Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
Cədvəl 1.  
Hal-hazırda məlum olan döş aortası xəstəliklərinin damar daxili 
müalicəsi üçün göstərişlər 
Xəstəliyin etiologiyası 
Aortanın anevrizmaları 
Aterosklerotik / degenerativ 
Posttravmatik 
Anastomozlu 
Medianın kistoz nekrozu 
Stenforda görə aortanın laylanmasının B tipi 
Kəskin forma 
Xroniki forma 
Giqant penetrasiyaedici xora 
Aortanın travmatik cırılması 
Aorta-ağ ciyər fistulası 
Anevrizmanın quruluşu. 
Enən aortanın anevrizması. 
Proksimal boynun uzunluğunun 2sm-ə bərabər olması  
(2 < sm, aorta üstü stent-qraftın qoyulmasına qədər); 
Distal boynun uzunluğu 2 sm-ə bərabər olması 
Diametri ≥ 6 sm 
Xəstənin halı 
Yaşlı xəstələrə üstünlük verilməsi 
Arzu olunmaz sonluğun yüksək riski olan xəstələr açıq cərrahi 
əməliyyat üçün yaranır 
Xroniki obstruktiv ağciyər xəstəliyi 
Ağır formalı ÜİX 
Ağır formalı yuxu arteriyası xəstəliyi 
Xroniki böyrək çatışmazlığı 
Damara daxil olma sahəsinin yararlı olması 
 
Gözlənilən yaşama müddəti > 6 aydan artıq ola bilir. 
 
Stentin  implantasiyasından  sonra  aparılan  angioqrafiya  stentin 
yerləşdirilməsinin düzgünlüyünə nəzarət etməyə kömək edir. Sıxılmanın 
aşkar edilməsi zamanı əlavə ballon dilatasiyanın  icrası vacibdir, belə ki, 


40 
 
bu  zaman  stentin  damar  divarına  kipləşdirilməsi  yaxşılaşır.  Stentləş-
dirmədən  sonra  xəstələr  tezliklə  ekstubasiya  olunaraq  bir  neçə  gündən 
sonra evə yazılırlar. Bəzi xəstələrdə iltihabi dəyişikliklər baş verə bilər, bu 
transplantanta  cavab  kimi  qiymətləndirilir.  Bu  özünü  qanda  C  -  reaktiv 
zülalın  səviyyəsinin  qalxması  ilə  göstərə  bilər  (prokalsitoninin  səviyyəsi 
isə  yüksəlmir).  Bu  dəyişikliklər,  döş  qəfəsində  xoşagəlməz  duyğularla 
müşayiət  oluna  bilər  ki,  bunu  da  indometasinin  təyini  ilə  aradan 
qaldırmaq olar. Aorta qövsünün quruluşu onun əyilmiş vəziyyətindən və 
ondan  aralanan  iri  arteriyaların  hesabına  mürəkkəb  hesab  edilir.  Aorta 
qövsünün zədələnməsinin uğurlu müalicəsi –ümumən qəbul edilmiş üsul 
-  ürəyin  fəaliyyətinin  hipotermik  dayandırılması,  süni  qan  dövranı, 
həmçinin baş beynin perfuziyasını həyata keçirməklə aorta qövsünün açıq 
rekonstruksiyasıdır. 
Baş  bazu  kötüyünə  qədər  yayılmış  aorta  qövsü  anevrizması 
üçün  donor  sahəsi  qismində  qalxan  aortadan  istifadə  etmək  olar  –
sternotomik  girişlə  (qövsün  tam  parçalanması)  bütün  üç  aorta  üstü 
arteriyaları plastika etmək məqsədini güdür. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin