Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
 
 
 


79 
 
Cədvəl 6. 
 Aortitin etiologiyası 
Qeyri infeksiyalı aortit 
 İri damarların vaskuliti.  
 Qiqanthüceyrəli arteriit.  
 Takayasu xəstəliyi.  
 Revmatoid artrit.  
 Sistem qırmızı qurdeşənəyi.  
 Spondiloartrit - B
27 
kompleks histiouyğunluğu olan antigenin 
mövcudluğuzamanı.  
 Antineytrofil sitoplazmatik autoantitellərlə əlaqəli vaskulitlər.  
 Vegener qranulomatozu.  
 Çerc –Stross sindromu 
 Kavasaki xəstəliyi 
 Behçet xəstəliyi 
 Sarkoidoz 
 Krioqlobulinemiya 
 Şönleyn - Henox purpuru 
 Qudpasçer sindromu 
İnfeksion qeyri - sifilitik aortit 
 Qrammüsbət (60%) 
 Staphlococcus aureus (30–50%) 
 Streptococcus növü (20%) 
 Qrammənfi (20-40%) 
 Salmonella növü 
 İnfeksion sifilitik aortit.  
Staphylococcus aureus-qram  müsbət infeksiyaların ən çox rast 
gələn  səbəbidir:streptokokk  infeksiyası  ilə  əlaqədar  olan  aortitlər  də 
mümkündür.  Bundan  əlavə  ədəbiyyatda  qram  mənfi  bakteriyalar 
tərəfindən  törədilən  (salmonella  və  Proteus,  həmçinin  Escherichia 
coli)  aortit  halları  da  qeydə  alınmışdır.Az  hallarda  xəstəliyi 


80 
 
mikobakteriyalar və göbələklər, əsasən də Candida, Cryptococcus və 
Aspergillus törədə bilər.  
Autoimmun  pozğunluqlar  vasa  vasorum-un  əhəmiyyətli 
dərəcədə  zədələnməsini  yaradır  və  medianın  qan  təchizatını  azalda 
bilir.Aortanın  zədələnməsi  ilə  müşayiət  olunan  xəstəliklər  kifayət 
qədər çox saylıdır.Onlara zərdab xəstəliyi,krioqlobulinemiya, system 
qırmızı  qurdeşənəyi,revmatoid  artrit,residivləşən  polixondrit,Behçet 
xəstəliyi,Şönleyn-Henox  purpuru,həmçinin  postinfeksion  və  ya 
dərman maddələri ilə əlaqədar yaranan immunokompleks xəstəlikləri 
aid  edirlər.Bundan  əlavə  antineytrofil  sitoplazmatik  autoantitellərlə 
əlaqədar yaranan kiçik damarların vaskulitləri də yaranır.Sonuncular 
(antineytrofil  sitoplazmatik  autoantitellər)  iri  damarları  da  zədələyə 
bilər  ki,bu  da  Vegener  qranulomatozunda,mikroskopik  poliangiitdə 
və  Çerc-Stross  sindromunda  meydana  çıxır.Buna  uyğun  (oxşar) 
dəyişikliklərin yaranmasında həmçinin digər antitellər də yumaqcığın 
bazal membranına qarşı antitellər (Qudpasçer sindromu) və endotelə 
qarşı  antitellər  (Kavasaki  xəstəliyi)  iştirak  edə  bilir.Transplantatın 
kənarlaşdırılması,bağırsağın  iltihabi  xəstəlikləri  və  paraneoplastik 
vaskulitlər  də  iri  damarların  zədələnməsi  ilə  müşayiət  olunması 
mümkündür.  
Takayasu  arteriitində  və  giqant  hüceyrəli  arteriitdə  (gicgah 
arteriiti,  qranulomatoz  arteriit)  aortitin  səbəbi  məlum  deyil.Belə 
ehtimal  olunur  ki,onlar  ikisi  də  hüceyrə-vasitəli  autoimmun 
proseslərdə buraxılmış antigenlərlə əlaqəlidir.  
Takayasu  artеriiti-iri  damarların  xroniki  iltihabi  xəstəliyi 
olub,əsasən döş aortası və onun şaxələrinin zədələnməsi ilə müşayiət 
olunur,bununla  belə  damar  sisteminin  digər  nahiyələrində  də 
meydana  çıxır.  Giqant  hüceyrəli  arteriitdə  adətən  orta  ölçülü 
ekstrakranial  arteriyalar  zədələnir,amma  10-15%  xəstələrdə  aortada 
da  dəyişikliklər  yarana  bilir.Giqant  hüceyrəli  arteriit  və  Takayasu 
arteriiti  mediya,  adventisiya  və  aortanın  vasa  vasorum-na  iltihab 
hüceyrələrinin  (limfositlər,makrofaqlar  və  giqant  çox  nüvəli 
hüceyrələr)  infiltrasiyası  ilə  əlaqədardır.Vaxt  keçdikcə  aorta  divarı 
mediyasının  çapıqlaşması  və  elastik  membranın  pozğunluqları  baş 
verir.  


81 
 
Histoloji  nöqteyi-nəzərdən  aortit  aorta  divarının,həmçinin 
fibroplastların nekrozu və aorta divarının fibrozunun inkişafı nəticəsində 
baş verir.Sifilitik aortitdə Greponema palladium vasa vasarum-a keçərək 
iltihabi dəyişikliklər (limfositar və plazmositar perivaskulyar infiltratlar) 
yaradır  ki,bu  da  obliterizəedici  endoarteritin  inkişafı,adventisiyanın 
çapıqlaşması,medianın  ocaqlı  nekrozu,həmçinin  elastiki  liflərin 
zədələnməsi  ilə  müşayiət  olunur.Aorta  divarında  olan  iltihabi 
dəyişikliklər divarın möhkəmliyini ocaqlı (məhdud) şəkildə zəiflədir və 
bu da sonradan anevrizmanın əmələ gəlməsinə qədər onun genişlənməsi 
ilə  nəticələnir.Ürək-damar  sitemi  xəstəliklərinə  klinki  əhəmiyyətli  cəlb 
olunan  uzun  müddət  davam  edən  və  müalicə  olunmayan  xəstələrin 
təxminən  10%  -  də  meydana  çıxır.  10  ildən  artıq  sifilisi  olan                        
və  müalicə  olunmayan  xəstələrin  yarısında  autopsiya  vasitəsilə             
təyin  olunmuş  ürək-damar  sisteminin  zədələnməsi  əlamətləri  mövcud 
olur.  
Göbələk  anevrizmaları  əksər  hallarda  sürətli  genişlənmə  ilə 
müşayiət  olunur.Bundan  əlavə  aortit  aorta  divarının  fibroz 
qalınlaşmasını yaradır ki,bunun da nəticəsi olaraq arteriyanın xroniki 
okkluziyasına qədər inkişaf edən aortanın əsas şaxələrinin daralması 
baş verir.  
Aortitin kliniki diaqnostikası  çətindir,belə ki,onun simptomları 
qeyri-spesifikdir.  Onlara  yorğunluq,  əzginlik,  oynaqlarda  ağrı,  sub-
febril bədən hərarəti, həmçinin qan zərdabında iltihab göstəricilərinin 
səviyyəsinin  yüksəlməsi  aiddir.  Ən  çox  yayılmış  simptom 
qızdırmanın (70%) olmasıdır.  
Çox hallarda ağrılar çiyində,beldə və ya döşdə (60%), nisbətən 
az  hallarda  (20%)  qarında  olur.Aortitin  əsas  simptomu  karotodiniya 
olur ki,bu da damarların iltihabı nəticəsində meydana çıxır və boyun 
nayihəsində  ağrılı  hissiyat  şəklində  təzahür  olunur.  Əsas  arteriya 
şaxələrinin  iltihabi  stenozu  nəticəsində  yaranan  bu  simptomlar  daha 
spesifik  kliniki  əlamətlərlə  müşayiət  oluna  bilər  ki,bunlara  da 
periferik  nəbzin  zəifləməsi  və  ya  itməsi,görmənin  pozulması, 
nevroloji  pozğunluqlar,  işemik  qanqrenaya  qədər  inkişaf  edən 
axsama,tac  arteriyaların  patoloji  prosesə  qoşulması  hallarında 
miokard  infarktına  qədər  inkişaf  edən  stenokardiya  aiddir.Aortitlə 
şərtlənən qalxan aortanın anevrizması aorta üzərində diastolik küyün 


82 
 
eşidilməsi  və  aorta  qapağınin  çatışmazlığı  zamanı  ürək  çatışmazlığı 
əlamətlərinin meydana çıxması ilə təzahür oluna bilir.  
İnfeksiyanın  kliniki  əlamətlərinin  qoşulması  (qızdırma,  qanda 
iltihab göstəricilərinin səviyyəsinin artması),əvvəllər olmayan küyün 
meydana çıxması,  həmçinin çox saylı işemik pozğunluqlar infeksion 
endokarditi  xatırlada  bilər.Sifilitik  və  göbələk  mənşəli  anevrizmalar 
müalicəyə çətin tabe olur və sürətlə proqressivləşir (cədvəl 7.) .  
Həkim  baxışı  zamanı  xəstənin  yorğun  görüntüsü  olur  və 
subfebril  qızdırmadan  şikayətlənir.Arterial  təzyiqin  aşağı  olması  və 
ya  sağ  və  sol  qolda  təzyiqlər  fərqinin  olması  (10  mm  c.  süt.  -  dan 
artıq) damarların okklüziyasını ehtimal etməyə imkan verir.  
İstənilən  ətraflarda  nəbz  azalmış  ola  bilər.Yuxu  arteriyasında, 
qarın  aortasında,hətta  körpücükaltı  və  kürək  arteriyalarında  küy 
eşidilir.Klinki  şəklə  görə  aortitin  diaqnozunun  qoyulması  zamanı 
şübhənin yarandığı hallarda şüa müayinəsi aparılır.  
 
Cədvəl 7. 
Aortitin kliniki xüsusiyyətləri 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin