23
Anevrizmanın genişlənməsini aortanın cırılmasının formalaş-
masının ilkin təhlükəli xəbərdarlığı kimi qəbul etmək olar.
Qaixan aortanın birincili infeksion (mikotik) anerizmaları
nadir rast gəlinir.Çox vaxt qapaq endokarditlərindən sonra meydana
çıxır.
Qalxan aortanın psevdoanevrizmaları-kardial və torakal vaskul-
yar cərrahiyyə əməliyyatlarından sonra rast gəlinir. Toxuma degene-
rasiyası, texniki səhvlər, qreft materialının çatışmazlığı və ya infeksi-
ya başlıca səbəbdir. Diaqnoz çox vaxt döş qəfəsinin rentgenoqra-
fiyası və komputer tomoqrafiyası ilə qoyulur.
Qalxan aorta qreftlərinin infeksiya ilə yoluxması təxminən
1-2%-dir. Aortik qreftlərdə infeksiya yoluxma risk faktorları: cərra-
hiyyə əməliyyatında yetərsiz steril texnikaların istifadə olunması,
uzun müddətli əməliyyat, massiv qan transfuziyası, peroperativ
bakteriemiya və reoperasiya hesab olunur.
Dostları ilə paylaş: