Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Qarın aortasının anevrizması



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix02.01.2022
ölçüsü1,42 Mb.
#1383
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
 
Qarın aortasının anevrizması 
 
 
 
 


44 
 
 
 
Qarın  aortasının  anevrizması  ümumiyyətlə,  ateroskleroz 
mənşəli  yaranır.  Normal  aorta  divarının  mediasında  proksimaldan 
distala  doğru  elastinlərin  sayca  azalması,  mediada  nazikləşmə, 
intimada  isə  qalınlaşma  əmələ  gəlir.İnfrarenal  aortanın  anevriz-
masının  meydana  çıxmasına  hemodinamik  təsir  və  autoimmun 
faktorlar  da  təsir  edir.Anevrizmalı  xəstələrdə  aorta  mediasının 
proteolitik degenerasiyası baş verir.Bir çox araşdırmalarda matriks 
metalloproteinlərinin aktivliyinin artdığı bildirilmişdir.  
Abdominal  aorta  anevrizmaları  50  yaşdan  yuxarı  yaşla  düz 
mütənasib  olaraq  artır  və  kişi  qadın  nisbəti  5:1-dir.Qadınlarda 
əsasən,60 yaşlarda başlayır və rast gəlmə tezliyi yaşa uyğun olaraq 
düz nisbətdə artır.  
Xəstələrin  çoxu  asimptomatik  olduğundan  diaqnoz  qoymaq 
çətindir.  
Abdominal B-mode ultrasəs müayinəsi diaqnoz qoymaqda və 
təqibdə  istifadə  olunan  ən  ucuz,ən  az  invaziv  və  ən  çox  istifadə 
olunan  metoddur.  Ancaq  ultrasəs  müayinəsi  damarın  cırılmasının 
aşkarlanmasında  və  anevrizmanın  proksimal  uzantısının  görüntü-
lənməsində  yetərsizdir.  Komputer  tomoqrafiya  bahalı,intravenoz 


45 
 
kontrast  istifadəsi  lazım  olan  invaziv  bir  metoddur.  Ancaq  5  mm-
dən  kiçik  az  dəyişkənlik  92%-dir.  Komputer  tomoqrafiya  ilə 
anevrizmanın  proksimal  və  distal  ucu,iliak  arteriyalar  daha  yaxşı 
dəyərləndirilir.  
Böyük  ölçüdə  olan  anevrizmada  kəskin  genişlənmə  və  ya 
cırılma  halları  simptomlarla  özünü  göstərə  bilir.Cırılmalarda 
simptom  ümumiyyətlə,bel  və  qasıq  nahiyəsinə  ötürülən  kəskin 
kürək  və  ya  qarın  ağrılarıdır.Cırılmaların  20%  -  i  ön  divarda  olur 
və  qanaxma  qarının  içərisinə  yönəlmiş  olur.  Bu  tip  cırılmaların 
tamponadası  minimaldır.  Cırılmaların  80%  -  i  isə  arxa  divardadır 
və  qanaxma  retroperitoneal  boşluğa  istiqamətlənir.Hipotenziya  və 
qanaxmanın  digər  əlamətləri  olmayan,xüsusilə  palpasiyanın  çətin 
olduğu  kök  insanlarda,  cırılmanın  erkən  diaqnozunun  qoyulması 
çətindir.Kəskin  genişlənmə  cırılmanın  qabaqcadan  xəbərçisi 
olması  baxımından  təcili  cərrahiyyə  əməliyyatına  göstərişdir. 
Nadir  hallarda  ürəkbulanma,duodenal  təzyiqlə  əlaqəli  ikincili 
qusma,hidronefroz kimi simptomlar rast gəlinir.  
Simptomsuz  gediş  zamanı  qarın  aortasının  anevrizmasının 
diametri 4sm-dən yuxarı olarsa,onda planlı əməliyyatın aparılması 
götərişdir.Ağrı  sindromunun  artması  zamanı  və  cırılma  təhlükəsi 
yaranarsa  təcili  əməliyyat  olunur.  Əməliyyatın  prinsipi-anev-
rizmanın  rezeksiyası,  qarın  aortasının  düz  protezləşməsi  və  ya 
bifurkasion  aorta-bud  protezləşməsi  aparılmasıdır.  Planlı  əmə-
liyyatda  letallıq  0-5%,cıırılma  hallarında  isə  50-80%  olur. 
Əməliyyat  keçirmiş  xəstələrin  80%-i  5  il,  əməliyyat  keçir-
məyənlərin isə 5–10 % - i 5 il yaşayırlar.  
Autopsiyada 
anevrizmaların 
cırılmasının 
nəticələri 
araşdırılmış  və  müəyyən  edilib  ki,cırılma  ehtimalı  ölçü  ilə  düz 
mütənasib  olaraq  artır.Beləki,  4  sm-dən  kiçik  olanlarda  10%,  4-7 
sm  aralığında  25%,  7-10  sm  aralığında  46%,  10  sm-dən  böyük 
ölçülər üçün isə cırılma ehtimalı 61%-dir.Bu nəticələr Strepettinin 
297  anevrizma  xəstəsində  etdiyi  autopsiya  nəticələri  ilə 
doğrulanıb.  

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin