyyətinin artırılmasından gedir.
Azərbaycanda coğrafiyanın tədrisi tarixində xalqımızın tanınmış maarifci alimlərindən Qafur Rəşadın,
Həsənbəy Zərdabinin, Məhəmməd Baharlının və b. boyuk əməkləri olmuşdur. Onların yazdıqları coğrafi dərslik və
kitablar Azərbaycan məktəb coğrafiyası ucun yazılmış ilk qiymətli numunələr idi.
Məktəb coğrafiyasının sistemli inkişafı 1934-1935-ci illərdən başlanmışdır. Həmin dovrdə kecmiş İttifaq dovləti ali
və orta məktəblərdə coğrafiyanın tədris olunması, dərsliklər və kartoqrafiya materiallarının hazırlanması haqqında
əhəmiyyətli qərarlar qəbul etmişdir.
Bu qərarlar əsasında olkədə ixtisaslı coğrafiya kadrları hazırlamaq məqsədilə 1935-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunda və 1944-cu ildə isə Azərbaycan Dovlət Universitetində coğrafiya və geologiya-coğrafiya fakultələri yaradıldı.
Pedaqoji İnstitutun ilk məzunlarından M.Zulfuqarov, S.Şukurov, H.Sadıxlı, O.Osmanov, B.Axundov və b. həm orta və
həm də ali məktəblərdə geniş pedaqoji fəaliyyətə başladılar. M.Zulfuqarov coğrafiyanın tədrisi metodikasına dair ilk
dissertasiya mudafiə edir və həmin əsaslı tədqiqatlarını davam etdirir.
Sonrakı illərdə fəaliyyətə başlayan ADU-nun geologiya – coğrafiya fakultəsinin ilk 10-15 ildə coğrafiya ixtisası
uzrə mutəxəssisləri yox dərəcəsində idi.
Əvvəllər təkcə H.B.Əliyev coğrafiya ixtisası uzrə fəaliyyət gostərirdi. Daha sonra Ə.M.Hacızadə, N.K.Kərəmov
namizədlik işi mudafiə edib tədris fəaliyyətinə başladılar. 40-50-ci illərdə ADU-nun coğrafiya şobəsində tədris işinin
yerinə yetirilməsində Azərbaycan EA Coğrafiya, Geologiya, Botanika, Torpaqşunaslıq və b. institutlarının əməkdaşları,
Pedaqoji İnstitutun coğrafiya fakultəsinin alim və pedaqoqları yaxından iştirak etdilər. Bu alimlərin hər biri o zamanlar oz
sahəsinin cox gorkəmli mutəxəssisləri idilər və məhz universitet coğrafiyasının yaranmasının ilk mənbəsini təşkil
edirdilər.
Q.K.Gul, H.B.Əliyev və Ə.M.Hacızadənin muəllifliyi ilə dalbadal orta və ali məktəblər ucun dərsliklər
yazılırdı, muxtəlif xəritə və atlaslar tərtib olunurdu. Orta məktəb coğrafiyasının 40-50-ci illərdə inkişaf
etdirilməsində Azərbaycan EA Coğrafiya İnstitutu və ali məktəb alimləri yaxından iştirak edirdilər.
Məktəb coğrafiyası fənnləri V-IX siniflərin hər birində xususi proqram və dərslik uzrə tədris edilir və metodiki
məsələləri həll olunurdu. Kecmiş Sovet ittifaqının Pedoqoji Akademiyasının gorkəmli metodist alimləri tərəfindən
yazılmış mukəmməl dərsliklər (1960-1980-ci illər) və tərtib olunan xəritələr Azərbaycan dilinə tərcumə edilib
muntəzəm olaraq məktəblərə catdırılırdı.
Sabit dərsliklərə əlavə olaraq azərbaycan dilinə tərcumə edilən «Coğrafiyanın yeni proqram uzrə oyrənilməsi»
(Bakı, 1974), «SSRİ-nin fiziki və iqtisadi coğrafiyasına dair metodiki vəsaitləri» (Bakı, 1981), «Materiklər
coğrafiyasına dair» (Bakı, 1988) və b. metodiki vəsaitlər muəllimlərə boyuk koməklik gostərirdi.
Respublikamızda coğrafiyanın tədrisi metodikası əsas sahə kimi həmişə diqqət mərkəzində durmuşdur. Uzun illər bu
sahədə işi və əməli fəaliyyəti olmuş M.Zulfuqarovun rəhbərliyi altında bir dəstə metodist alimlər yetişmişdir. Onlardan
N.N.Allahverdiyevi, B.Paşayevi, O.Alxasovu, M.Quliyevi, D.Ələsgərovu, H.Ağayevi, A.Qarayevi, N.Seyfullayevanı və b.
gostərmək olar. Bu alimlərin əsərləri, gundəlik fəaliyyəti məktəb coğrafiyasının metodikası qarşısında qoyulmuş cox ciddi
məsələlərin həllinə yonəldilmişdir.
Coğrafiyanın ali və orta məktəblərdə tədris olunmasında gundəlik və aylıq qəzet və jurnalların muntəzəm cap
edilməsi lazımdır. Bu baxımdan «Tarix, ictimaiyyət və coğrafiya tədrisi» metodiki məcmuənin nəşr edilməsi muəllimlərin
elmi-coğrafi və metodik inkişafı ucun xususi əhəmiyyət kəsb edirdi. Orta məktəb muəllimlərinin boyuk ehtiyacı olan bu
jurnalın hazırda nəşri dayandırılmışdır. Fəaliyyətdə olan «Azərbaycan muəllimi» qəzeti məktəblər ucun ən yeni məlumat
və rəsmi sənədlərin maarif ocaqlarına catdırılmasında muhum rol oynayır. Son illər «Araz» hazırlıq mərkəzinin muntəzəm
nəşr olunan «Zirvə» və Dovlət Tələbə Qəbul Komissiyasının «Abituriyent» jurnalında yuksək elmi-metodik səviyyəsi ilə
secilən numunə testləri, analitik məqalələr, sonuncuda isə həm də qəbul proqramları verilməyə başlanıbdır.
Uzun illərdən bəri alimlərimiz orta məktəblər ucun Azərbaycan coğrafiyası (fiziki və iqtisadi) dərslikləri və ali
məktəblər ucun isə butun istiqamətlərdə tələb olunan dərslik və tədris vəsaitləri yazılmasında yaxından iştirak
etmişlər, hazırda bu işi davam etdirirlər. Bunlardan orta məktəblər ucun əvvəllər cap olunmuş Q.K.Gulun
«Azərbaycan SSR-nin coğrafiyası» (1962), H.B.Əliyevin «Azərbaycan SSR-nin iqtisadi coğrafiyası» (1963),
B.Ə.Budaqov və E.F.Apoyev «Azərbaycan Respublikasının coğrafiyası»nı – 8-9-cu siniflər (1991) gostərmək olar.
Dostları ilə paylaş: |