Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Döş aortasının laylanan anevrizması



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
 
Döş aortasının laylanan anevrizması 
 
 
Aortanın  laylanan  anevrizması  arterial  təzyiqin  yüksəlməsi 
zamanı  aortanın  qatlarının  aralanması  və  aortanın  mediasında  degene-
rativ dəyişikliklərin yanaşı inkişafı zamanı baş verir. Aortanın proksimal 


41 
 
şöbələrində  arteral  təzyiqin  daha  qabarıq  dəyişməsi  baş  verdiyindən, 
laylanmanın  rast  gəlmə  riski  daha  yüksəkdir.Aortanın  orta  qatının  lay-
lanması  adətən  orqanizmin  təbii  qocalması  üçün  xarakterikdir.  Lakin, 
onun  tezləşməsi  ikitaylı  aorta  qapaqları,Terner  sindromu,arteriit  və  irsi 
kollagenopatiyalar ilə əlaqədar olur.Kliniki fəsadların böyük bir hissəsi 
laylanmanın  yayılması  ilə  əlaqədardır,belə  ki,bu  zaman  aorta  üzrə  qan 
cərəyanı  pozula  bilər  (Leriş  sindromu  və  şaxələr  boyunca)  və 
anevrizmanın  perikard  boşluğuna  açılması  baş  verə  bilər.  Sonralar  bu 
vəziyyət  laylanan  anevrizmanın  həcminin  genişlənməsinə,aortanın 
cırılmasına və güclü qanaxmaya gətirib çıxarır. Cədvəl 2.  
Aortanın  laylanan  anevrizması-nadir  xəstəlikdir.Xəstələnmə 
halları  100  min  nəfərə  2,6-3,5  təşkil  edir.Ən  yüksək  xəstələnmə 
İtaliyadadır  (100  minə  4,04  nəfər).Döşdə  və  kürəkdəki  ağrılarla 
intensiv terapiya şöbələrinə daxil olan xəstələrin təxminən 0,5% - də 
aortanın  laylanması  aşkar  edilir.Hal-hazırda  daha  çox  yayılmış  risk 
amili-arterial  hipertenziyadır,hadisələrin  72%-də  aşkar  edilir.  Digər 
vacib  risk  amillərinə  aterosklerozu,  kardiocərrahi  müdaxiləni  və 
aorta  anevrizmasının  mövcudluğunu  aid  etmək  olar.  Laylanan 
anevrizmanın  epidemiologiyası  gənc  xəstələrdə  (40  yaşdan  cavan) 
fərqlənir,yəni  onlarda  bütün  risk  amilləri  arasında  Marfan  sindromu 
və ona bənzər xəstəliklər əsas əhəmiyyət kəsb edir.  
Arterial  hipertenziya arteriya divarının quruluşuna təsir edərək 
intimanın  qalınlaşmasını,  fibroz  və  kalsifikasiyasını  yaradır, 
həmçinin yağ turşularının hüceyrə xarici çöküntüsünə səbəb olur. Ey-
ni  zamanda  hüceyrə  xarici  matriksin  dağılması,  hüceyrələrin 
apoptozu, kollagenin  hialinizasiyası  ilə elastolizini  sürətləndirir. Hər 
iki  mexanizm  sonda  intimanın  cırılmasına  gətirib  çıxarır.  Adventi-
siyanın  fibrozu  aorta  divarını  qidalandıran  damarların,  həmçinin 
intramural  vasa  vasorum-un  obstruksiyası  ilə  müşayiət  oluna 
bilər.Yuxarıda  qeyd  olunanlar  saya  əzələ  hüceyrələrinin  nekrozuna 
və elastiki törəmələrin fibrozuna gətirib çıxarmaqla, damar divarının 
nəbz  dalğasının  təsirinə  həssaslığını  yaradır  və  sonda  anevrizma  və 
laylanmanın  meydana  çıxmasına  şərait  yaradır.Arterial  hiperten-
ziyaya  əlavə  olaraq  siqaret  çəkmək,  dislipidemiya  və  kokainin 
istifadəsini qeyd etmək olar.  

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin