Azərbaycanın iqtisadi və sosial coğrafiyasına aid aparılan elmi-tədqiqat və tədris işləri 70-ci illərdən sonra
tamamilə yeni keyfiyyət mustəvisinə kecirilmişdir. Bu oz, əksini əhali, şəhərlər və sosial sahələrin istehsalla əlaqəli və
tarazlı inkişafını oyrənən «iqtisadi və sosial coğrafiya» adlı yeni elmin yaranmasında tapdı. Əvvəllər bizim elmin diqqəti
əsasən istehsal sahələrinin coğrafiyasına yonəldilmişdir. Olkədə əhali və ona xidmət gostərən sahələrin inkişafına ikinci
dərəcəli baxılırdı. Bu butun mulkiyyət formalarını oz əlində cəmləşdirən sosialist iqtisadi sisteminin tələbatından irəli
gəlirdi. Lakin əhali və onunla bağlı problemin oyrənilməsi sosial-coğrafiyanın diqqət mərkəzində olmuş və butun dunya
coğrafiya ədəbiyyatında bu sahənin inkişafına ustunluk verilmişdir.
Kohnə və yeni tədqiqat metodlarından istifadə edərək iqtisadi və sosial coğrafi obyekt və proseslərin
oyrənilməsində T.G.Həsənovun 1990-cı ildə nəşr edilmiş «Coğrafiyanın tədqiqat metodları» (iqtisadi coğrafiya
hissəsi) dərs vəsaitinin boyuk əhəmiyyəti oldu. Bu vəsait ali təhsilli coğrafiyacı kadrların hazırlanması işinin elmi
metodiki təminatını xeyli gucləndirəcəkdir.
Sosial coğrafiya istiqamətində yazılan əhəmiyyətli əsərlər icərisində M.A.Abramovun «İstehsal və sosial
xidmət» (M.1977), «Xidmət coğrafiyası» (M.1988, hər ikisi rus dilində) monoqrafiyalarını gostərmək olar. Bu
monoqrafiyalarda ilk dəfə olaraq sosial xidmət sahələrinin nəzəri əsasları verilib və movcud coğrafiyası təhlil
olunub. Turizmin coğrafiyası sahəsində muhum işlər gorulmuşdur. Azərbaycanın kurort-rekreasiya ehtiyatlarının
coğrafiyası, bu ehtiyatların istifadəsi əsasında yaradılan turizm muəssisələri və onların ərazidə yerləşdirilməsi,
turistlərin məlumat kitabcaları və xəritələrinin muntəzəm buraxılması və s. aid geniş tədqiqat işləri aparılmış və
coxlu kitablar nəşr olunmuşdur və bu gun də davam etdirilir.
Azərbaycanda turizm coğrafiyasını ilk oyrənənlərdən biri Y.A.Kotlyakov olmuşdur. Onun «İstirahət və
turizmin coğrafiyası» (M.1978, rus dilində) adlı geniş həcmli əsərində ərazi rekreasiya kompleksinin formalaşması
və inkişafı verilmiş, muəllifin uzun illər Azərbaycanda və MDB-nin digər respublika və diyarlarında etdiyi
səyahətlərin nəticələri əks olunmuşdur.
A.H.Salmanovun «Arid rekreasiya sisteminin məkanca inkişafı», «Cənubda istirahət: layihə və həlli»
(M.1987, rus dilində) monoqrafiyalarında, R.M.Qasımovun və b. bu movzuda apardıqları tədqiqatlarında
Azərbaycan rekreasiya ehtiyatları umumi halda və regionlar uzrə tədqiq olunur, rayonlaşdırılır, turizm və istirahət
coğrafiyası verilir.
Azərbaycan iqtisadi coğrafları respublika iqtisadiyyatına aid bir sıra xəritələr tərtib etmişlər. Bu xəritələrin bir
qismi respublikanın coğrafi atlaslarına daxil edilmişdir. Azərbaycan EA Coğrafiya İnstitutunun iqtisadi coğrafiya
şobəsi indi bir sıra sosial-coğrafi tədqiqatlarını davam etdirir.
Sosial coğrafiyanın daim diqqət mərkəzində duran məsələlərindən biri də Azərbaycanın əhalisi və şəhərlərinin
coğrafiyasıdır.
Əhali coğrafiyasının oyrənilməsi sahəsində qiymətli tədqiqatlar meydana gəlmişdir. Əhalinin məskunlaşması, kənd
yaşayış məntəqələrinin yenidən qurulması, şəhər aqlomerasiyalarının və regional məsələlərin tədqiqində Ş.Y.Goycaylı,
E.Q.Mehrəliyev, V.Ə.Əfəndiyev, Ş.Q.Dəmirqayayev, N.N.Əyyubovun və b. boyuk xidmətləri olmuşdur. Əhali coğrafiyası
problemləri ilə olkədə Bakı və Pedaqoji Universitetlərinin muvafiq kafedraları və Coğrafiya institutu məşğul olmuşdur.
Problemin əhəmiyyəti nəzərə alınaraq Coğrafiya İnstitutunda 1977-ci ildə əhali coğrafiyası bolməsi yaradılmışdır.
Daim diqqət mərkəzində olan əhali və şəhərlər coğrafiyasına dair olkədə fasiləsiz elmi-tədqiqat işləri davam
etdirilmiş, dissertasiyalar yazılmışdır. Bu sahə uzrə yazılmış elmi işlərin sayı iqtisadi və sosial coğrafiya sahəsində
cap olunan elmi məqalələrin icərisində birinci yerdə durur.
E.Q.Mehrəliyevin «Azərbaycan SSR əhalisinin formalaşması və yerləşdirilməsinin coğrafi problemləri» (Bakı,
1984, rus dilində) əsərində Azərbaycanda əhalinin formalaşması mərhələləri, onun sosial-iqtisadi amilləri, təbii hərəkətinin
xarakteri və ərazi diferensiasiyası, miqrasiyasının regional xususiyyətləri, respublika ərazisində əhalinin yerləşdirilməsinin
təbii iqtisadi amilləri, şəhər və kənd əhalisinin coğrafiyası və s. əsaslı surətdə tədqiq olunmuşdur.
Kənd əhalisinin məskunlaşması, onun umumi məskunlaşma sistemində yeri və s. problemlər Ş.Y.Goycaylının «Kənd
məskunlaşması və onun yenidən qurulması» (Bakı, 1987, rus dilində) monoqrafiyasında əhatəli şəkildə tədqiq edilmişdir.
Burada həmcinin Azərbaycanda kənd məskunlaşmasının vəziyyəti, tipləri, onların sistemləri, yenidən qurulması
proqnozları verilmişdir. Muəllifin Azərbaycan yaşayış məskənlərinə aid tərtib etdiyi iri həcmli xəritəsi ozunun informasiya
yukunun genişliyi və zənginliyi ilə fərqlənir.
E.Q.Mehrəliyev, N.H.Əyyubov və M.O.Sadıqovun «Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri»
(Bakı, 1988) monoqrafiyası azərbaycan dilində yazılmış və əhalinin umumi regional coğrafiyasını əhatə edən iri
həcmli bir əsərdir.
Əhali coğrafiyasına dair iri və orta miqyaslı xəritələr tərtib edilmişdir. (Ş.Y.Goycaylı, E.Q. Mehrəliyev, Ş.A.
Dəmirqayayev və b.).
V.Ə.Əfəndiyev və Ş.Q.Dəmirqayayevin yazdıqları «Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi
məsələləri» (Bakı, 1995) ən yaxşı əsər kimi 1997-ci ildə Akademik H.Ə.Əliyev adına mukafata layiq gorulmuşdur.
Kitabda Azərbaycan şəhərlərinin tarixi, sosial-iqtisadi məsələləri, demoqrafik vəziyyəti, sistem halında
formalaşması, inkişafının tənzimlənməsi və s. nəzərdən kecirilir.
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf mərhələsinə kecməsi onun əhalisinin demoqrafik şəraitini, əmək
potensialını, miqrasiyasını, şəhərlərin inkişaf potensialını, Bakı paytaxt regionunun inkişafının tənzimlənməsi və s.
problemlərinin ətraflı tədqiqini tələb edir. Aqrar islahatlar və bələdiyyə idarəetmə sistemlərinin yaradılması
kəndlərin coğrafiyasına, onların transformasiyasına təsiri lazımı səviyyədə oyrənilməlidir.
Ə.M.Hacızadə (1920-1991). Professor Ə.M.Hacızadə Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan boyuk
simalardan biridir. Onun ən boyuk elmi nailiyyətləri Azərbaycanda guclu iqtisadi coğrafi məktəb yaratması, ərazi-
istehsal və ərazi-sənaye komplekslərinin olkədə ən boyuk tədqiqatcısı olması, olkəmizi dunyaya tanıtması, yuksək
ixtisaslı kadrlar hazırlaması olmuşdur.
Ə.M.Hacızadə 16 fevral 1920-ci ildə Şəki şəhərində muəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Şəkidə alan
Ə.M.Hacızadə 1946-cı ildə Azərbaycan Dovlət Universitetinin geologiya-coğrafiya fakultəsini bitirmişdir.
Ə.M.Hacızadə 1950-ci ildə «Kəlbəcər-Lacın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi» movzusunda
namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri»
movzusunda doktorluq dissertasiyası mudafiə etmiş, 1959-cu ildə dosent, 1973-cu ildə isə professor elmi adına layiq
gorulmuşdur.
Ə.M.Hacızadənin təşəbbusu və yaxından iştirakı ilə 1960-cı ildə universitetin geologiya-coğrafiya fakultəsi
nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılmış və O, 1989-cu ilədək fasiləsiz olaraq həmin kafedranın mudiri
vəzifəsində işləmişdir.
Ə.M.Hacızadə 190-dan cox elmi əsərin muəllifidir. Onların arasında «Azərbaycan iqtisadi rayonu», «Azərbaycan SSR-nin
əhalisi və onun məskunlaşması», «SSRİ-nin iqtisadi coğrafiyası və həmcinin «Zaqafqaziya respublikalarının coğrafiyası» və
«Qafqaz» kollektiv monoqrafiyaları ucun yazdığı bolmələr boyuk marağa səbəb olmuşdur. Azərbaycan Respublikasının və
Bakının iqtisadi coğrafi səciyyəsinə aid kitabları ilk dəfə olaraq ingilis, fransız, ispan, ərəb, hind və başqa xarici dillərə tərcumə
olunmuşdur. Alimin bu və digər əsərləri Azərbaycan olkəsi barədə ətraflı məlumatların yayılmasında əvəzsiz rol oynamışdır.
Onun beynəlxalq aləmdə gorkəmli tədqiqatcı kimi qazandığı boyuk nufuz muxtəlif olkələrin alimləri, xususilə, Moskva alimləri
ilə birgə tədqiqatlar aparmağına əsas vermişdir. Azərbaycanın coğrafiya məktəbini onun ən qabaqcıl dəstələrindən birinə
cevrilməsində fəal rol oynayan alimlərimizdən biri olmuşdur. Hec kimə sirr deyildir ki, prof. Ə.M.Hacızadənin kecmiş sovet
coğrafiya elminin ən yeni nailiyyətlərinin Azərbaycana gətirilməsində xususi xidmətləri olmuşdur. O, bir sıra əhəmiyyətli
kitabların, dərsliklərin və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcuməsini həyata kecirirdi. Umumiyyətlə, onun diqqətindən,
demək olar ki, hec bir yeni muhum coğrafi, iqtisadi və ictimai elmlərin başqa sahəsində işıq uzu gormuş elmi kitab və məcmuə
yayınmırdı.
Ə.M.Hacızadənin apardığı tədqiqatların əhatə dairəsi olduqca geniş şaxəli idi. Onun elm yaradıcılığının başlıca
mahiyyətinin iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edirdi. İstər butov respublika və ya onun
təsərrufat sahələrinin, istərsə də ayrı-ayrı regionlarının tədqiqində kompleks yanaşma prinsipinə donmədən əməl
etmişdir.
Bu cəhətdən onun coxillik yaradıcılıq fəaliyyətinin yekunu olaraq başa catdırdığı «Azərbaycanın sənaye kompleksi»,
«Azərbaycan sənayesinin inkişafının təbii ehtiyatları» əsərləri elmimizin sanballı tədqiqat numunəsi kimi hesab olunurlar. İlk
dəfə olaraq o oz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə kecərək təbii ehtiyatların bal gostəriciləri ilə iqtisadi coğrafi
qiymətləndirilməsini aparmış, sənayenin umumi və hər birinin ayrılıqda istehsal-ərazi kompleksləri şəklində formalaşmasının
təbii-iqtisadi əsaslarını tədqiq etmişdir. O, Azərbaycan sənaye kompleksində tam istehsal silsilələrinin yaradılmasının
metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil etmiş və orijinal xəritə-sxemlərini vermişdir. Onun elmi
əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrufat sahələrinin daha səmərəli yerləşdirilməsində, duzgun iqtisadi-coğrafi
rayonlaşdırma aparılmasında xususi əhəmiyyət kəsb etmişdir.
Ə.M.Hacızadə Azərbaycanın dovlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən boyuk iqtisadi
əhəmiyyəti olan iri miqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmişdir.
Belə muhum işlərdən tətbiqi əhəmiyyətli Azərbaycanın aluminium xammal ehtiyatları və istifadəsinin iri miqyaslı
xəritəsinin, Bakı aqlomerasiyası, Filizcay polimetal, Naxcıvan dağ-kimya komplekslərini və s. gostərmək olar.
Ə.M.Hacızadə muxtəlif iqtisadi xəritələrin tərtibinə ciddi yanaşırdı. Məktəblər ucun divar xəritələri,
Azərbaycanın 1963-cu ildə buraxılmış və Dovlət mukafatına layiq gorulmuş kompleks atlasında verilən iqtisadi
coğrafi xəritələrin əksəriyyəti onun muəllifliyi və redaktəsi ilə hazırlanmışdır. Azərbaycan Ensiklopediyası ucun
yazılan diyarşunaslıq, iqtisadi coğrafiya məqalələrinin, ensiklopediya sozluyunun coxunun muəllifi olmuşdur.
Ə.M.Hacızadənin yuksək ixtisaslı coğrafiya kadrları hazırlanması istiqamətində də boyuk xidmətləri olmuşdur. Onun
təşəbbusu və yaxından iştirakı ilə 1983-cu ildə Bakı Dovlət Universitetində iqtisadi coğrafiya uzrə elmlər namizədi alimlik
dərəcəsi almaq ucun mudafiə elmi şurası təşkil olunmuş və həmin şurada Azərbaycandan və qonşu Gurcustan, Ermənistan,
Orta Asiya respublikalarından, Ukraynadan, Rusiyanın bir cox cənub regionlarından 20 dən cox namizədlik dissertasiyası
mudafiə olunmuşdur.
Bununla yanaşı Ə.M.Hacızadə bir cox Respublikalarda elmi rəhbər olmuşdur. Onun rəhbərliyi ilə 14 elmlər
namizədi hazırlanmışdır.
Əbdurrəhim Hacızadə coğrafiya fakultəsinin bacarıqlı və təcrubəli muəllimi kimi auditoriyalara həmişə yeni
biliklər gətirərdi, yuksək səviyyəli muhazirələr oxuyardı, maraqlı col təcrubələri aparardı. Coğrafiyaya o təkcə elmi
mənbə yox, həm də tələbələrin dunyagoruşlərinin genişləndirilməsində və umumi mədəni inkişafında muhum bir
vasitə kimi baxırdı.
Ə.M.Hacızadə Azərbaycan Coğrafiya Cəmiyyətinin (1959-cu ildə) vitse-prezidenti, iqtisadi coğrafiya şobəsinin
daimi sədri, kecmiş SSRİ Coğrafiya Cəmiyyətinin qurultaylarının iştirakcısı, Universitetlərin Elmi-metodiki
şurasının iqtisadi coğrafiya şobəsinin uzvu olmuşdur.
Professor Ə.M.Hacızadə omrunu elmə, ixtisaslı mutəxəssislər yetişdirilməsinə sərf etmiş daim axtarışda olan yuksək
səviyyəli bir alim olmuşdur.
1
Uiu.aoeea aeie 50 eeay A..aoaaaiaoi .aaaeoi.eouo eey, Aaeu, «Aei», 1996, nyu. 117
6.4 Toponimika
Toponimlərimizin geniş mənada oyrənilməsi nəticəsində həm coğrafiyamızın, həm də xalqımızın və dilimizin
uzaq kecmişi barəsində cox şey məlum olur. Ona gorə də coğrafi adların tarixinə və toponimiyaya aid aparılan
tədqiqatlar uzaq kecmişdən başlamışdır. M.F.Axundov, A.A.Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və b. coğrafi adların
mənşəyi ilə yaxından məşğul olmuşlar.
1947-1950-ci illərdə H.M.Mamayevin murəkkəb coğrafi adların tərkibindəki sozlərin, adların duzgun
yazılışından bəhs edən əsəri cap olunur.
1960-1965-ci illərdə Azərbaycan toponimiyasının oyrənilməsi sahəsində ciddi addımlar atılır. Bu işlərin
təşkilində və aparılmasında B.Ə.Budaqovun və R.M.Yuzbaşovun boyuk xidmətləri olmuşdur.
Ozunun 1966-cı ildə capdan cıxan «Azərbaycanın coğrafi terminləri» adlı fundamental əsərində R.M.Yuzbaşov
Azərbaycanın xalq coğrafi terminlərin, toponimik və elmi coğrafi terminlərin geniş təhlilini aparmış və elmi
sistemləşdirilməsini vermişdir. Olkədə aparılan toponimika tədqiqatları əsasında muxtəlif illərdə izahlı coğrafi
luğətlər tərtib və nəşr olunmuşdur (R.M.Yuzbaşov, O.U.Osmanov, B.Ə.Budaqov və b.).
1960-cı ildə Azərbaycan Coğrafiya Cəmiyyəti və 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin nəzdində daimi toponimika komissiyası yaradılmışdır.
Qafqaz və Şimali Azərbaycanda yayılan turk mənşəli toponimləri qoruyub saxlamaq və hərtərəfli tədqiqini aparmaq,
xəritələrdə coğrafi adların duzgun yazılmasını təmin etmək məqsədilə 1973-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda
coğrafi adlar (toponimika) şobəsi yaradılır. 1973-cu ildə Azərbaycan toponimikasının problemlərinə həsr olunmuş I-ci və
1981-ci ildə isə II-ci elmi konfranslar kecirilir. I-ci konfrans Azərbaycan toponimlərinin umumi məsələlərinə, ayrı-ayrı
toponimlərin etimologiyasına, etnonimlərinə, coğrafi adların xəritədə yazılmasına və oroqrafiyasına, toponimlərin regional
miqyasda tədqiqinə dair məruzələr dinlənilmiş və muzakirə edilmişdir.
II-ci konfrans respublikamızda toponimika məktəbinin yarandığını və bu məktəbin geniş fəaliyyət gostərdiyini
qəti təsdiq etdi. Bu məktəbin varlığını həmin illər Boyuk Qafqazın cənub yamacı (E.B.Nuriyev), Abşeron
(M.Ə.Abbasov), Dağlıq Şirvan (N.S.Bəndəliyev), Şimali-Şərqi Azərbaycan və Boyuk Qafqazın Cənub-Şərq hissəsi
(X.H.Məmmədov) və s. regionlara dair aparılan tədqiqatlar təsdiq edirdi.
Y.Yusifov, S.Kərimov «Toponimikanın əsasları», S.Mirmahmudova «Ermənistanın oykonimləri», N.K.
Məmmədov «Azərbaycanın yer adları (oronomiya)» dair əhəmiyyətli elmi əsərlər yazmışlar.
Azərbaycan Respublikası mustəqillik əldə etdikdən sonra (1991-ci il 18 oktyabr) toponimikaya və coğrafiyanın
tarixinə aid tədqiqatlara diqqət xeyli artırıldı və əvvəlki illərdən fərqli olaraq onun tematikası genişləndirildi.
B.Ə.Budaqovun «Turk uluslarının yer yaddaşı» (Bakı, 1994) adlı geniş həcmli monoqrafiyası toponimika elminin
inkişafında muhum bir hadisəyə cevrildi. Hazırda o Qafqazın digər regionlarının toponimikasına dair yeni elmi əsərlər
uzərində işləyir. Onun «toponimlər tarix elmi olmadan koksuz, dilcilik elmindən kənarda lal, coğrafiya elmindən ayrı
məkansızdır»
1
dərin məzmunlu kəlamları bu elmin olkəmiz və xalqımızın həyatında mustəsna əhəmiyyət kəsb etdiyini
gostərir. Son illər Coğrafiya İnstitutunda B.Ə.Budaqovun rəhbərliyi altında Dağlıq Qarabağın (A.İsmayılova) və
Dağıstanın toponimlərinə aid (X.L.Xanməmmədov) əhəmiyyətli elmi-tədqiqat işləri başa catdırılmış və dissertasiyalar
mudafiə edilmişdir.
Toponimika sahəsində qarşıda duran muhum vəzifələr – mikrotoponimlərin tədqiqini davam etdirmək və geniş
ərazilərdə yayılan tarixi turk torpaqlarının coğrafi adlarını oyrənmək və luğətlərini tərtib etməkdir.
Azərbaycanda coğrafiya elminin tarixi uzrə də elmi-tədqiqat işləri aparılmış və əsərlər yazılmışdır. Bunlardan
O.U.Osmanovun «Məşhur səyyah və coğrafiyaşunaslar» (Bakı 1970) kitabı ozunun geniş məlumatlı olması ilə
səciyyələnir. Kitabda muxtəlif dovrlərdə yaşamış ən gorkəmli səyyahlar, coğrafiyaşunaslar və tədqiqatcıların coğrafi
goruşləri, kəşfləri və səyahətləri haqqında qısa məlumat verilmişdir. N.K.Kərimovun «Qırx il səyahətdə» (Bakı, 1977)
əsəri əhəmiyyətinə gorə xususilə fərqlənir. Əsər XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Boyuk Azərbaycan
coğrafiyaşunası və səyyahı Zeynalabdin Şirvaninin Asiya və Afrikaya etdiyi 40 illik səyahətlərdən danışır.
Azərbaycanda kecmiş illərdə coğrafi məsələlərlə məşğul olmuş gorkəmli alimlərimizin əsərlərinin
oyrənilməsinin əhəmiyyəti boyukdur. Belə tədqiqatlar bizə olkəmizin coğrafiyasının tarixi haqqında tam biliklər
əldə etməyə imkan verir və bu gunumuzun tələbatına cavab verə bilənlərdən istifadə edirik.
Artıq bu sahədə tədqiqatlara başlanılmışdır. Həsən bəy Zərdabinin coğrafi fikirlərinin araşdırılması aparılıbdır
və gələcəkdə də belə movzuların davam etdirilməsi əhəmiyyətli olardı.
Azərbaycanda coğrafiya elminin son 50 ildə (1945-1995) inkişafına, Coğrafiya Cəmiyyətinin yaranmasının 60
illiyinə (1937-1997) və tədrisin tarixinə dair sanballı təhlillər və umumiləşdirmələr aparılan əsərlər yazılmışdır.
Belə tədqiqatların davam etdirilməsi yuksək səviyyəli coğrafiyaşunasların tarixi hazırlığına guclu təkan
verəcəkdir.
Coğrafiyaya yaxın olan digər təşkilatlardan Azər baycan EA-nın İqtisadiyyat İnstitutunun Regional şobəsində uzun
muddətdir ki, Azərbaycan iqtisadi coğrafiyasına dair tədqiqat işləri aparılır. Əvvəlki illərdə bu şobədə akademik
A.A.Nadirovun rəhbərliyi altında «Azərbaycan SSR-nin yeyinti sənayesi», «Kicik şəhərlərin problemləri», «Naxcıvan
MR» və bir sıra başqa əsərlər hazırlanmış, Azərbaycanda sənayenin yerləşdirilməsi problemlərinə aid əsaslı tədqiqatlar
aparmışdır.
Azərbaycan Respublikası İslahatlar Mərkəzi (kecmiş Dovlət Plan Komitəsinin İqtisadiyyat İnstitutu)
əməkdaşları, iqtisadi coğrafi cəhətdən xeyli qiymətli tədqiqat aparmaqdadırlar. Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi nəzdində olan Regional siyasət, şobəsi yeni iqtisadi inkişaf mərhələsində regionların kompleks
şəklində fəaliyyət gostərməsi, olkə ərazisində təsərrufatın bərpası və tarazlı inkişafı istiqamətləri uzrə işlər aparır.
6.5 Kartoqrafiya və aerokosmik tədqiqatlar
Kartoqrafiya. Azərbaycanda kartoqrafiyanın inkişafında M.Əliyevin, R.Piriyevin və Ş.Əliyevin və b. alimlərin
boyuk xidmətləri olmuşdur. Professor M.Əliyev Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərdə, o
cumlədən Bakı Dovlət Universitetinin kartoqrafiya kafedrasında uzun muddət boyuk yaradıcılıq işləri aparmışdır,
elmi kadrlar hazırlığının əsasını qoymuşdur.
Kartoqrafiyanın Azərbaycanda inkişafını dord dovrə ayırmaq olar: 1920-ci ilə qədər olan dovr; 2. 1920-1945-ci
illər; 3. 1945-1990-cı illər; 4. 1990-cı ildən sonrakı dovr. Gostərilən dovrlərdə olkəmizdə topoqrafik, kartoqrafiyanın
elmi-nəzəri və kadr hazırlığı sahələri inkişaf etdirilmişdir.
Birinci dovr (1920-ci ilə qədər) Şimali Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə bağlı onun ərazisinin
hərbi topoqrafiya baxımından ciddi oyrənilməsini əhatə edir.
Belə xəritələrdə Azərbaycan həmişə Rusiya İmperiyasının ayrılmaz hissəsi olan Zaqafqaziya bolgəsinin
tərkibində gostərilirdi və onun ayrıca xəritəsi tərtib edilmirdi. 1903-cu ildə Rusiyanın məxfi təşkilatları tərəfindən
tərtib olunmuş Zaqafqaziya xəritəsi bu regionda turk mənşəli adların coğrafi yayılmasını oyrənmək baxımından
boyuk maraq kəsb edir.
Azərbaycanda kartoqrafiyaya olan tələbatın kəskin surətdə artması ikinci dovrdə (1920-1945) muşahidə olunur.
Olkədə yeni rayonlaşdırmanın aparılması ilə əlaqədar olaraq, onun təbiəti və iqtisadiyyatının əsaslı surətdə
oyrənilməsi və xəritələşdirilməsi tələb olunurdu. İ.P.Vəkilov tərəfindən 1925-ci ildə Azərbaycan dilində ilk dəfə
respublikanın on verstlik (1:420 000) təbii-siyasi xəritəsi tərtib olunmuşdur.
Muğanda pambıqcılığın inkişafı, yeni suvarma sistemlərinin yaradılması boyuk miqyaslı plan və xəritələrə
tələbatı xeyli artırdı. Gostərilən tələbatla əlaqədar olaraq hipsometrik (1931, 1993), siyasi – inzibatı (1938), iqtisadi
(1938, 1937) və s. xəritələr nəşr olunur.
Ucuncu dovrdə (1945-1990) Azərbaycanın elmi kartoqrafiyasının əsası qoyulur, kutləvi xəritəcilik məhsulları
buraxılmağa başlanır və onların ceşidi genişləndirilir. 1965-ci ildə Z.M.Əfəndiyev tərəfindən Azərbaycan ərazisinin
kartoqrafik baxımdan tarixi xəritələr (1700-1920-ci illər) uzrə problemləri oyrənilir, 1973-cu ildə Ş.C.Əliyevin
«Xəzər dənizi tarixi xəritələrdə» adlı monoqrafiyası capdan cıxır.
Coğrafiyanın muxtəlif istiqamətlərinə aid mukəmməl və yuksək texniki səviyyədə xəritələr tərtib olunur. Belə
xəritələrin ən başlıcaları aşağıdakılardır: Azərbaycan Respublikasının geomorfologiya (1956, 1959, 1979),
geologiya (1954), tektonika (1956, 1972), landşaft (1975), torpaq (1957) və s. gostərmək olar.
Fiziki coğrafiyaya dair bu və ya digər xəritələrin əksəriyyətinin tərtib olunmasında və muəllifliyində B.Ə.Budaqov,
M.A.Museyibov, N.Ş.Şirinov, B.A.Antonov, Ə.V.Məmmədov kimi təcrubəli alimlər və gənc nəslin numayəndələri
yaxından iştirak etmişlər. 1977-ci ildə Ə.M.Şıxlinski tərəfindən ilk dəfə dərin məzmunlu «Azərbaycan Respublikasının
iqlim xəritəsi» tərtib olunur (1992-ci ildə təkrar nəşri). Ə.C.Əyyubov kənd təsərrufat sahəsinin inkişafı ucun boyuk
əhəmiyyəti olan təbii-iqlim ehtiyatları haqqında zəngin informasiyalı «Azərbaycanın aqroiqlim rayonlaşdırılması xəritəsini
(1976) buraxır».
Ucuncu dovrdə həmcinin Azərbaycanın siyasi-inzibatı, sənaye, kənd təsərrufatı (Ə.M.Hacızadə, B.T.Nəzirova),
əhali (1978, Ş.Q.Dəmirqayayev) və b. xəritələr nəşr edilir. İlk dəfə olaraq bu dovrdə Azərbaycan Respublikasında
əhalinin məskunlaşması xəritəsi (Ş.Y.Goycaylı, 1985) tərtib və cap edilmişdir.
Azərbaycanda fiziki coğrafi atlasların yaradılması işləri ilk dəfə 1919-cu ildən başlanmışdır. Ə.M.Şıxlinskinin
redaktorluğu ilə 14 coxrəngli xəritələrdən ibarət olan atlas cap olunur.
1963-cu ildə respublikanın xəritəcilik sahəsində əlamətdar bir hadisə baş verir-Coğrafiya İnstitutu və digər
təşkilatlardan olan coğrafiya alimləri tərəfindən 117 coxrəngli xəritələr, zəngin qrafik materialları və izahlı
mətnlərdən ibarət olan «Azərbaycan SSR-nin atlası» (Bakı-Moskva) nəşr olunur. İlk milli atlas hesab olunan bu
qiymətli əsər dunyada və MDB məkanında həm olkəmizin coğrafiya elminin nailiyyətlərini numayiş etdirdi və həm
də onu tanıtmaqda mustəsna rol oynadı.
Atlas aşağıdakı beş bolmədən ibarətdir: 1) giriş; 2) təbii şərait; 3) iqtisadiyyat; 4) mədəni quruculuq; 5)
Dostları ilə paylaş: |