Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   45
Əlamətlər 
Göstəricilər 
Kişi və qadın nisbəti 
3 : 1 
Orta yaş 
 65 yaş 
Simptomlar
 
 Qızdırma 
70 % 
 Ağrı: 
 
 Beldə və döşdə 
60 % 
 Qarında 
 20 % 
Sıxılma simptomları 
 
Anevrizmanın inkişafı 
 
Ürək tərəfdən meyllənmə 
 
Distal embolizasiya ilə aortanın trombozu 
 
Aortanın laylanması 
 
 
Qanın  bakterioloji  müayinəsi  infeksiyanın  inkişafı  məsələsinin 
həllində  böyük  əhəmiyyət  kəsb  edir.  Onlara  cərrahi  və  ya  damar 
daxili  müalicə  ərəfəsində  və  tam  səmərəli  antibiotikoterapiyanın 


83 
 
seçilməsində  mikrobioloji  diaqnostikanın  yeganə  üsulu  kimi  baxılır. 
Qanın  bakterioloji  müayinəsinin aparılması zamanı 50-90% hallarda 
müsbət  nəticələr  alınır.  Yəqin  ki,  bu  qismən  qanın  bakterioloji 
müayinəsində  materialın  götürülməsinə  qədər  olan  dövrdə  xəstələrə 
antibiotiklərin  təyini  ilə  əlaqədardır.Bununla  belə,aortanın  diaqnozu 
bir  qayda  olaraq  kliniki  şəklə  və  şüa  diaqnostikasının  nəticələrinə 
(aortada  dəyişikliklər)  əsasən  qoyulur,əsas  laborator  analizlərin 
nəticələrini  də  bilmək  vacibdir.  Kəskin  baza  zülallarının  (C-reaktiv 
zülal,  fibrinogen  səviyyəsinin,eritrositlərin  çökmə  sürətinin)  artması 
mümkündür ki, bu da iltihabi prosesin olduğunu göstərir.  
Əlavə  laborator  müayinələr  xəstələrin  müayinəsinin  tamam-
lanması və differensial diaqnostikanın aparılması zamanı göstərişdir.  
 Döş  qəfəsinin  adi  rentgenoqrafiyasında  divararalığında  olan 
müxtəlif ölçülü kölgəliklərin olmasına əsasən aortanın anevrizmasını 
təyin  etmək  olar.Aortitin  diaqnostikasında  damarın  mənfəzindəki 
dəyişiklikləri (əsas şaxələrin anevrizması və ya stenozu) aşkar etmək 
üçün  tətbiq  olunan  angioqrafiya  “  qızıl  standart  ”  hesab  olunur 
lakin,o,erkən  mərhələdə  divar  daxili  dəyişiklikləri  aşkar  etmək  üçün 
faydalı deyil.Hazırki dövrdə müasir tomoqrafik müayinə üsullarından 
istifadəyə  daha  üstünlük  verilir,  belə  ki,onlar  damar  divarındakı 
erkən  dəyişiklikləri  aşkar  etməyə  və  qiymətləndirməyə  imkan  verir. 
Vena  daxili  kontrastlaşdırma  ilə  aparılan  MRT-ı  və  ya  qida  borusu 
daxili  ExoKQ-ı  tipik  əlamətləri  aşkar  etməyə  (aorta  divarının 
qalınlaşması,həmçinin  aortanın  əsas  şaxəsinin  stenozunun  olması  və 
ya  olmaması,  periaortal  nahiyənin  kontrastlaşmasının  davamlı 
olmayan  güclənməsi,  aortanın  genişlənməsi  və  aortanın  daimi 
olmayan  anevrizmalarının  inkişafı)  imkan  verir.  Qanın,  mayenin, 
qazın  periaortal  toplanması  və  ya  fəqərələrin  osteomieliti  infeksion 
aortit  ehtimalını  artırır.  Bu  üsuldan  həmçinin  əməliyyatdan  sonrakı 
dövrdə  xəstələrin  müşahidəsi  zamanı  istifadə  olunur,  belə  ki,  MRT-
nin  və  KT-nin  nəticələrinə  əsasən  müalicənin  başlanmasından  sonra 
divarın  qalınlığının  azalması  haqqında  mühakimə  yürütmək 
olur.Blüdezoksiqlükozanın  [F
18
]  tətbiqi  ilə  aparılan  PET  vasitəsilə 
aortada iltihabi dəyişiklikləri aşkar etmək mümkündür.  
 Proqnoz infeksiyanın kəskinləşməsi, həmçinin onunla spesifik 
ağırlaşmaların  assosiasiya  olunmasından  asılıdır.  Xəstəliyin  ağırlığı 


84 
 
anevrizmanın  cırılma  riski  ilə  şərtlənir.  Heç  bir  müalicə  olmadan 
anevrizma  böyüyür,  təcili  əməliyyatın  aparılmasından  imtina 
olunduqda  isə  anevrizmanın  ölümlə  nəticələnən  cırılması  baş  verir. 
Aortitin  diaqnozunun  qoyulmasından  sonra  medikamentoz  müalicə 
xəstəliyin  ilkin  səbəbindən  asılı  olur.  İnfeksiya  mənşəli  aortitlərin 
təsadüf  olunan  hallarında  diaqnozun  tez  bir  zamanda  qoyulması, 
antibiotik terapiyası və damar cərrahının konsultasiyası tələb olunur. 
İnfeksion  aortitin  ehtimal  olunduğu  hallarda  ilk  başlanğıc  müalicə 
geniş  təsir  spektirli  antibiotiklərin  vena  daxilinə  yeridilməsi  ilə 
aparılır.  Sifilitik  aortitdə  10-20  mln  TV  dozada  benzilpenisillinlə 
aparılan  antibiotik  terapiyadan  istifadə  olunur,bununla  belə 
kontrollaşdırılmış  kliniki  təcrübələr  onun  effektivliyini  sübut  etmir. 
İnfeksion  qeyri-sifilitik  aortitin  səmərəli  müalicəsi  xəstəliyin  erkən 
mərhələsində  cərrahi  müdaxilə  və  əlavə  olaraq  antibiotiklərin, 
göbələk  əleyhinə  preparatların  uzun  müddətli  yeridilməsini  tələb 
edir.İnfeksion  anevrizmalarda  yalnız  antimikrob  müalicənin  təyin 
olunması  zamanı  letallıq  90%  təşkil  edir  ki,bu  da  anevrizmanın 
tədricən  böyüməsi  və  cırılması  ilə  əlaqədardır.  Erkən  mərhələdə 
cərrahi  müdaxilə  (infeksiyalaşmış  aortanın  rezeksiyası  və  ekstra-
anatomik  şuntlama)  xəstələrin  sağ  qalma  ehtimalını  əhəmiyyətli 
dərəcədə artırır. Cərrahiyyə əməliyyatından sonra bakterisid antibio-
tiklərlə müalicə əsasən 6 həftədən az olmamaq şərtilə davam etdirilir.  
Qeyri-infeksiya  mənşəli  aortitli  xəstələrin  müalicəsinin  əsasını 
qlükokortikoidlər  təşkil  edir,bununla  belə  əksər  xəstələrə  əlavə 
olaraq immunosupressor preparatların (siklofosfamid, metotreksat və 
ya  mikofenolat  mofetil)  təyini  tələb  olunur.Fəal  artritli  xəstələrə 
gündəlik  olaraq  hər  kq  çəkiyə  1mq  dozada  (sutkada  60mq-dan  çox 
olmamaq  şərtilə)  1-3ay  ərzində  prednizolon  yeritmək  tələb 
olunur.Arteriyanın  stenozunun  proqressivləşməsinin  qarşısını  almaq 
üçün  kiçik  dozada  prednizolonun  uzun  müddətli  istifadəsi  məsləhət 
görülür.Yeni,  az  invaziv  üsul  kimi  stent-qraftın  tətbiqi  ilə  aparılan 
damar  daxili  şuntlama  təklif  olunur.  Aortitlərdə  arterial  stenozla 
əlaqədar  olaraq  revaskulyarizasiya  üçün  ballon  angioplastika  stend-
ləşdirmə və şuntlama əməliyyatı aparmaq olar. Qeyri-infeksion aortit 
nəticəsində  aortanın  anevrizmasının  böyüməsi  hallarında  radikal 
cərrahi rezeksiya göstərişdir.  


85 
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin