27
araşdırılması ilə diaqnoz qoyulur. Simptomatik xəstələrdə də simp-
tomlar ümumiyyətlə, anevrizmanın ətraf toxuma və orqanlara etdiyi təz-
yiq və verdiyi ziyanla bağlıdır. Daha şanssız bir qrup xəstə isə birbaşa
anevrizma cırılmasına bağlı şikayətlər və ya ani hemodinamik kollaps
ilə meydana çıxırlar. Torakoabdominal aorta anevrizmalı xəstələrin
9%-də diaqnoz qoyulanda artıq cırılma mövcud olur. Simptomatik
xəstələrdə ən çox rastlanan şikayət beldə və yan nahiyəsində olan
ağrılardır. Traxeya və ya daha aşağı tənəffüs yollarının təzyiqə uğraması
və zədələnməsi ilə bağlı olaraq öskürək, hava çatmamazlığı, stridor və
hemoptiziya ola bilir. Anatomik olaraq arteriyalara ən yaxın qonşuluqda
yerləşən venalara təzyiq zamanı arteriovenoz fistullar meydana çıxa
bilər və bu xəstələrdə hiperdinamik ürək çatışmazlığı inkişaf edir.
Anevrizma kisələrinin böyük bir hissəsinin divarında tromb yarana bilir.
Bəzən qopan tromb parçaları və ya piləklər periferik emboliyalara səbəb
ola bilir. Tromboembolik hadisələrin intraabdominal orqanların
arteriyalarında baş verməsi ani və ya yavaş - yavaş orqanlarda meydana
çıxan işemiyalara səbəb ola bilər. Bu şəkildə xəstələrdə çatışmazlıq və
ya bağırsaq işemiyası baş verir.
Dostları ilə paylaş: