91
Ultrasəs
doppleroqrafiya
kompression
sınaqla
yüksək
dəqiqliklə daxili və ya ümumi yuxu arteriyası hövzəsində stenozu və
ya okklüziyanı aşkarlamağa imkan verir.
Transkranial
doppleroqrafiya
intrakranial
qan
axınının
pozulmasını fiksasiya edir.
Baş beyinin komputer tomoqrafiyanın köməkliyi ilə,hətta
xəstələrdə kliniki əlamətlər olmadığı halda belə,baş beyində olan
kistanı aşkarlamaq mümkündür.
Nüvə-maqnit rezonans arteriyanın stenozunu və baş beyinin
vəziyyətini öyrənməyə imkan verir.
Aortanın arterioqrafiyası həmişə aparılmır: planlaşdırılmış
operativ əməliyyatlarda,xüsusilə aorta qövsü şaxələrinin çoxlu
zədələnməsində göstəriş sayılır.
Cərrahiyyə əməliyyatına göstərişləri aşağıdakıları hesab etmək
olar: arteriyanın stenozunun 80%-dən çox olması (hətta simptomsuz
gedişdə olarsa da), heterogen, yuxu arteriyası bifurkasiyasının
müxtəlif dərəcədə stenozlarında embol yaranması təhlükəsi ola bilən
piləklər, beyin-damar çatışmazlığının II-IV dərəcəsi zamanı, ver-
tebrobazilyar çatışmazlıqda oğurlama sindromu və ya onurğa arte-
riyası dəliyinin stenozu.
Cərrahi əməliyyatın variantları: ümumi anesteziya altında yuxu
arteriyası bifurkasiyasında stenozlaşan piləyin kənarlaşdırılması;
vertebro-bazilyar çatışmazlığı və yuxarı ətrafların işemiyasını aradan
götürmək üçün körpücükaltı arteriya hövzəsində qan axınını bərpa
etmək; aorta qövsü şaxələrinin çoxlu zədələnmələrində aorta karotid
- körpücükaltı şuntların qoyulması. Hazırda dəridən keçmək şərti ilə
braxiosefal kötük və körpücükaltı arteriyaların stenozunda dilatasiya
olunur.Çox hallarda cərrahiyyə əməliyyatları xüsusilə,kritik stenozlu
xəstələrdə,simptomsuz keçən və ya baş beyinin tranzitor işemi-
yasında konservativ müalicəyə nisbətən daha əhəmiyyətli hesab
olunur.
Dostları ilə paylaş: