Piləklərin cırılması (xoralanması)
Aortada yerləşmiş aterosklerotik piləklərin xoralanması aor-
tanın laylanan anevrizmasına yaxud, aortanın perforasiyasına gətirib
çıxara bilər. Aortanın xoralanmasının qeyri-invaziv diaqnostikası,
skannerləşən tomoqrafiyanın tətbiqindən sonra daha mükəmməl üsul
oldu və baş verən pozğunluğun patogenezi və etiologiyasını öyrən-
məyə şərait yaratdı. Aortanın xorası əsasən enən və qarın aortasında
baş verir,intimaya nüfuz edir, qonşuluqdakı hematoma ilə əmzik
formasına malik olur. Cırılmanın daha yüksək riski dərin eroziya
əalmətləri və yaxud, kliniki simptomların meydana çıxması ilə
müşayiət olunan xoralar üçün səciyyəvidir.
Kəskin aortal sindrom və xüsusilə, laylanan anevrizmanın müali-
cəsi zamanı uğurun əsası-klinikanın müəyyənləşməsi, diaqnozun düz-
gün qoyulması və müalicənin həyata keçirilməsidir. Aortanın kəskin
laylanmasını kəskin koronar sindrom, ağ ciyər arteriyasının emboliyası,
pnevmotoraks, pnevmoniya, sümük-əzələ ağrıları, kəskin xolesistit, qida
borusunun spazmı yaxud cırılması, kəskin pankreatit və perikarditlə
differensiasiya etmək lazımdır. Laylanmanın tipik əlaməti-kəskin olaraq
döş sümüyünə yaxud kürəyə küt, irradiasiya edən yaxud miqrasiyaedici
xarakterli ağrılardır. O, kəskin, kəsici, nüfuzedici yaxud bıçaq zərbəsini
xatırladan xarakterdə olur. Lakin,bu zaman daha spesifik əlamət kimi
ağrıların qəflətən meydana çıxmasını hesab edirlər. Laylanan anevriz-
manın Beynəlxalq registrin məlumatına əsasən, 464 xəstədə ağrı 95%
hallarda baş vermişdir. Qeyd etmək lazımdır ki, bu ağrılar xəstələrin
85%-də qəflətən meydana çıxmışdır. Xəstələrin 64%-də kəskin ağrılar,
51% -də isə klassik kəsici yaxud nüfuzedici xarakterdə ağrılar baş
50
vermişdir.Xəstələrdə ağrılar daha çox döş sümüyündə (73%), xüsusilə
öndə,nəinki arxada qeyd olunur (müvafiq olaraq 61% və 36%). Kürəkdə
ağrılar 53%, qarında isə 30% hallarda baş vermişdir. Ağrının kürək,
qarın, bud və aşağı ətraflara yayılması laylanmanın distal istiqamətdə
yayılmasını göstərir. Uzun müddət mövcud olan arterial hipertenziya
çox zaman laylanmayla yanaşı olur (birləşdirici toxumanın xəstəlikləri-
nin olmaması hallarında). Aortanın kəskin laylanan anevrizmasının
kliniki təzahürü çox zaman aortanın yan şaxələrinin obstruksiyası nəti-
cəsində ayrı-ayrı orqanların qan təchizatınınn pozulması ilə özünü
göstərir.Aortanın laylanan anevrizması olan xəstələrin üçdə birindən
çox hallarda patoloji prosesə müxtəlif orqanların cəlb edilməsi ilə əla-
qədar təzahürlər meydana çıxır.Aortanın proksimal laylanmasınını 18–
50% hallarında aorta qapaqlarının çatışmazlığı baş vermişdir.Aortanın
laylanan anevrizması olan xəstələr arasında ölümün səbəbinin ( aortanın
cırılmasından sonra ) rastgəlmə tezliyinə aorta qapağının kəskin və ağır
çatışmazlığıdır (aortanın cırılmasından sonra ikinci ).Bu halda xəstələr-
də adətən kəskin ürək çatışmazlığı və kardiogen şok inkişaf edir. Aor-
tanın laylanan anevrizması zamanı aorta qapağının çatışmazlığı,aortanın
həlqəsinin və kökünün genişlənməsi, həlqənin ya da qapaq taylarının
dağılması, taylardan birinin qapağının bağlanma xəttindən aşağıya
sürüşməsi, tayların fiksasiya aparatının itməsi və intima dilimi ilə aorta
qapağının bağlanmasına fiziki əks təsirin göstərilməsi nəticəsində baş
verir. Baxmayaraq ki, əksər xəstələrdə qəbul zamanı AT-in səviyyəsi
yüksək olur, 25% hallarda sistolik AT-in 100 mm c. süt. -dan aşağı
enməsi baş verir. Laylanan anevrizmalı xəstələrdə arterial hipotenziya
və şok, bir qayda olaraq kəskin və ağır aortal çatışmazlıq, aortanın cırıl-
ması, ürək tamponadası yaxud sol mədəciyin sistolik disfunksiyası ilə
əlaqədar inkişaf edir. Simmetrik periferik arteriyalarda nəbz fərqinin
olması – aorta laylanmasının spesifik fizikal əlamətidir, xəstələrin 38%-
də aşkar edilir. Qəbul olunan xəstələrin hər beş nəfərindən birində bayıl-
ma (ürək tamponadası nəticəsində) nəzərə çarpan arterial hipotenziya,
yuxu arteriyalarının obstruksiyası baş verir. Serebrovaskulyar təzahür-
lər, ətrafların işemiyası,həmçinin arteriyalarda nəbzin zəifləməsi, adətən
laylanma sahəsinə aorta şaxəsinin mənfəzinin cəlb edilməsi yaxud, ya-
lançı mənfəzin genişlənməsi ilə aortanın həqiqi mənfəzinin obliterasiya-
sı ilə əlaqədardır. Böyük sayda qabırğaarası cüt arteriyaların qan cərəya-
51
nının pozulması əgər baş verərsə, paraplegiya baş verə bilər. Cədvəl 4
və cədvəl 5.
Dostları ilə paylaş: |