68
Marfan sindromlu xəstələrdə aorta diseksiyası hər hansı bir
zamanda ortaya çıxa bilər.Aorta diseksiyası meydana çıxma riski ailə
anamnezi pozitiv olan xəstələrdə daha çoxdur.Marfanlı xəstələrin bir
xüsusiyyəti də diseksiyanın ağrısız olaraq meydana çıxmasıdır.
Minor
kriteriyalar-miopiya,retinal
ayrılma,yağlı
kornea,
katarakta, kəskin subkostal dar sinə,dəridə gərilmə əlamətləri,genu
valgus,inguinal herni,muskulyar hipotoniya,peptik yara,aritmiya, sol
mədəciyin diastolik disfunksiyası,kardial miopatiya, qanaxma
diatezi, obsesiv-kompulsiv davranış pozğunluqları, hiperaktivlik,
pulmonar disfunksiya, spontan pnemotoraks, oynaqlarda çıxıqlar
olaraq bölünmüşdür.
Marfan sindromu diaqnozunu qoyarkən fizikal müayinə olaraq
oftalmik müayinə,exokardioqrafiya,kontrastlı torakal və abdominal
tomoqrafiya çəkilir.Aritmiya və ortopedik problemləri olan
xəstələrdə əlavə müayinə metodlarına gərək ola bilər.Ailə üzvləri
diqqətli bir şəkildə genetiklər tərəfindən araşdırılmalıdırlar. Xəstələr
mitral qapaq xəstəliyi,aorta qapaq xəstəliyi, aorta diseksiyası,
anevrizmanın yayılması,pulmonar funksiyalar və qanaxma diatezi
baxımından araşdırılmalıdır.Xəstəliyin fenotipik olaraq yüngül klinik
göstərən formalarında zamanla klinik vəziyyət ağırlaşa biləcəyindən
xəstəlrəin ən azı ildə bir dəfə təqibi lazımdır.
Müalicə edilməyən Marfan sindromlu xəstələrin orta ömür
müddəti 32 yaş təşkil edir.Bu səbəbdən Marfan sindromunda erkən
cərrahi müalicənin vacibliyi əhəmiyyətlidir.Ədəbiyyatda 70 yaşında
Marfanlı xəstələr olduğu bildirilir və bunlarda elastik toxuma
anormallıqlarının tipi önəmli rol oynadığı aşkar olmuşdur.
Ədəbiyyatda Marfan sindromu diaqnozu qoyulmuş ailə üzvləri
arasında diseksiya sıxlığının artdığı bildirildiyindən, Marfanlı ailə
üzvlərinin qalxan aorta dilatasiyası varlığında erkən cərrahiyyə
məsləhət bilinir.Diseksiya,xüsusilə qalxan aortanı tutmuşdursa təcili
medikal olaraq medikal müalicəyə cavab verməzsə cərrahi müalicə
tətbiq olunur.
Dostları ilə paylaş: