63
Marfan sindromlu xəstələrdə və xronik laylanan anevrizmanın
bütün variantlarında aortanın təkrari şüa tədqiqi- uzunmüddətli
müşahidənin əsas tərkib hissəsidir (cərrahi müdaxilədən əvvəl və
sonra,yaxud stent-qraftın implantasiyasından sonra). Əvvəlki tövsiy-
yələrlə razılaşmaqla, müayinələr evə yazıldıqdan sonra 1, 3, 6 və 12 -
ci aylarda, sonra isə hər il aparılmalıdır. Bu cür aktiv yanaşma onunla
əlaqədardır ki,arterial hipertenziya və aortanın laylanması, defektin
yayılması tez-tez rast gəlinir və stasionardan evə yazılmadan sonrakı
ilk aylarda onların inkişafı barədə fikir söyləmək çətindir. Marfan
sindromu zamanı cərrahi müalicə üçün göstəriş-qalxan aortanın
diametrinin 4,5–5,0 sm-ə qədər uzanması və genişlənməsidir. Marfan
sindromu olmayan xəstələrdə cərrahi müdaxilə üçün göstəriş onun
diametrinin 5,5-6,0 sm,həmçinin aortanın distal hissəsinin 6,0 sm-ə
qədər genişlənməsidir.Qalxan aortanın anevrizmasının diametri 5,0
sm olması, Marfan sindromlu gənc xəstələrdə təxirəsalınmaz
əməliyyata göstəriş ola bilər.
Dostları ilə paylaş: