94
VİSSERAL QAN DÖVRANIN
XRONİKİ POZULMASI
Visseral qan dövranın xroniki pozulması bəzən “angina
abdominalis” termini kimi işlənir.Bağırsağın və qara ciyərin işemiya-
sının səbəbləri intra - və ekstravazal: ateroskleroz (çöz arteriyası,
yuxarı və aşağı müsariqə arteriyaları) və ya qeyri-spesifik arteriit,
çöz arteriyasının diafraqmanın oraqvari bağında daralması olur.
Qida qəbulundan (xüsusilə çoxlu və yağlı) sonra qarında
ağrıların olması xarakterdir.Ağrıların müddəti 2–2,5 saat çəkir. Ağrı
sindromu, xüsusilə üç arteriyadan ikisinin (çöz kötüyü və yuxarı
müsariqə arteriyası) zədələnməsi zamanı və ya 76% xəstələrdə çöz
kötüyünün zədələnməsində olur.
Bağırsağın disfunksiyası (motor,sekretor,absorbsion funksi-
yası) yuxarı və aşağı müsariqə arteriyaları hövzəsinin qan təchi-
zatının pozulması zamanı əmələ gəlir. Davamsız defekasiya tipikdir
(ishal və qəbislik növbələşir). Xəstə qısa müüddətdə kəskin arıqlayır.
Qarın aortasının auskultasiyasında epiqastral zonada sistolik
küy müəyyən edilir.
Rentgenoloji,qastroduodeno - və kolonoskopik müayinələrdədə
mədə-bağırsaq traktında kobud üzvi dəyişikliklər tapılmır.
Koproloji müayinədə çoxlu miqdarda selik,neytral yağ və həll
olmayan əzələ lifiəri aşkarlanır.Qanda disproteinemiya (albuminlərin
azalması və qlobulinlərin artması) olur.Son diaqnoz dupleks
skannerləşmə və ya angioqrafiya müayinəsi ilə qarın aortası və onun
şaxələrinin zədələnməsini aşkarlamaq üçün xüsusilə, 2 proyeksiyada
( yan proyeksiya daha vacibdir ) qoyulur.
Simptomatik maddələr (pəhriz, spazmolitiklər, ferment prepa-
ratları) təyin edilir. Magistral arteriyaların angioqrafik stenozunda cər-
rahiyyə əməliyyatı aparılır. Aşağıdakı əməliyyat növləri: protezləşmə,
endarterektomiya,çöz kökünün dekompressiyası həyata keçirilir.
Pasiyentlərin 90%-də cərrahiyyə əməliyyatlarının nəticələri yaxşıdır.
Proqnoz qeyri-qənaətbəxş olur,çox vaxt magistral arteriyaların
daralma zonasında kəskin tromboz baş verir və nəticədə mezenterial
keçməməzlik və bağırsaq qanqrenası əmələ gəlir.
|