Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
 
 
 


46 
 
Qarın aortasının infrarenal anevrizması  
və laylanan anevrizması 
 
 
 
Nəsil  davamçılarının  diqqətlə  tədqiqi  çox  zaman  həm  qarın 
aortasının  zədələnməsi,  həm  də  aortanın  proksimal  sahələrinin 
xəstəliklərinin, həmçinin Marfan və Ehlers - Danlos sindromuna xas 
digər  təzahürlərin  aşkar  edilməsinə  imkan  verir.  Qarın  aortasının 
infrarenal  şöbəsinin  anevrizmasının  ailəvi  formasının  (döş  aortası 
anevrizması  və  laylanması)  abdominal  laylanma  ilə  diferensial 
diaqnozu  çətindir.  Nəzərə  almaq  lazımdır  ki,  COL  3  A  1  genində 
yalnız  bir  mutasiya  məlumdur.  Oxşar  patogenetik  proseslər  aortanın 
koarktasiyası və ikitaylı aorta qapağı zamanı da təsvir edilmişdir.  
Aortanın  laylanan anevrizması,əlamətlərin  meydana çıxmasından 
2  həftə  sonra  aşkar  edilibsə,  kəskin  sayılır  (erkən  dövrdə  yüksək 
ölüm).Xəstələrin  müalicəsiz  2  həftə  ərzində  sağ  qaldıqları  hallarda 
yarımkəskin  8  həftə  çəkir  və  daha  çox  müddət  davam  edərsə  xroniki 
formaya  aid  edilir.Aortanın  laylanması  olan  xəstələrin  1/3-i  xroniki 


47 
 
forma  əldə  edir.  Aortanın  laylanan  anevrizması  əlavə  olaraq,  Stenford 
və De Beyki təsnifatına əsasən onların anatomik yerləşməsinə müvafiq 
olaraq  qruplara  ayırırlar.  Əsas  fərq  ondan  ibarət  olur  ki,  laylanma 
proksimal  (aorta  kökü  yaxud,  qalxan  aortanın  cəlb  olunması)  yaxud, 
distal  (sol  körpücükaltı  arteriyadan  aşağı)  hesab  edilir.Stenfordun 
laylanan  anevrizması  təsnifatında  A  tip  və  B  tip  ayırd  edilir.  A  tip 
aortanın  cəlb  edilməsi  ilə,B  tip  isə  cəlb  edilməməsi  ilə  xarakterizə 
edilir.De  Beyki  təsnifatına  əsasən  laylanmanın  I  tipi  özündə  bütün 
aortanın  cəlb  olunmasının,II  tip  isə  yalnız  qalxan  aortanı  və  III  tip 
qalxan aorta və aorta qövsünü əks etdirir.Son illər alınan məlumatlarda 
aortanın  tipik  laylanmasına  gətirib  çıxaran  zədələnmənin  –  məhz 
intramural  hematoma,  aortanın  dəlib  keçən  xorası  və  intimanın 
cırılmasının qeyd olunmasının vacibliyi qeyd edilir.  

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin