70
Ehlers - Danlos sindromlu xəstələrdə prokollageni kollagenə
çevirən fermentdə biokimyəvi pozulma və genlə bağlı problem
olduğu aşkarlanmışdır.Bu sindrom üçün aortanın divarında kollagen
və elastinin azalması və medianın daralması xarakterikdir.İnternal
elastik lamina qırılaraq parçalanmağa başlayır.Aortanın prosesə cəlb
olunması nəticəsində aorta diseksiyası, spontan olaraq aortanın
cırılması,arteriovenoz fistul və çox sayda anevrizmalar meydana
gəlir.Ehlers-Danlos sindromlu qadın xəstələrin bəziləri Marfan
sindromuna bənzəyirlər,onlar hamiləliyin 3-cü trimestirndə və ya
doğuş ərəfəsində diseksiya və ya aortanın cırılması təhlükəsi ilə üz-
üzə qalmış olurlar.Bu səbəbdən hamilə qadınlar 3-cü trimestirdən və
ya kesəriyyə əməliyyatından əvvəl bir kardioloji müayinədən keşməli
və
valvulyar,
yaxud
aorta
leziyonu
baxımından
müalicə
edilməlidirlər.
Bu tip xəstələrdə aorta anevrizmaları Marfan sindromunda
olduğu kimi müalicə edilməlidirlər. Belə xəstələrdə cərrahi
əməliyyatlar zamanı hemostaza nəzarət çox vacibdir.Ədəbiyyatlarda
çox da uğurlu olmayan nəticələrə baxmayarq,bu tip xəstələrin
müalicəsində cərrahiyyə əməliyyatı yeganə üsul hesab olunur.
Dostları ilə paylaş: