Aorta qövsü anomaliyaları fərqli embrioloji etiologiyalardan
kök alır. Bu anomaliyalar içərisində aortanın koarktasiyası, vaskulyar
xəstəliklər və aorta-pulmonar pəncərə daha çox müşahidə edilir.
Aortanın koarktasiyası distal aorta qövsü ilə abdominal aorta
bifurkasiyasına qədər hər hansı bir sahədə hemodinamik olaraq vacib
təzyiq gradienti ilə bərabər olan, aortanın anadangəlmə darlığıdır.
98% hallarda sol körpücükaltı arteriya ilə duktus arteriozus və ya
liqamentum arteriozum arasında lokalizasiya olunur. Demək olar ki,
hər bu kimi xəstələrdə ventrikulyar septal defekti aşkar edilir.