Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Döş aortasının anevrizması



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
 
Döş aortasının anevrizması 
 
 


28 
 
Anevrizmanın  inkişafı  aortanın  istənilən  hissəsində  əmələ 
gələ bilər. Aorta qapaqlarının taylarından qapaqüstü darağa qədər 
yerləşən  seqment  Valsalva  sinusu  adlanır.  Qalxan  aorta 
qapaqüstü  daraqdan  baş  bazu  kötüyünün  aralanması  yerinə  düz 
bucaq  altından  keçən  xəttə  qədər  davam  edir.  Aorta  qövsü  isə 
yerləşir:  baş  bazu  kötüyünün  aralanmasından  proksimal  olaraq 
düzbucaq  altından  keçən  xəttdən  kənarda  yerləşməklə,  sol 
körpücükaltı  arteriyanın  aralanması  yerinə  distal  səviyyədə  düz 
bucaq  altında  davam  edir.  Enən  aorta  sol  körpücükaltı 
arteriyadan  diafraqmanın  aortal  dəliyinə  qədər  olan  səviyyədə 
yerləşir,sonra  isə  qarın  aortası  başlayır,  aorta  bifurkasiyasında 
bitir,  daha  sonra  isə  qalça  arteriyalarına  şaxələnir.  Aortanın 
divarı  intimadan,  mediadan,  həmçinin  adventisiya  qişasından 
ibarət olub, qalınlığı orta hesabla 4 mm-dir. İntima qatı  – ən zəif 
qişadır,media  elastik  liflərdən  və  saya  əzələ  hüceyrələrindən 
ibarət  olub,aorta  divarının  möhkəmliyini  təmin  edən  spiral  qat 
əmələ  gətirir:  adventisiya  qişası  orada  olan  arteriya  və  vena 
damarlarının  yerləşməsi  hesabına  qidalandırıcı  funksiyasını 
təmin edir. Xager həmkarları ilə birlikdə apardıqları tədqiqatların 
nəticələrinə  əsasən,  hər  hansı  bir  antropometrik  göstəricilərin 
aortanın  divarına  təsirini  müəyyən  etmək  mümkün  deyildir. 
Dispersion  analiz  zamanı  çəkinin,  boy  ölçüsünün  yaxud,  bədən 
səthinin  sahəsinin  aorta  divarına  təsiri  müəyyən  edilməmişdir, 
lakin  cinsin  və  yaşın onun diametrinə təsiri göstərilmişdir. İnsan 
yaşının təsirinə gəldikdə isə Aronberqin tədqiqatları göstərmişdir 
ki,yaşlı  insanlarda  aortanın  diametri  hər  on  ildən  bir  olmaqla  1 
mm  böyüyür.  Bu  məlumata  əsasən,müvafiq  olaraq  aorta 
seqmentinin  genişlənməsini  diametrin  böyüməsi  hesab  etmək 
olar.  Bütün  bunlara  müvafiq  olaraq  məhdud  anevrizma-normal 
damarın  diametrinin  50%  -dən  artığını  üstələyən  genişlənməsi 
qəbul  olunmuşdur.Sol  körpücükaltı  arteriyadan  aşağı  yerdə 
anevrizmalar  Krouford təsnifatına uyğun olaraq bir neçə tipə (I - 
IV tip, döş aortası anevrizması) və sonradan Safi tərəfindən əlavə 
edilən tipə (V tip, döş aortası anevrizması) ayrılır.  
 


29 
 
Anevrizmaların müxtəlif formaları ayırd edilir:  
 1)  Həqiqi anevrizma-damar divarının qabarması  nəticəsində 
daxili mənfəzin genişlənməsidir.  
 2)  Yalançı  anevrizma  (psevdoanevrizma)  -damar  divarının 
bütün qatlarının aortanın daxili mənfəzi ilə əlaqəsi olan xarici kisə 
əmələ gətirməklə perforasiya (penetrasiya) ilə nəticələnən ölçünün 
böyüməsi ilə xarakterizə olunur.  
“Laylanan  anevrizma”  terminini  aydınlıq  gətirmək  üçün 
aşağıdakı anlayışlarla əvəz etmək olar: 
 “məhdud  anevrizma”  –  aortanın  müəyyən  sahəsinin  cəlb 
edilməsilə xarakterizə edilir; 
 “yayılmış 
anevrizma” 
– 
qalxan 
aortanın,aorta 
qövsünün,enən  aortanın  yaxud  qarın  aortasının,hətta  bütövlükdə 
aortanın prosesə qoşulması ilə xarakterizə olunur.  
 Son  30  il  ərzində  döş  aortasının  anevrizmasının  yayılması 
təkmilləşdirilmiş  diaqnostik  üsulların  artması,həmçinin  ahıl  yaşlı 
xəstələrin  sayının  çoxalması  ilə  əlaqədardır.Lakin,  müxtəlif  əhali 
qrupları  arasında  bu  xəstəlikdən  ölüm  hallarının  yayılmasının 
səbəbi  bu  günə  qədər  aydın  deyildir.Döş  aortasının  və 
torakoabdominal aortanın anevrizmaları qarın aortasının infrarenal 
şöbəsinin  anevrizması  ilə  müqayisədə  azdır  və  aortanın  bütün 
degenerativ  anevrizmalarının  2-5%-ni  təşkil  edir.Ədəbiyyat 
məlumatlarına  görə  ağ  irqdən  olan  kişilər  arasında  döş  aortasının 
anevrizmasından  ölüm  dərəcəsi  100  min  əhali  arasında  0,7%, 
laylanan  anevrizmadan  ölüm  dərəcəsi  isə  100  min  əhali  arasında 
1,5%  təşkil  edir.ABŞ-ın  Orta  Qərb  bölgəsi  üzrə  otuz  illik  dövr 
ərzində  aparılan  tədqiqatlar  zamanı  aşağıdakı  nəticələr  əldə 
edilmişdir:  100  min  əhali  arasında  qalxan  aortanın  anevrizması  - 
5%,  qövsə  qədər  olan  hissəsinin  anevrizması-11%  və  enən  döş 
aortasına  qədər  hissəsinin  anevrizması  isə-38%  təşkil  etmişdir. 
Kişilərdə üstünlük təşkil edən qarın aortası anevrizmasından fərqli 
olaraq  döş  aortası  anevrizması  qadınlar  arasında  daha  çox 
olmuşdur.  Xəstələrin  ¼-də  yanaşı  olaraq  aortanın  infrarenal 
şöbəsinin anevrizması və 13% - də isə çoxsaylı anevrizmalar aşkar 
edilmişdir.Bundan başqa infrarenal qarın aortası anevrizması 3,5 -


30 
 
12%  təşkil  etmişdir.Aorta  anevrizması  və  aortanın  laylanması 
anevrizması olan xəstələr arasında xəstəxanaya qəbula qədər ölüm 
22%  təşkil  etmişdir  (autopsiya  nəticəsində  qoyulan  diaqnoz), 
aortanın cırılması  isə döş aortası anevrizması olan xəstələrin 74% 
- də rast gəlmiş və ölüm 94% olmuşdur.  
 Aortanın  qocalması  prosesi  bütün  həyat  boyu  baş  verir.  O, 
aortanın  bütün  seqmentlərinə  təsir  edir,uşaq  və  yeniyetmə 
yaşlarından  başlayaraq  aortanın  mənfəzinin  genişlənməsinə  səbəb 
olur.Aortanın  qocalması  insanın  cinsindən  asılı  olaraq,kişilərdə 
qadınlara  nisbətən  daha  sürətli  gedir.  Böyük  yaşlarda  aortanın 
ölçüsü  fiziki  işdən  və  stressdən  asılı  olur.  Sonrakı  yaşlaşma 
dövrlərində damar  divarının rigidliyi, aortanın sklerozu  nəticəsində 
struktur  dəyişikliklərinin  yaranması  səbəbindən  yüksəlir.  Risk 
amillərinə  hipertenziya,  hiperlipidemiya,  şəkərli  diabet  və  siqaret 
çəkmək  daxildir.  Aortanın  divarında  kollagen  və  lipidlərin  miqdarı 
artır, həmçinin kalsium çökür və nəhayətdə, aorta divarının qalınlığı 
normanın  yuxarı  həddi  7mm-ə  qədər  arta  bilir.  Nəticədə,  nəbz 
təzyiqi  və  nəbz  dalğasının  yayılmasının  artımı  baş  verir.  Bu  da 
orqanların  qan  təchizatının  azalmasına,  xüsusilə,  miokardın 
diastolik qan təchizatının pozulmasına səbəb olur.  
 Aortanın sklerozunun sonrakı inkişafı  aşağıdakı proseslərlə: 
intimanın  qalınlaşması,piləklərin  əmələ  gəlməsi  ilə  xoranın 
inkişafı və trombların yaranması ilə xarakterizə olunur.  
 Qalxan  aortanın  anevrizmasının  meydana  çıxması  bir 
müddət Marfan sindromunun silinmiş forması kimi qəbul edilirdi - 
irsi  xəstəlik  olub  aorta  qövsü  adətən  zədələnmir:  bundan  başqa, 
xəstələrin  1%  hallarında  ikitaylı  aorta  qapağı  aşkar  edilir. 
Müəyyən edilmişdir ki,ikitaylı aorta qapağı olan xəstələrdə üçtaylı 
aorta  qapaq  xəstələri  ilə  müqayisədə  laylanan  anevrizmanın 
meydana çıxması riski doqquz dəfə artıq rast gəlinir.Bundan əlavə 
aortanın  daralması  olan  xəstələrdə  də  ikitaylı  aorta qapağının  rast 
gəlməsi  artır.İkitaylı  aorta  qapağı  olan  xəstələrdə  qalxan  aortanın 
diametri artır.Əvvəllər belə hesab edilirdi ki,bu cür anevrizmaların 
baş  verməsi  qalxan  aortanın  “poststenozlaşmış  genişlənmə”si  ilə 
əlaqədar olur. Lakin, hətta tam işlək vəziyyətdə olan ikitaylı aorta 


31 
 
qapağı  olan  cavan  xəstələrdə  aortanın  genişlənməsi  aşkar  edilir. 
Mediumun  kistoz  inkişafı,bir  sıra  hallarda  (ikitaylı  aorta  qapaq 
daxil olmaqla) aortanın genişlənməsinin ümumi əlamətidir.  
Güman edilir ki,ikitaylı aorta qapağı olan şəxslərdə aortanın 
divarının  mexaniki  davamlılığının  azalması  embrional  dövrdə 
fibrillin -1-in çatışmazlığı ilə əlaqədardır.Üçtaylı aorta qapağı olan 
xəstələrlə  müqayisədə  ikitaylı  aorta  qapağı  olan  xəstələrdə  aorta 
divarında  limfositlərin  böyük  infiltrasiyası  aşkar  edilir,həmçinin 
saya  əzələ  hüceyrələrinin  güclü  apoptozu  da  aşkar  edilir.  Bu, 
deməyə  imkan  verir  ki,  ikitaylı  aorta  qapağı  olan  aortanın  divarı 
tipik anevrizmalarla müqayisədə daha zəifdir.  
Aorta  mediası  saya  əzələ  hüceyrələrindən  və  hüceyrə  daxili 
matriks  zülalından  təşkil  edilmişdir,hər  şeydən  əvvəl  elastik  və 
kollagen  üstünlük  təşkil  edir.Hüceyrə  xarici  matriksin  güclü 
dağılmasına  səbəb  olan  metabolizm  pozğunluğu  aorta  divarının 
möhkəmliyinin  artan  səviyyədə  azalmasına  səbəb  olur.Digər  bir 
mexanizm  matriks  metalloproteinaza  ilə  əlaqədardır  (bu,sink  - 
asılı  proteolitik  fermentlərdən  təşkil  olunmuşdur) -  hüceyrə  xarici 
matriks  metabolizminə  və  aorta  divarının  remodelləşməsinə  təsir 
göstərir  ki,bu  da  həqiqi  və  laylanan  anevrizmanın  inkişafında 
böyük  əhəmiyyət  kəsb  edə  bilır.Döş  aortası  xəstəlikləri  olan 
xəstələrdə  yüksək  dərəcədə  matriks  –  metalloproteinaza  –  9-un 
ekspressiyası aşkar edilir. Beləliklə, heç də təəcüblü deyil ki, onun 
geni  (MMP-9)  müasir  dövrdə  aktiv  surətdə  öyrənilir.Döş  aortası 
anevrizmalarının  yaranması  adətən  genetik  iğtişaşların  olması  ilə 
bağlıdır.  Məlumdur  ki,  orada  aortanın  üç  əsas  irsi  xəstəliyi 
aortanın  xəstəliyini  əmələ  gətirə  bilər:  Marfan  sindromu,  Ehlers-
Danlos  sindromu  və  digər  ailəvi  birləşdirici  toxuma  xəstəlikləri. 
Əksər hallarda bu,aortanın  xəstəlikləri  ilə bağlı  genetik boşluqları 
qalmış  natamam  anlaşma  əks  etdirən  “keçid”  formalarıdır.  Anev-
rizmanın  yaranmasına  səbəb  ola  biləcək  medianın  kistoz  inkişafı, 
Marfan  sindromunun  klassik  fenotipi  zamanı  aorta  kökünün 
inkişafı  aşkar  edilir.  Hal-hazırda  fibrillin  geninin  (FBN  -  1)  125-
dən  çox  nöqtəvari  mutasiyası  ayırd  edilib.  Sindromun  yayılması 
1:5000  nisbətindədir  ki,bu  da  laylanan  anevrizmanın  bütün 


32 
 
hallarının  6-9%  -  i  təşkil  edir.  Marfan  sindromu  olan  uşaqların 
50%  -  də  aortanın  genişlənməsi  durmadan  artır.  Tədqiqatların 
birində,  76  xəstədə  (orta  yaş  həddi  30  ildir)  genişlənmənin  ən 
böyük  sürəti  (ildə  2,5sm)  aorta  kökündə  aşkar  edilmişdir. 
Ağırlaşma kimi aortanın  laylanan anevrizmasını qeyd edirlər. Döş 
aortası  anevrizmasının  digər  ailəvi  forması  1600  xəstə  arasında 
təxminən  20%  təşkil  edir.Aorta  qapağının  dəyişdirilməsi  əməliy-
yatına  məruz  qalmış  xəstələrin  təxminən  5-10%-də  annulo-aortal 
ektaziya  baş  verir.  Qarın  aortasının  infrarenal  şöbəsinin  anevriz-
masının  yaranması  60  yaşa  qədər  olan  dövr  üçün  nadir  hal  hesab 
edilir.  50  yaşdan  yuxarı  kişilərdə  xəstəliyin  yayılması  5%  təşkil 
edir.  Döş  aortasının  anevrizması  yaxud  laylanan  anevrizması,  yu-
xarıda  qeyd  olunan  fibrillinopatiya  (Marfan  sindromu  və  Ehlers-
Danlos)  kimi  birləşdirici  toxumanın  irsi  xəstəlikləri  zamanı 
meydana  çıxa  bilər.  Bir  çox  müəlliflər  döş  aortasının  laylanan 
anevrizmasının  ailəvi  təsadüflərini  daha  mürəkkəb  və  qeyri- 
həmcins  xəstəlik kimi  hesab edirlər. Onların  meydana çıxmasında 
ən azı üç lokus etioloji rol oynayır. Patoloji anatomik tədqiqat za-
manı  medianın  tipik  kistoz  inkişafı,mukoid  maddələr,  elastiki  lif-
lərin  dağılması  aşkar  edilir.  Elastiki  liflərin  dağılması,  mukopo-
lisaxaridə bənzər maddələrin çökməsi və kistoz pozğunluq Marfan 
sindromu,  həmçinin  annulo-aortal  ektaziya  zamanı  müəyyən  edi-
lir.  Bu,  damar  divarının  möhkəmliyinin  zəifləməsinə  və  genişlən-
məsinə  gətirib  çıxarır.  Damar  divarına  toxunan  gərginliyi  (W) 
Laplas  qanuna  uyğun  hesablamaq  olar  (incə  divarlı,  strukturlar 
üçün): 
 W = P x r / 2 x h 
Burada P – təzyiq, r – radius, h – divarın qalınlığıdır.  
Arterial  hipertenziya,  aortanın  divarının  nazikləşməsi  və 
genişlənməsi, damar divarında gərginliyin artmasına səbəb olur ki, 
bu  da  sonda  aortanın  laylanmasına  yaxud  cırılmasına  gətirib 
çıxarır.  Aortanın  diametri  -  risk  göstəricisidir,  lakin  o,həmişə  art-
mır.  Birləşdirici  toxumanın  xəstəlikləri  zamanı  aortanın  geniş-
lənməsi  hadisələrin  40%-də  müşahidə  edilir.Digər  formalarda  isə 
bu  cür  dərəcədə  genişlənməsi  yalnız  10%  hallarda  aşkar 


33 
 
edilir.Cırılmanın  kritik  nöqtəsi  qalxan  aorta  üçün  6  sm,enən  aorta 
üçün  isə  7sm  təşkil  edir.Bu  nöqtə  əldə  edildikdə,qalxan  aortanın 
genişlənməsinin  30%  -  i  təsadüfi,enən  aortanın  genişlənməsinin 
isə  40%  -  i  təsadüfi  cırılma  yaxud  laylanma  ilə  nəticələnir. 
Fəsadların baş verməsinin illik riskini bu cür hesablamaq olar: 
Ln = - 21, 055 + 0, 0093 (yaşı) + 0, 842 (ağrı) + 0, 643 (enən 
aortanın diametri) + 0, 405 (qarın aortasının diametri).  
Döş  və  qarın  aortasının  sklerozu  anevrizmanın  əmələ 
gəlməsinin  yüksək  riskini  kifayət  qədər  təyin  etmir.Siqaret  çək-
mək  bu  prosesin  sürətini  15-20%  artırır.Aorta  divarının  mexaniki 
möhkəmliyinin  zəifləməsi  həmçinin  iltihab  ilə  də  əlaqədar  ola 
bilər.  Bu,infeksiya  xəstəlikləri  yaxud  sistem  vaskulitlərin  nəticəsi 
kimi  də  baş  verə  bilər.Sifilis  zamanı  aortit,qalxan  aortanın 
anevrizması  və  aorta  divarının  qalınlaşması  baş  verir.Həmçinin 
Staphylococcus  aureus-la  infeksiyalaşma  halları  da  məlumdur.Bu 
halda  həmçinin  penetrasiyaedici  xoralar  da  əmələ  gələ  bilər. 
Cırılma  riski  aortanın  diametrinin  böyüməsi  ilə  artır.  Anevrizma 
divarında  iltihabi  hüceyrələr  toplanır  və  sitokininlərin  səviyyəsi 
artmış  olur.  Bu  da  öz  növbəsində  makrofaqlar  və  saya  əzələ 
hüceyrələri  tərəfindən  matriks  metalloproteinazın  istehsalının 
artmasına  təkan  verir.  Matriks  metalloproteinazın  aktivasiyası  və 
divarın hüceyrələrlə infiltrasiyası dərəcəsi arasında ciddi qarşılıqlı 
əlaqə  mövcuddur.  Behçet  xəstəliyi  və  vaskulitin  digər  formaları 
daha  çox  məhdud  anevrizma  və  perforasiya  yaradır,  lakin,  lay-
lanan anevrizmanın əmələ gəlməsinə az hallarda səbəb olur.  
Kavasaki  sindromu  zamanı  çoxlu  sayda  məhdud  anevriz-
malar  əmələ  gələ  bilir.Kavasaki  sindromunun  rastgəlmə  tezliyi 
100 min uşaq arasında 135-ə və 5 yaşdan kiçik olan 100 min uşaq 
arasında  isə  8-17-ə  bərabərdir.  Daha  çox  tac  damarların  anevriz-
ması  baş  verir,  lakin  digər  damarlar  da  prosesə  cəlb  oluna  bilər. 
Giqant  hüceyrəli  arteriit  zamanı  qarın  və  döş  aortasının  anevriz-
ması  baş  verə  bilər.  Kokaindən  və  amfetaminlərdən  istifadə  edər-
kən,  həmçinin  aortanın  divarının  nazikləşməsinə  və  anevrizmanın 
baş  verməsinə  gətirib  çıxara  bilər.  Aortanın  stenozu  zamanı 
poststenotik  anevrizmanın  inkişafı  mümkündür.  Anevrizmanın 


34 
 
əmələ  gəlməsində  daha  bir  vacib  səbəb  travmalardır,  xüsusən 
avtomobil  travmaları  –  yüksək  sürətlə  hərəkət  zamanı,  qəflətən 
tormozlanmada 95% hallarda aortanın ayaqcıqları zədələnə bilir.  
 Döş  aortası  anevrizmasının  gedişi  hələlik  kifayət  qədər 
öyrənilməmişdir.  Bunun  səbəblərindən  biri  onunla  əlaqədardır  ki, 
anevrizmanın yerləşməsi yeri və etiologiyası,onun inkişafının,yəni 
aortanın laylanmasının yaxud cırılmasının sürətlənməsinə təsir edə 
bilir.  Yelsk  universitetinin  uzun  müddətli  müşahidəsi  təsdiq 
etmişdir  ki,aortanın  döş  şöbəsinin  anevrizmalarının  inkişaf  sürəti, 
aortanın  qarın  şöbəsinin  inkişaf  sürətilə  müqayisədə  nəzərə 
çarpacaq dərəcədə azdır .  
Anevrizmanın  inkişaf  sürətinin  vacib  göstəricisi  ilkin 
ölçüsüdür.  Keçirilən  tədqiqatlarda  müəyyən  olunmuşdur  ki,döş 
aortasının  anevrizmasının  ölçüsü  onun  cırılmasında  müəyyənedici 
rol  oynayır:  diametri  5sm-dən  az  olan  anevrizma  üçün  ildə  2% 
təşkil edir, diametri 5-5,9sm üçün 3% və diametri 6sm-dən böyük 
olan  üçün  isə  7% təşkil  edir.  Beləliklə,döş  aortası  anevrizmasının 
ölçüsü  6sm-ə  çatdıqda  cırılma  riski  kəskin  sürətlə  artır.  Buna 
bənzər nəticələr, 133 xəstə üzərində aparılan beşillik müşahidədən 
sonra  alınmışdır:  genişlənmə  <  40  mm  zamanı  cırılma  riski  0% 
olur.Anevrizmanın ölçüsü 40-59 mm olduqda risk 16%, ölçü ≥ 65 
mm olduqda isə cırılma riski 31% olur. Bəzi qruplarda  müalicədə 
olan xəstələrdə anevrizmanın cırılması 32–68% - də baş vermişdir: 
bu zaman cırılma 32–47% ölümlə müşayiət olunmuşdur.Beləliklə, 
müalicəyə  məruz  qalmayan  döş  aortasının  anevrizması  olan 
xəstələr bir, üç və beşillik yaşama qabiliyyəti müvafiq olaraq 65%, 
36% və 20% təşkil edir.  
 Döş aortası anevrizması olan xəstələrdə diaqnozun qoyulması 
zamanı şikayətlər çox hallarda olmur. Lakin, anevrizmanın ölçüsün-
dən  və  yerləşməsindən  asılı  olaraq  döş  sümüyü  arxasında,  çiyində, 
bədənin  yan  nahiyələrində  yaxud  qarında  ağrılar  meydana  çıxa 
bilər.  Bu  ağrılar  adətən  yaxın  yerləşən  damarların  birtərəfli 
sıxılması,  deformasiyası  kimi  damar  fəsadlarının  inkişafı  (yuxarı 
boş 
venanın 
sıxılması 
sindromu,aorta 
çatışmazlığı, 
trom-
boemboliya)  ilə,yaxud  qarışıq  anatomik  törəmələrin  yerdəyişməsi 


35 
 
nəticəsində  də  meydana  çıxır  ki,bu  da  diafraqma  sinirinin 
disfunksiyasına  yaxud  disfoniyaya  gətirib  çıxara  bilər.  Qalxan 
aortanın  anevrizması  əvvəlcə  özünü  aorta  qapaq  çatışmazlığı  ilə 
əlaqədar  kliniki  əlamətlərlə  göstərir,daha  sonra  isə  aorta  kökünün 
və  aorta  həlqəsinin  genişlənməsinə  səbəb  olur.  Valsalva  sinusuna 
toxunan  anevrizma  ürəyin  sağ  boşluğuna  açıla  bilər.  Bu  isə  qanın 
fasiləsiz  olaraq  şuntlanmasına  və  nəticədə  ürək  çatışmazlığına 
gətirib  çıxarır.  Qalxan  aortanın  və  aorta  qövsünün  anevrizmaları 
divararalığına  açıla  bilərlər:  azan  sinirin  yaxud  qayıdan  sinirin  bu 
zaman  sıxılması  nəticəsində  disfoniya  inkişaf  edə  bilər  və  yaxud 
diafraqmal  sinirin  sıxılması  nəticəsində  diafraqma  kupolunun 
paralicinin nəticəsində də baş verir. Yuxarıda qeyd olunan anevriz-
malar həmçinin traxeobronxial ağacın sıxılması hallarında ağ ciyər-
lərdə  xırıltılar, öskürək, qanhayxırma,  təngnəfəslik  yaxud pnevmo-
nitlə  müşayiət  olunur.  Həmçinin  qida  borusunun  sıxılması  disfa-
giyaya və yaxud yuxarı boş vena sindromuna səbəb olur. Gecikmiş 
mərhələlərdə  digər  döş  qəfəsi  daxili  törəmələrin  sıxılması  və  əhatə 
edən  sümük  strukturlarının  dağılması  döş sümüyü arxasında  yaxud 
bel  nahiyəsində  fasiləsiz  ağrıları  meydana  çıxarır.  Bəzi  hallarda 
xəstələrdə baş beyinin, böyrəklərin və nazik bağırsaqların işemiyası 
yaxud  axsama  baş  verə  bilər.  Bu  təzahürlər  müvafiq  arteriyaların 
tromboemboliyası  nəticəsində  baş  verir.  Buna  səbəb  isə  anevrizma 
daxilində yerləşmiş qatlı trombların hissəvi olaraq qopmasıdır.  
 Çox hallarda təsadüfən aşkar edilən aortanın anevrizmasının 
diaqnostikası  üçün  müxtəlif  şüa  müayinə  üsullarından  istifadə 
etmək  olar.  Döş  qəfəsinin  rentgenoqrammasında  divararalığının 
genişlənməsinin,  qalxan  aortanın  soltərəfli  genişlənməsi,aorta 
soğanağının  dəyişməsini,  həmçinin  enən  aortanın  uzanması  (çox 
zaman)  və  böyüməsini  aşkar  etmək  olar.  Anevrizmanın  mövcud-
luğu  müxtəlif  rentgenoloji  dəyişikliklərlə  müşayiət  oluna  bilər. 
Çox  zaman  rentgenoqrafiya  anevrizmanı  aortanın  deformasiya-
sından  fərqləndirməyə  imkan  yaratmır,bu da aorta anevrizmasının 
hipodiaqnostikasına  gətirib  çıxarır.Anamnezində  döş  sümüyü 
arxasında yaxud bel nahiyəsində ağrısı olan 36 xəstədə,kontrastsız 


36 
 
rentgenoqrafiyadan  istifadəsi  zamanı  yalnız  22  -  də  aortanın 
dəyişikliyini (61%) aşkar etmişlər.  
Kontrast  gücləndirici  ilə  komputer  tomoqrafiyası,aortanın 
anevrizmasının  yerləşmə  vəziyyətini,ölçüsünü,həmçinin  istənilən 
fəsadlarının  təyin  edilməsinə  imkan  yaradır.Bu  zaman  aortanın 
divarının qalınlığını,tac arteriyalarda və aorta divarında kalsiumun 
çökməsini,  həmçinin  iri  ayrılan  arteriyaların  quruluşunu  təyin 
etmək  olar.  Bu  üsulların  çatışmazlıqlarına  kontrast  maddələrin 
toksiki  təsirini,  aorta  qapaq  çatışmazlığının,həmçinin  sol  mədə-
ciyin  təqəllüsünün  ocaqlı  pozğunluğunun  müəyyən  edilməsinin 
mümkünsüzlüyünü göstərmək olar.  
Maqnito  rezonans  tomoqrafiyası  (MRT)  köndələn,sagital  və 
frontal müstəvi üzrə aortanın yüksək səviyyədə təsvirini almaq im-
kanına  malikdir.  Təsvirin  yüksək  keyfiyyəti  anevrizmanın  mən-
şəyini  və  inkişaf  mərhələsini  dəqiq  müəyyən  etməyə  imkan  verir. 
MRT  -ı  sol  mədəciyin  divarının  qalınlığını  və  funksiyasını  qiy-
mətləndirməyə  imkan  verir.  Lakin,  bu  halda  aortanın  sklerozunun 
və  tac  arteriyaların  daralmasının  diaqnostikasını tam  dəqiq  müəy-
yənləşdirmək  olmur.  Aortanın  anevrizmasının  ölçüsünü,  onun 
yerləşməsini  və  uzunluğunu  kifayət  qədər  asanlıqla  təyin  etmək 
olar. MRT-nin ən böyük üstünlüyü - radiasyon yüklənmənin olma-
masıdır  ki,  bu  da  çox  sayda  təkrar  müayinənin,  xüsusilə  yeniyet-
mələrdə  və  yetkinlik  yaşda  olan  qadınlarda  aparılmasına  imkan 
verir.  
 Simptomsuz anevrizmalar zamanı ilkin olaraq stasionar-am-
bulator  müalicə  göstərişdir.  Belə  ki,  cərrahi  müdaxilə  simptomlu 
və  yayılmış  anevrizmalar  üçün  göstərişdir.  Həmçinin  yerləşmə-
sindən, yaxud simptomlardan asılı olmayaraq əgər qalxan aortanın 
anevrizmasının diametri 55 mm yaxud 60 mm-dən çox olduqda da 
cərrahi  müdaxilə  göstərişdir.  Aortanın  ölçüsünün  indeksi  döş  aor-
tasının anevrizmasının cırılması, onun  laylanması və ölüm  nəticə-
sinin  ehtimalını  müəyyən  edir.  Onu  hesablamaq  üçün  (aorta  dia-
metri/m
2
)  xəstənin  bədən  səthinin  sahəsinin  qiymətindən  istifadə 
edilir.  Bu  göstərici  cərrahi  müalicə  üçün  xəstələrin  seçilməsinin 
keyfiyyətini  artırmağa  imkan  verir.  Aorta  ölçüsünün  indeksinə 


37 
 
əsasən  bütün  xəstələri  belə  qruplaşdırmaq  olar:  aşağı  riskə  malik 
xəstələr  (indeks  2,75  sm/m
2
-dən  az,  il  ərzində  baş  verə  biləcək 
fəsadların  tezliyi  təxminən  4%-dir);  mötədil  riskə  malik  xəstələr 
(2,75–4,24 sm/m
2
, fəsadlaşma riski il ərzində 8%) və yüksək riskə 
malik  xəstələr  qrupu  (>  4,25  sm/m
2
,  il  ərzində  fəsadların  tezliyi 
20%).  
Kliniki  təzahürlərin  olmadığı  xəstələrdə  medikamentoz 
müalicə  hipotenziv  preparatların  tətbiqindən  (arterial  təzyiqin 
məqsədyönlü səviyyəsini əldə etmək üçün) – ilk növbədə β – adre-
noblokatorların  təyinindən  ibarət  olmalıdır.  Bu  zaman  digər  qrup 
preparatların da təyini mümkündür. 
β-adenoblokatorların  təyini,xüsusən  uşaqlarda  və  Marfan 
sindromu  olan  yeniyetmələrdə  aortanın  genişlənməsi  sürətinin 
ləngiməsinə  səbəb  olur.  Müasir  dövrdə  bəzi  ilkin  eksperimental 
məlumatlar  döş  aortasının  aterosklerotik  anevrizmasının  patoge-
nezində oksidativ stressin də rol oynadığını qeyd edir.Ona görə də 
statinlərin  və  angiotenziv  reseptorların  blokatorlarının  təyini 
həmçinin  müdafiə  xarakteri  daşıyır.Bundan  başqa  xəstələr  ağırlıq 
qaldırmaqdan,fiziki  işdən,gücənmədən  uzaq  olmalıdırlar.  Belə 
ki,izometrik yüklənmə kəskin surətdə döş qəfəsi daxili təzyiqin və 
AT-in  kəskin  artmasına  səbəb  ola  bilər.  Döş  aortasının  anevriz-
masının əmələ gəlməsinin  bəzi səbəbləri genetik təbiətli ola bilər. 
Belə  ki,döş  aortası  anevrizması  uzun  müddət  simptomsuz  gedişə 
malik  olduğundan  onun  aşkar  edilməsinin  yeganə  üsulu  xəstənin 
ailə  üzvlərinin  qeyri-invaziv  şüa  metodlarının  tətbiqi  ilə  müayinə 
olunmasıdır.  
Anevrizmanın  inkişafı  və  böyüməsinin  qarşısının  alınma-
sında  vacib  tədbirlərdən  siqaret  çəkmənin  ləğvi  və  AT-in  endiril-
məsidir.  Bunun  üçün  β-adrenoblokatorlardan  istifadə  etmək  olar. 
Qarın  aortası  anevrizması  olan  xəstələrdə  siqaret  çəkmək  və  arte-
rial  hipertenziyaya  aortada  aparılan  cərrahi  müdaxilədən  sonrakı 
uzaq  dövrdə  ölümə  səbəb  ola  biləcək  risk  amili  kimi  baxırlar.                 
β  -adrenoblokatorlarla  aparılan  medikamentoz  müalicə  ilə  yanaşı 
damar  daxili  müdaxilə,  yaxud  cərrahi  müalicənin  aparılmasına 
ehtiyac  duyula  bilər.  Təcili  və  təxirəsalınmaz  əməliyyatların 


38 
 
yerinə  yetirilməsi  zamanı  aortanın  laylanan  anevrizması  və  onun 
cırılması  aorta  anevrizmasında  ən  təhlükəli  ağırlaşmalar  olub 
yüksək  əməliyyat  daxili  risk  hesab  edilir.  Cərrahi  əməliyyatlar 
zamanı  letallıq  planlı  əməliyyat  üçün  1,5%,  təcili  əməliyyatlar 
üçün  2,6%  və  təxirəsalınmaz  əməliyyatlar  üçün  isə  11,7%  təşkil 
edir.  Beləliklə,  planlı  əməliyyat  qalxan  aortanın,  diametri  5,5  sm-
dən  çox  olan  anevrizmalar  üçün  göstərişdir.  Marfan  sindromu  və 
birləşdirici  toxumanın  digər  xəstəlikləri  zamanı  isə  planlı  əməliy-
yat  anevrizmanın  diametri  4,5  sm-dən  böyük  olan  hallarda 
göstərişdir.  
Qapaq  saxlamaqla  aorta  kökünün  rekonstruksiyası  keçirmiş 
və  təkrari  əməliyyata  meyilliyin  artması  olan  xəstələrdə  10-20  il 
sonra  10-20%  xəstələrdə  təkrari  əməliyyatlara  ehtiyac  böyükdür. 
Protez  qoyulmuş  xəstələrdə  isə  təkrari  əməliyyatlara  ehtiyac 
aşağıdır  (16%  xəstələrin  5%-də).  Təkrari  əməliyyata  risk  amillə-
rindən  aorta  həlqəsinin  diametrinin  >  2,5  sm  olması,  həmçinin 
Marfan  sindromu,  mitral  qapağın  prolapsı  (səyrici  aritmiya  ilə 
müşayiət olunan), aortada qapaq qoruyucu əməliyyatlar da aiddir.  
Süni  qapaq  qoyulmuş  xəstələrdə,  antikoaqulyantların  tətbiq 
edilməsi nəticəsində də gecikmiş fəsadlar törəyə bilər. Tromboem-
boliya  ilə  xəstələnmə  100  nəfərə  0,42  təşkil  edir.  Aorta  qövsü 
anevrizmasının müalicəsi zamanı seçim üsulu-cərrahi müdaxilənin 
yerinə  yetirilməsidir.  Müasir  dövrdə  çox  zaman  stent  implanta-
siyası  ilə  müştərək  aparılır.  Stentin  implantasiyasında  məqsəd 
aorta qövsünün distal hissəsini enən aortadan ayırmaqdır.  
Döş  aortasınn  enən  hissəsinin  yaxud  aortanın  torakoabdomi-
nal şöbənin anevrizmasının müalicəsi zamanı hal-hazırda son 15 il-
də əldə edilmiş cərrahi yanaşmadan istifadə edilir (işemik fəsadların 
qarşısının  alınması  məqsədi  güdür).  Damar  daxili  müdaxilələr  za-
manı  artıq torakotomiyaya, aortanın  sıxılmasına,  ürəyin  sol  şöbələ-
rində qanın şuntlanmasına, həmçinin ağciyərin süni ventilyasiyasına 
ehtiyac  qalmır.  Döş  aortasının  anevrizmasının  müalicəsi  zamanı 
stent-qrafdan istifadə olunması barədə 1988-ci ildə ilk dəfə Volodos 
və  hımkarları  məlumat  vermişlər  (döş  aortasının  posttravmatik 
psevdoanevrizmalı xəstənin müalicəsi zamanı).  Cədvəl 1.  


39 
 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin