19
AORTA KÖKÜNÜN PATOLOGİYALARI
Aortanın qapaqcıqları - aorta qapağı üç qapaqcıqdan ibarət
olan trikuspid bir qapaqdır. Qapaqcıqlar eyni ölçülərdə və
ağırlıqdadırlar,
ancaq
meyit
diseksiyalarının
50%-də
bir
qapaqcığın digərlərindən bir az daha böyük olduğu müəyyən
edilmişdir. Hər qapaqcığın ortasında və sərbəst kənarında Arantius
düyünü adı verilən fibroz bir nodul tapılır.
Aorta kökü - aorta qapaqcıqlarını dəstəkləyən sol
mədəcikdən başlayan qalxan aortanın başlanğıc hissəsinin bir
parçası olaraq qəbul edilir. Aorta kökünün ən geniş kəsimi
Valsalva sinusları səviyyəsindədir.
Valsalva sinusları-aorta kökünün genişlənmiş hissəsidir.
İtalyan anatomu Antonio Valsalvanın adı ilə tanınır.Valsalva
sinuslarının aorta qapağının bir parçası olduğu və qapaqcıqların
açılıb qapanmasındakı əhəmiyyəti Leonardo da Vinci tərəfindən
1513-cü ildə vurğulanmışdır. Aorta kökünün sistola sırasında,
komissuralar səviyyəsində genişləndiyi və bunun aorta qapağının
açılma mexanizmindəki rolu 1970 -ci illərdə aşkarlanmışdır.
Aorta dəliyinin stenozu-sol mədəciyin çıxacağında subval-
vulyar, valvulyar,supravalvulyar formada rast gəlinən və qan
axınına mane olan obstruksiya şəklində özünü göstərir.Valvulyar
aorta dəliyinin stenozu revmatizm mənşəli ürək xəstəliyi,
anadangəlmə bikuspid,unikuspid aorta qapağı və ya trikuspid aorta
qapağının degenerativ kalsifikasiyası səbəbi ilə əmələ gələ
bilər.Aorta qapaqlarının sklerozu - qapaqların zəif qalınlaşmasına
səbəb olur.
Degenerativ kalsifik aortal stenozun əmələ gəlməsi Avropa
və Şimali Amerikada öyrənilmiş və lipokalsifik depozitlərin
qapaqların qalınlaşmasına səbəb olduğunu müəyyənləşdirmişdilər.
Kalsifikasiya qapaqcıqların aorta divarı ilə kəsişdiyi yerdə
başlayır və qapaqcıq kənarlarına doğru davam edir.
Revmatizm mənşəli aortal stenoz - qapaqcıqların qalınlaşma-
sı,sərtləşməsi,deformasiyası və kalsifikasiyası ilə xarakterizə
olunur.
20
Aortal stenoz yavaş meydana gələn bir xəstəlik olduğu üçün
xəstələr illərcə asipmtomatik qalırlar. Aortal stenozun klassik
simptomları angina, ürək çatışmazlığı ilə bağlı dispnoye,sinkopiya
və ya presinkopiyadır.
Aortal stenozun dərəcələndirilməsi-exokardioqrafiya metodu
ilə müəyyənləşir. Normal bir yetkin insanda aorta qapaq sahəsi
təxminən 3-4 sm
2
-dir. Aorta qapaq sahəsinin 0,75-1,0 sm
2
-ə
düşməsi ciddi aortal stenoz hesab olunur. Qəbul edilən aorta qapaq
sahəsi 1 sm
2
-dən kiçikdirsə ciddi, 1-1,5sm
2
orta və 1,5sm
2
-dən
böyükdürsə yüngül dərəcəli qəbul edilir.
Asimptomatik aortal stenozu olan bütün xəstələrdə endo-
karditin profilaktikası məsləhət görülür. Aortal stenozun proqnozu
ağır olduğu üçün erkən aorta qapaq replasmanı mütləq müalicə
metodu hesab olunur. Non-kalsifik qapaqlı yetkinlərdə, gənclərdə
komissurotomiya tətbiq olunur.
Aorta qapaqlarının çatışmazlığı anadangəlmə və ya qazanıl-
mış xəstəliklərə bağlı olaraq əmələ gələ bilir. Aorta qapaq
çatışmazlığının əmələ gəlməsinə səbəb olan anatomik faktorlar
araşdırıldıqda qapaqcıqlar, aorta kökü və ya hər ikisi birdən rol
oynaya bilir.
Aorta qapaqlarının çatışmazlığı - revmatizm mənşəli ürək
xəstəliyi, anadangəlmə aorta qapaq deformasiyaları, degenerativ
qapaq xəstəlikləri, infeksion endokardit, travma, iştah kəsici bəzi
dərmanların istifadəsi, antifosfolipid sindromu kimi bəzi etioloji
faktorlar
valvulyar
aorta
çatışmazlığı
səbəbi
olaraq
göstərilməkdədir.
Aorta qapaqlarının endokarditi - mikroorqanizmlər ilə
tutulması nəticəsində aşkarlanır. Son illərdə bu xəstəlik artmaq
tempindədir. Ürəkdə mikroorqanizmlərin kolonizasiya olunması
ilə meydana gələn infeksiyon endokarditlərdə temperatur, küy,
splenomeqaliya, emboliya halları, anemiya, ürək çatışmazlığı
simptomları, bakteriemiya və ya fungemiya ola bilər. Diaqnozun
erkən qoyulması çox önəmlidir. Transtorakal exokardioqrafiya və
rəngli doppler çox böyük əhəmiyyət kəsb edən metoddur. Bu
xəstələrin müalicəsində uyğun antibiotik müalicəsi vacibdir.
|