18
böyük əhəmiyyət verilməlidir. Bundan əlavə trombositar
antiaqreqatlar profilaktik məqsədlə göstərişdir, bu halda eritrositar
antiaqreqatların və antikoaqulyantların tətbiqinə tələbat dəqiq
təyin olunmuşdur. Antikoaqulyantlar ehtiyatla istifadə olunmalı-
dır. Wader tədqiqatlarında müəyyən etmişdir ki, xolesterin
emboliyası olan xəstələrdə antikoaqulyantların qəbulu emboliyanı
sürətləndirə bilər (məsələn, “göyərmiş barmaq ”sindromu).
Mülahizələrlə razılaşmaq olar ki, antikoaqulyantların qəbulu
xoralaşmış piləklər üzərində tromb əmələ gəlməsinin qarşısını alır.
Bununla belə, antitrombotik dərman preparatlarının qəbulu haq-
qında fikirlər ziddiyyətlidir, bu xəstələrdə damar ağırlaşmaları
riski yüksəkdir. Aortanın aterosklerotik zədələnməsində, həmçinin
emboliya riskinin yüksəlməsində varfarin və antiaqreqatlardan
istifadəyə nisbətən statinlərin təyini zamanı daha yaxşı nəticələr
əldə olunmuşdur .
Müalicə hər xəstə üçün risk amillərinin təsirinin azaldıl-
masına yönəldilməli və mütləq olaraq statinlər təyin olunmalıdır.
Dostları ilə paylaş: