Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45
AORTA DİVARININ MİKROSKOPİK  
QURULUŞU VƏ İNKİŞAFI 
 
 
 
Tunika intima: 
 -endotel və subendotel təbəqəsi.  
 -internal elastik membran.  
Tunika media.  
Tunika adventisiya.  
Aorta divarının qidalanması və sinir innervasiyası: 
 -qan damarları.  
 -limfa damarları.  
 -sinirləri. 
  
AORTANIN İNKİŞAFI 
 
Damarın 
ürəyə 
yaxınlığı 
və 
dolayısı 
ilə 
təzyiq 
dəyişikliklərinə  verəcəyi  təsir  ilə  meydana  gələn  quruluş 
dəyişiklikləri,  damarların  bir-birindən  fərqli  damar  quruluşuna 
sahib olmasna yol açır. Aorta ürəyə yaxın olması səbəbi ilə yüksək 


12 
 
təzyiq  dəyişilmələri  ilə  qarşılaşan,  bədənin  ən  geniş  ölçülü 
arteriyasıdır. Divarı daxildən xaricə tunika intima, tunika media və 
tunika  adventisiya olmaq  üzrə  üş təbəqədən  ibarətdir.  Bu  və  buna 
bənzər  arteriyalar  (braxiosefalik,  ana  karotid,  körpücükaltı,  ana 
iliak  və  pulmonar  arteriyalar)  tunika  mediadakı  ellastin  lamel-
lalarının  zəngin  olması  səbəbi  ilə  elastik  arteriya  olaraq 
adlandırılırlar. Aorta ən çox elastin lamelinə sahib arteriyadır, belə 
ki,  aortanın  qalxan  hissəsinin  divar  qalınlığı  təxminən  2  mm-ə 
çatır.  
 Tunika  intima-qanla  birbaşa  təmas  edən  təbəqədir. 
Qalınlığı  gənc  yetkinlərdə  1\8  mm  və  bütün  divar  qalınlığının 
1\4-ni  təşkil  edir.Yaşlaşdıqca  lipid  istehsalının  artması  ilə  bağlı 
olaraq  divarın  qalınlığı  artır.Tunika  intima  üç  təbəqədən 
meydana gəlir: 
Endotel təbəqəsi - bazal  lamina üzərinə oturan təkqatlı  yastı, 
poliqonal  hüceyrə  təbəqəsidir.Hüceyrələr  arasında  sıx  bağlantı 
vardır.Endotel  hüceyrələri  çox  incə  bir  sitoplazmaya  sahibdir  və 
çox  sayda  hüceyrə  zarı  qaynaqlı  daşıyıcı  vezikulları  sayəsində 
sitoplazma  üzərindən  maddə  daşınmasında  da  rol  oynayırlar. 
Endotelin  bu  rolu  qanın  kimyəvi  tərkibinin  qorunmasında  böyük 
əhəmiyyətə  malikdir.  Endotel  hüceyrələri,  altındakı  bazal  lamina 
ilə birlikdə immunoloji toleransı çox zəif olan toxumalardan hesab 
olunur  və  buna  görə  də  toxuma  transplantasiyalarında  mühüm 
əhəmiyyət kəsb edir.  
Endotel  hüceyrələrinin  sitoplazması  olduqca  yastı,ancaq 
geniş 
səthlidir. 
Endotel 
hüceyrələri 
tədricən 
yenilənən 
hüceyrələrdir. 
Subendotel  təbəqəsi-bir  birini  çarpazlayan  uzununa  düzülmüş 
kollagen  ve  elastin  liflərdən  meydana  gəlir.  Aralarında  az  sayda 
fibroblast,düz  əzələ  hüceyrələri  və  makrofaqlar  yerləşir.  Hüceyrələr 
və  liflər  əsas  maddə  içərisinə  yerləşmişdilər.  Bu  vəziyyətdə 
subendotel toxuması kövşək bağ toxumasıdır.  

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin