98
AORTANIN TRAVMATİK CIRILMASI
Bütün yaşlarda ölüm səbəbləri arasında III sırada yer almaq-
dadır. Toraks travmaları, bütün travma sonrası ölümlərin təxminən
25%-ni təşkil edir.Travma sonrası meydana çıxan ölüm hadisələrini
Trunney zamanlama baxımından 3 qrupa bölmüşdür.
1) Erkən ölüm hadisəsi: yaralanmanın olduğu yerdəki ölümlərdir.
50% hallarda bu zaman periodunda itirilə bilər.Bu dövrdəki ölümlərdə
ümumiyyətlə,beyin yaralanmaları ürək, böyük damar və spinal kord
yaralanmaları və ya hava yolu obstruksiyasından sorumludur.
2) Qızıl saat-bu vaxt əslində 1 saatdan 6 saata qədər
uzadılıb.30% hallarda bu zaman periodunda olur.Bu dövrdəki
ölümlərdən ümumiyyətlə,subdural və ya epidural hematoma,
hemoperitoneum, hemotoraks və ya eksternal qanaxmalar ola bilər.
3) Son dövr: yaralanmadan ortalama 10 gün ilə 2 həftə
sonrasındakı dövrdür.Ölümlər,sepsis və ya multiorqan çatışmazlığı
səbəbi ilə meydana çıxır.
Travmatik aorta zədələnmələri çox vaxt küt travma və ya
qurğuşun və bıçaq kimi deşici-kəsici alət yaralanmaları sonrasında
99
meydana çıxır. Bu yaralanmaların nəticəsində aortada kontuziyadan,
intramural hematoma,intimal yırtıq, yalançı anevrizma və ya
cırılmaya qədər bir çox təhdidedici yaralar meydana gələ bilər.
Travmatik aorta cırılması, ölümlə nəticələnməsi katastrofik aorta
patologiyaları arasında yer alır. Yol qəzaları nəticəsində meydana
çıxan ölüm səbəblərindən birinci sıradakı beyin travmalarını,ikinci
sıradakı travmatik aorta cırılması izləyir. Dunn və Villams küt
trvmaya bağlı olaraq meydana çıxan aorta cırılmalarında yaşama
şansının 20% olduğunu bildirmişlər.
Aortanın travmatik cırılması-küt travma ilə zədələnmə olub,
aorta divarının intimadan adventisiyaya qədər bütün qatlarının cəlb
olunması ilə müşayiət olunur.Aortanın travmatik cırılmasını ilk dəfə
1557-ci ildə Vezaliy atdan yıxılmış xəstədə təsvir etmişdir. 1923-cü
ildə Rusiyada Canelidze qalxan aortanın dəlib keçən yaralanmaları
zamanı aortanın travmatik cırılması hallarında ilk dəfə aparılan və
müvəffəqiyyətlə nəticələnən əməliyyat haqqında məlumat vermişdir.
Bununla belə sonrakı təsvirlər yalnız XX əsrin 50-ci illərində
meydana çıxdı.Patomorfoloji
müayinədə aortanın zədələnmə
əlamətləri dəqiq təyin olunur və bu zaman əsas diqqət travma ilə
ölüm arasındakı vaxt nisbətinə verilir.Yüksək sürətli avtomobillər
əsrində aortanın travmatik zədələnmə halları daha da artmışdır.1936-
cı ildən 1942-ci ilə qədər olan dövrdə Strassman 7000-ə qədər meyit
yarmış və onlardan yalnız 51 halda aortanın travmatik cırılması baş
vermişdir.Richens və həmkarları məlumat vermişlər ki, yol-nəqliyyat
hadisələrində ölən 613 nəfərin 21%-də ölüm aortanın cırılması ilə
əlaqədar olmuşdur.Bu hadisələrdən ölüm halları il ərzində ABŞ-da
8000 nəfər təşkil edir.
Aortanın travmatik cırılması maşın və motosikletlə toqquşma,
yüksəklikdən yıxılma,partlayış dalğasının zərbəsi,qatar və ya təyyarə
qəzası,at və xizək idmanı ilə məşğul olma zamanı yaranan
travmalarda baş verə bilər.Aortanın cırılması baş vermiş 144 xəstənin
tədqiqatı zamanı Hunt və həmkarları məlumat vermişlər ki,cırılma
83% halda avtomobil qəzası, 5% hallarda motosikletin idarə olun-
ması zamanı toqquşma nəticəsində, 7% hallarda piyada gəzinti
zamanı, 2% hallarda yüksəklikdən yıxılma zamanı baş verir.
Sonuncu tədqiqatlara əsasən müəyyən olunmuşdur ki, hətta yandan
100
toqquşmalar belə 20–40% hallarda aortanın cırılması ilə nəticələnir.
Yandan toqquşmalar zamanı köndələn təsir aorta qövsünün distal
hissəsinin kiçik əyriliyi nahiyəsində hissəvi cırılmaya səbəb olur.
Qoruyucu yastıqçalar və kəmərlər bu növ təsirdən qorunmanı təmin
etmir. Daha çox deformasiyaya məruz qalan nahiyə boyun
nahiyəsində (harada ki, nisbi hərəkətli döş aortası qövsə birləşir və
həmçinin arterial bağlar birləşir) aortanın cırılması 80–95 % hallarda
baş verir .
Aortanın qalxan hissəsinin cırılması zamanı baş verən ölüm
hadisələrində bu nahiyə 10-20% hallarda,cərrahiyyə müdaxilələri
zamanı isə 5% hallarda təsvir edilmişdir.Ölüm halları törətmə
tezliyinə görə digər zədələnən şöbələrə aortanın distal şöbəsi(12
%),infrarenal seqment (5%) aiddir.Bir sıra mənbələrdə aortanın
cırılmasının çoxsaylı nahiyələri təsvir edilir.Aortanın travmasının
mexanizmini izah etmək üçün müxtəlif nəzəriyyələr təklif
olunmuşdur.Aortanın zədələnməsini törədən bir neçə mexanizmi
birləşdirmək mümkündür.
Cırılmanın mexanizmləri:
Aortanın travmatik zədələnməsinin təsnifatı:
İntimal qanaxma;
Cırılma və intimal qanaxma;
Medial cırılma;
Aortanın tam cırılması;
Yalançı anevrizmanın əmələ gəlməsi;
Aorta ətrafı qanaxma.
İntimal qanaxma zamanı endotelial qat zədələnməyə bilər,
endotelin və daxili elastik membranın cırılması da mümkündür.
İntima və medianın zədələnməsindən sonra yalançı anevrizmaların
baş verməsi mümkündür.Miləbənzər anevrizmalar köndələn kəsikdə
bütün divarı əhatə edə sirkulyar travmalarda meydana çıxır,yalnız
divarın bir hissəsi cəlb olunan hissəvi zədələnmələrdə məhdud
qabarmalar meydana çıxır.Periaortal qanaxmalar zədələnmənin
növündən asılı olmayaraq baş verir.Aortanın tam cırılması (o
cümlədən adventisiyanın) sürətli ölüm törədir.Cırılma nahiyəsində
anevrizma və okklüziyanın yaranması ölüm hallarının baş verməsini
ertələyə bilər.
101
Zədələnmənin ağırlıq dərəcəsinə baxmayaraq travma parlaq
kliniki təzahürlərlə müşayiət olunmaya bilər,buna görə də döş
şöbəsinin xarici travma əlamətlərinin olub-olmamasından asılı
olmayaraq yüksək sürətli toqquşmalar nəticəsində zədə almış
xəstələrdə aortanın cırılmasını vaxtında ehtimal etmək lazımdır.
Aortanın cırılma əlamətləri qeyri-spesifikdir,hansı ki,onunla
yanaşı olan başın,üzün,dayaq-hərəkət aparatının zədələnməsi və
visseral zədələnmələr həkimin diqqətini daha tez cəlb edir. Təng-
nəfəslik və döş qəfəsində (beldə) ağrılar daha çox rast gəlinən (20-
76% hallarda) simptomlardır. Huşun itməsi və arterial hipotenziya da
həmçinin çoxsaylı travması olan xəstələrdə meydana çıxır, arterial
hipertenziya 17% hallarda müşahidə olunur. Maye məhlulların
səmərəli yeridilməsinə baxmayaraq sistolik arterial təzyiqin 90 mm
c. süt. - dan aşağı olması hemodinamik qeyri-stabilliyin əlaməti
hesab olunur və yüksək ölüm faizi ilə müşayiət olunur. Nisbətən az
rast gəlinən simptomlara disfagiya, səsin karlaşması aiddir.Bir sıra
xəstələrdə (6%) onurğa beyinin qan təchizatı pozğunluğunun aydın
əlamətləri olmadan paraplegiya baş verir. Periaortal hematoma ilə
aortanın sıxılması nəticəsində yuxarı və aşağı ətraflarda nəbz
dalğasının amplitual fərqi 23–37% hallarda aşkar edilmişdir. Əgər
intima və medianın cırılması zamanı sferik qapaq kimi fəaliyyət
göstərən tikə hissəsi (loskut) əmələ gələrsə yuxarı ətraflarda arterial
hipertenziya ilə birgə aortanın hissəvi obstruksiyası baş verir -
“kəskin daralma sindromu” və ya “psevdokoarktasiya”. Arterial
hipertenziya ürək kələfinin stimulyasiyası ilə əlaqədar ikincili
olur.Arterial təzyiqin 90 mm c. süt. - dan aşağı olması (mayenin
kifayət qədər yeridilməsinə, plevral boşluğa qanaxmanın olmamasına
və torakotomiyanın yerinə yetirilməsinə baxmayaraq) aortanın
cırılma təhlükəsinin olması əlaməti kimi qiymətləndirilir.Bundan
başqa səs tellərinin iflici, yuxarı boş venanın və traxeyanın sıxılması
da həmçinin ağır fəsadların müjdəçisi kimi qiymətləndirilir.
Müştərək zədələnmələr (sınıqlar və kəllə-beyin travmaları,
qaraciyərin,dalağın,ürəyin,ağciyərlərin zədələnməsi) demək olar ki,
aortanın travmatik cırılması olan bütün xəstələrdə mövcüd olur.
Ağciyərlərin zədələnməsi tənəffüs çatışmazlığına gətirib çıxara bilər.
20% hallarda ürək çatışmazlığı ürəyin döş sümüyü və onurğa sütunu
102
arasında sıxılması nəticəsində ola bilər (əsasən qalxan aorta prosesə
cəlb olunduqda), 5-14% hallarda fiziki müyinə zamanı görünən
zədələnmə əlamətləri mövcud olmur.
Aortanın travmatik cırılmasının ümumi əlamətlərinin az olması
xoşa gəlməz nəticədir,məhz buna görə də erkən diaqnostika və
səmərəli müalicə böyük əhəmiyyət kəsb edir.Diaqnostikada aortanın
qida borusundan aparılan ExoKQ-ya müayinəsinə, kontrastlaş-
dırılmış KT-ə,MRT-ə və kontrast angioqrafiyaya mühüm əhəmiyyət
verilir. Rekonstruksiyanın yüksək həssaslığına görə 3 D - MRT-dən
və KT - dən istifadə böyük maraq doğurur. Aortanın komputer
genişlənmiş 3 D - rekonstruksiyası əsasən cərrahi və damar daxili
mülicəvi müdaxilələrin aparılmasına əsas verir.
Təcili reanimasion tədbirlərin aparılması və daşınmanın
düzgün təşkili ilə demək olar ki,aortanın travmatik cırılması olan
bütün xəstələrdə aortanın plastikasının yerinə yetirilməsi imkanının
olmasını nəzərdən keçirmək lazımdır. Son dövrlərə qədər
təxirəsalınmaz cərrahi müdaxilə aortanın travmatik cırılması zamanı
əsas müalicə üsulu sayılırdı, bununla belə həmin yanaşmada da
letallıq yüksək olaraq qalır.
Cərrahi müalicədə müdaxilə zamanı letallıq 10% (xəstənin
daxil olmasından sonra 6 saat ərzində aparılan),əməliyyatdan sonra
18%,əməliyyatdan donrakı əsas fəsadlar isə (məsələn: iflic) 10,5%
hallarda baş vermişdir.Cərrahi müdaxilənin belə qeyri - qənaətbəxş
nəticələrinə görə digər müalicə üsulları axtarılmışdır .
Maggisamo və həmkarları göstərmişdirlər ki,aortanın travmatik
cırılması olan xəstələrin 2 tipi mövcuddur: I qrup xəstələrə aktiv
qanaxmanın hemodinamik əlamətləri olan və qeyri-stabil halda olan
xəstələr aid edilir (bu xəstələrin sağqalma göstəricisi aşağı
səviyyədədir – 18%); II qrupa isə hemodinamik pozğunluqları
olmayan,döş qəfəsinin rentgenoqrafiyası və aortaqrafiya vasitəsilə
diaqnozu qoyulan xəstələr aiddir.Müştərək travmalar ölüm riskini
artırarsa və cərrahi müdaxilə zamanı fəsadların baş verməsi
mümkündürsə aortada cərrahi müdaxilənin aparılmasını təxirə
salmaq lazımdır.Bu xəstələrdə öz-özünə ölümcül cırılma riski azdır
(72 saatda 4,5% hallar) və gözləmə mövqeyi özünü doğruldur.
103
Əgər travmatik təsir zamanı aortanın tam cırılması baş
vermirsə,bu zaman adventisiya və divararalığını əhatə edən
strukturlar aorta divarının bütövlüyünü təmin edir.Travmadan
sonrakı bu ilk baza həyat üçün təhlükəlidir,buna görə də zərərçəkəni
xəstəxanaya mümkün qədər tez çatdırmaq lazımdır. Aortanın
zədələnmiş diaqnozunun təcili qoyulması,aorta divarının gərginliyini
azaltmaq üçün vazodilatatorlar və B-adrenoblakatorlarla arterial
təzyiqin salınması və ölümlə nəticələnən aortanın cırılma riskinin
azaldılması vacib şərtdir. Pate və həmkarları 15 il ərzində ədəbiyyat
mənbələrinin nəticələrinin, həmçinin özlərinin apardığı tədqiqatlarda
diaqnozun qoyulması və aortanın plastikasının aparılması arasındakı
olan dövrdə öz-özünə qanaxma riskinin qiymətləndirilməsinin
nəticələrini təhlil etmişlər. 492 xəstədən 22 - si (4,5%) aortanın
cırılması nəticəsində (plevra boşluğuna qanaxma və hemodinamik
pozğunluq əlamətləri ilə) ölmüşlər.Nisbətən az hallarda cırılma
divararalığında hematoma və psevdoanevrizması olan,həmçinin qan-
axması və hemodinamik pozğunluqları olmayan xəstələrdə baş
vermişdir.
Travmadan sonrakı günlər ərzində əsasən hematoma formala-
şır, hansı ki,vaxt keçdikcə psevdoanevrizmanın inkişafı ilə nəti-
cələnən sıx fibroz toxumaya çevrilir, bu halda cırılma riski
anevrizmada olduğu kimidir.Arterial hipotenziyalı xəstələrdə arterial
təzyiqin 90 mm c. süt.-dan yüksək olması infuzion məhlulların yeri-
dilməsinin məhdudlaşdırılmasına göstərişdir. Mərkəzi sinir siste-
minin, ağciyərlərin zədələnməsi nəticəsində inkişaf edən tənəffüs
çatışmazlığı zamanı tənəffüs funksiyası nəzarətdə saxlanılmalı,
vaxtında intubasiya aparılmalı və ağciyərlərin süni ventilyasiyası
yerinə yetirilməlidir. Aortanın posttravmatik anevrizmalarının
cərrahi müalicəsinin bir qədər gecikdirilməsi bir sıra üstünlüklərə
malikdir. Bu halda təcili əməliyyatlarla müqayisədə letallıq halları və
təhlükəli ağırlaşmaların tezliyi azalır.Distal aortanın perfuziyasının
bütün lazımi prosedurlarını təhlükəsiz yerinə yetirmək olar və bu za-
man ölüm faizi çoxsaylı travması olan xəstələrdə təhlükəli zədəd-
lənmələrin müalicənin aparılması ilə əlaqədar azalır.Beləliklə,belə
xəstələrdə yanaşı zədələnmələrin müalicəsi əsasdır və bu da aortada
cərrahi müdaxilələrin gecikdirilməsinə imkan verir.
104
Bununla belə əməliyyatın gecikdirilməsi həmişə mümkün
olmur.Aortanın travmatik cırılmasının əksər hallarda stabil gedişli
olmasına baxmayaraq,təxminən 5% hallarda kəskin fazada yüksək
cırılma ruski olur.Cırılma təhlükəsinin olması əlamətlərinə periaortal
hematoma,təkrar hematoraks,kontrast maddənin ekstravazasiyası və
arterial təzyiqin yüksəlməsi aiddir.Bəzən aortanın cüzi cırılması
qapaq mexanizmi vasitəsilə enən aortada qan cərəyanın zəifləməsi və
aşağı ətraflarda işemiya ilə nəticələnən psevdokoarktasiya sindromu
yarada bilər.Bu fəsad təcili cərrahi xəstəlik hesab olunur və 10%
xəstələrdə rast gəlinir.
Damar daxili müdaxilə-təcili cərrahi müdaxilə tələb olunmayan
xəstələrdə aparılan nisbətən az invaziv müalicə üsuludur.Bu müalicə
üsulu kəskin fazada torakotomiya aparmadan və heparin preparat-
larının təyini ilə ağciyərlərin,başın və qarının zədələnmələrinin
ağırlaşması riski olmadan tətbiq olunur.Çoxsaylı zədələnməsi olan
xəstələrdə aortanın plastikasının aparılma vaxtının düzgün seçilməsi
vacibdir və digər zədələnmələrin də ağırlığı nəzərə alınmaqla
müəyyən ardıcıllığa riayət olunmalıdır.
Məhdud ardıcıl tədqiqatların və müxtəlif kliniki müşahidələrin
nəticələrinə əsasən müəyyən olunmuşdur ki,yaxın zamanlarda
aortanın travmatik cırılmasının müalicəsində müalicə üsulu seçimi
damar daxili cərrahiyyə olacaqdır.Torakotomiyaya, həmçinin heparin
preparatların istifadəsinə ehtiyac olmadığı hallarda aortanın damar
daxili bərpası ağciyərlərin,başın və qarın boşluğunun travmatik
zədələnməsinin ağırlaşma riski olmayan “kəskin” xəstələrdə aparıla
bilər.Damar daxili üsullardan istifadə zamanı paraplegiya riski çox
azdır.Beləliklə,posttravmatik
aorta
anevrizmasının
müalicəsi
məqsədi ilə qısa stent-qraft implantasiyası zamanı paraplegiya riski
çox az olacaq və ya mövcud olmayacaq.
Dostları ilə paylaş: |