105
ÜRƏYİN TRAVMALARI
Travma – yaşı 40-dan az olan kişilərdə ölümün ən çox rast
gəlinən səbəbidir,bunun da 25%-i döş qəfəsinin travması ilə
əlaqədardır. Döş qəfəsinin izoləolunmuş travması ürəyin küt trav-
ması və ya dəlib keçən və dəlib keçməyən zədələnmələr nəticəsində
yaranan bütün ölümcül travmaların 10% səbəbini təşkil edir.Dəlib
keçən zədələnmələrin səbəbi döş qəfəsinə bıçaqla, stiletlə də ola
bilır: güllə yaralanmaları və yatrogen zədələnmələr (əsasən drenaj-
lardan istifadə və punksion biopsiyanın aparılmasında). Yarılmış ya-
ralar nəticəsində daha çox sağ mədəcik zədələnir, güllə yaralanmaları
zamanı isə ürəyin cırılması baş verə bilər.
Ürəyin küt travmalarının ən çox rast gələn səbəbi – avtomobil
qəzalarıdır,belə ki,əyləcin qəflətən basılması zamanı sürücünün döş
qəfəsinin zərbə ilə sükana dəyməsi baş verir. Avromobil qəzaları
70% hallarda bütün döş qəfəsi zədələnmələrinin səbəbidir. Digər
mümkün olan səbəblər: yüksəklikdən yıxılma, idman travması,
zorlama və s.
Döş qəfəsinin küt travmasından sonra ürəyin küt travmasının
(əvvəllər miokardın kontuziyası adlandırılırdı) rastgəlmə tezliyi
8–17% arasında tərəddüd edir.Küt travma nəticəsində ürəyin
106
cırılması 90% -dən də çox hallarda ölümlə nəticələnir və döş
qəfəsinin küt travmasından sonra ölüm səbəbinin 10-30% - i təşkil
edir.
Ürəyin dəlib keçən travması yad cismin dəlməsi nəticəsində
onun strukturunun birbaşa zədələnməsi ilə şərtlənir.Nəticədə
perikardın travması,tac arteriyaların mümkün zədələnməsi və
miokard divarına da keçmə ilə epikardın cırılması baş verə bilər ki,
bu da ürək kameraları boşluğu ilə perikard arasında əlaqənin
yaranmasına səbəb ola bilər.Ürəyin bütün strukturları zədələnə bilər
və bu zaman miokard infarktında,kəskin qapaq çatışmazlığında,ürək
daxili şuntların əmələ gəlməsində və ürəyin keçirici sisteminin
zədələnməsində yaranan spesifik patofizioloji təzahürlər inkişaf
edir.Bununla belə,əksər yarılmış yaralar ürəyin kəskin tamponadası
ilə müşayiət olunur,amma bəzi hallarda plevra boşluğuna sürətlə
artan qanaaxma da inkişaf edə bilir.Beləliklə, yarılmış yaralanmaları
olan xəstələrdə kliniki təzahürlər əsasən ürəyin tamponadasının və ya
hemorragik şokun tipik əlamətləri ilə təzahür olunur.Kliniki olaraq
taxikardiya ilə birgə kəskin arterial hipotenziya və venaların
yapıxması baş verir.Ürəyə keçmə yolunda yad cisim əsasən plevral
boşluğu,daxili döş arteriyasını,ağciyərləri və ağciyər arteriyalarını,
bəzi hallarda isə qarın boşluğu orqanlarını zədələyir.
Ürəyin küt travması ürəyin döş sümüyü və onurğa sütunu
arasında sıxılması,onun döş sümüyünə zərbəsi və ürək boşluğunda
təzyiqin qəflətən artması ilə müşayiət olunur. Bu ürəyin sərbəst
divarının, mədəciklərarası çəpərin, papillyar əzələlərin, atrioventri-
kulyar və ya aortal qapaqların cırılmasına səbəb ola bilir. Bundan
əlavə,digər hallar da: tac arteriyası və ürək boşluğu arasında fistulun
yaranması, tac arteriyasının trombozu ilə birgə onun zədələnməsi,
His dəstəsi ayaqcıqlarının blokadası ilə ürəyin keçirici sistemində
pozğunluqlar,ürəyin dayanması ilə nəticələnən aritmiyalar təsvir
olunmuşdur. Əgər döş qəfəsinin küt travması az təzahür olunursa,bu
subepikardial
qanaxma
və
miokard
qanaxmasının
iltihabi
infiltrasiyaya,həmçinin interstisial ödemə gətirib çıxarır.
Ürəyin tamponadasının diaqnostikasında ümumi qəbul
olunmuş yanaşma transtorakal ExoKQ - nın yerinə yetirilməsi ilə
şərtlənir.Cərrahi baxış diaqnostik yanaşmanın ikinci xəttidir. 2 D –
107
ExoKQ - da həmçinin ürəyin dəlib - keçən yaralanmalarının
diaqnostikasında seçim üsuludur (hemodinamik davamlı xəstələrdə
dəqiqlik – 90%, spesifiklik – 97%, həssaslıq – 90%) .
Asimptomlu xəstələrdə əlamətlərin aşkar edilməsinin nə
dərəcədə vacib olması və bu zaman hansı üsuldan istifadə olunması
aydınlaşdırılmamış qalır.
Hazırda ürəyin küt travması ehtimaı olunan bütün xəstələrə
EKQ, hemodinamik pozğunluğu olan xəstələrə isə ExoKQ təyin
olunur.Ürəyin küt travması və aortanın cırılması arasında differensial
diaqnostikanın aparılması zamanı ExoKQ və KT - dan istifadə
olunur.Normal EKQ -nın olması sonrakı diaqnostik axtarışları
dayandırır, belə ki, müalicə tələb edən küt travmanın inkişaf riski bu
halda o qədər də böyük deyildir.Ürəyin küt travmasının diaqnosti-
kasında və onun ağırlaşmalarının inkişaf ehtimalının öyrənilməsində
digər hər hansı bir instrumental və laborator müayinələrin aparılması
göstəriş deyil.
Miokard
infarktı
xəstələrində
olduğu
kimi,miokardın
kontuziyası zamanı da müalicə üçün eyni yanaşma prinsiplərindən
istifadə olunur.Bir sıra tədqiqatlarla müəyyən olunmuşdur ki, stabil
halda olan travmalı xəstələrdə miokardın kontuziyasının inkişafı
ağırlaşmaların tezliyinin artmasına gətirib çıxarmır və bu da onların
üzərində fasiləsiz nəzarətin olunmasını tələb etmir. Ximenez həm-
karları ilə birlikdə miokardın kontuziyası ehtimal olunan və cərrahi
şöbəyə daxil olan 336 xəstəni prospektiv olaraq 3 qrupa bölmüşlər:
dəyişilməmiş EKQ-i olan; dəyişilmiş EKQ-i olan; döş qəfəsinin və
bədənin digər hissələrinin çoxsaylı zədələnmələrinin inkişafı zamanı
həm dəyişilmiş,həm də dəyişilməmiş EKQ-i olan xəstələr.Qeyri-
invaziv müalicə üsullarının nəticələrinə əsasən dəyişikliklər əsasən
axırıncı qrupda aşkar olunmuşdur,ürək tərəfdən ağırlaşmalar isə 1 və
2 qrupda mövcud olmamışdır.Müəlliflər belə nəticəyə gəlmişlər ki,
cüzi küt travması və cüzi EKQ dəyişiklikləri olan cavan şəxslərdə
ürəyin fəaliyyətinin nəzarət altına alınmasına ehtiyac yoxdur. Belə
xəstələrdə adi bərpaedici tədbirlərlə hərəkət rejimuini genişləndirmək
mümkündür. Onlara antikoaqulyantların, əsasən də trombolitiklərin
təyini əks göstərişdir,belə ki, intramiokardial və intraperikardial
qanaxma güclənə bilər. Qulaqcıqların səyriməsi yaranarsa bir qayda
108
olaraq öz-özünə keçir (mədəciklərin yığılma tezliyini azaltmaq və
sinus ritminini bərpa etmək üçün ürək qlikozidlərindən istifadə oluna
bilər). Döş qəfəsində ağrı analgetiklərlə aradan qaldırılır. QSİƏ
preparatlardan istifadə etmək məsləhət deyil, belə ki, onlar
zədələnmiş miokardın bərpasını ləngidə bilir. Qlükokortikoidlər
yalnız Dressler sindromunun inkişafı zamanı yararlıdır.
Qeyd olunduğu kimi ürəyin küt travmasında miokardın struk-
turunun və funksiyasının hissəvi və tam bərpa olunması baxımından
proqnoz çox əlverişlidir,bununla belə gecikmiş ağırlaşmaların aşkar
edilməsi üçün xəstələr ciddi nəzarət altında olmalıdır (məsələn,
mədəcik aritmiyaları və aortanın cırılması). Daha az rast gəlinən
ağırlaşmalara tac arteriyaların okklüziyası, sağ qulaqcıq və aorta
arasında fistulun əmələ gəlməsi və nəhayət, mədəciklərin
anevrizması aid edilir. Bununla velə ürəyin travması nəticəsində
yaranan miokardın nekrozu ilə ÜİX-i nəticəsində yaranan nekroz
arasında çox oxşarlıq vardır,bu zaman bir sıra əsas məqamları (“açar
fərqləri”) qeyd etmək lazımdır. ÜİX-də əsasən tac arteriyaların
tədricən proqressivləşən və yayılmış obstruktiv aterosklerozu möv-
cud olur. Ürəyin travmatik zədələnməsi olan xəstələrdə tac arteriyada
miokardın zədələnmə nahiyəsinə müvafiq olaraq dəyişilməmiş
olur;xəstələr əsasən gənc olur və ürəyin yanaşı gedən xəstəlikləri
olmur. Beləliklə, ürəyin travması nəticəsində yaranan nekrozda
proqnoz daha əlverişlidir. Ürəyin cırılması olan xəstələrə təxirə-
salınmaz cərrahi müdaxilə göstərişdir. Perikardiosentez aparıla bilər
və damardaxili həcm artırıla bilər, amma əməliyyata hazırlıq uzun
müddət davam etməməlidir. Əksinə olaraq, mədəciklərarası qəfəsin
cırılması olan xəstələrin təxirəsalınmaz əməliyyata ehtiyacı duyul-
mur. Bir sıra belə defektlər qanın soldan sağa cüzi şuntlanması ilə
məhdudlaşır: onlar öz-özünə keçə bilər. Əgər nəticədə ürək çatış-
mazlığı yaranarsa, bu zaman təcili olaraq cərrahi müdaxilə aparmaq
lazımdır.
Ürəyin zədələnməsi cərrahi müalicə üçün göstəriş hesab olun-
mur. Miokardın gecikmiş cırılmasının, qapaqların disfunksiyasını və
anevrizmasının əmələ gəlməsini vaxtında aşkar etmək üçün belə
xəstələr ciddi nəzarət altında saxlanılmalıdır. Atrioventikulyar və
aortal qapaqların cırılması cərrahi müalicə tələb edir,amma əməliy-
109
yatın aparılması üçün vaxtın düzgün seçilməsi onun nəticəsini xeyli
yaxşılaşdıra bilər.Əməliyyatdan əvvəl travmalı xəstənin halını
yaxşılaşdırmaq üçün cəhdlər edilməlidir,bununla belə kəskin sol
mədəcik çatışmazlığında təcili əməliyyat tələb olunur.
Ürəyin dəlib-keçən travmalarından sonra sağalma birbaşa
olaraq xəstənin təxirəsalınmaz yardım şöbəsinə gətirildiyi zaman
ümumi halından asılıdır.Təxirəsalınmaz yardım şöbəsinə çatdırılan
xəstələrin sağalma ehtimalı 80% təşkil edir.Güllə yaralanmaları ilə
daxil olan xəstələrin sağ qalması isə 40% təşkil edir (təxirəsalınmaz
yardım şöbəsinə çatdırılan).
Dostları ilə paylaş: |